Siyasi 10.05.2019 15:43

Ermənistan rəhbərliyinin səfərini şərh etdi

Millət vəkili Rauf Əliyev Baş nazir Nikol Paşinyan başda olmaqla Ermənistanın dövlət rəhbərliyinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisinə səfərini şərh edib.

Rakus.az xəbər verir ki, R.Əliyev bildirib ki, Ermənistan rəhbərliyinin bu hərəkəti beynəlxalq hüquq normalarının kobud surətdə pozulmasıdır. Bu, eyni zamanda mövcud danışıqlar prosesinin prinsiplərinə də ziddir:

“Hazırda Ermənistanda sosial-iqtisadi vəziyyət çox ağırdır. İndiki hakimiyyətlə keçmiş rəhbərlik arasında çəkişmələr davam edir. Paşinyan siyasi opponentlərinin çoxunu həbsə atdırıb. Ermənistanın indiki bu acanacaqlı vəziyyətinə baxmayaraq, müxalifət hakimiyyətlə ümummilli məsələlərdə, xüsusi ilə Qarabağ məsələsində bir olduqlarını dünyaya nümayiş etdirirlər. Onlar Qarabağın rəmzi sayılan Şuşanın işğal gününü şənlik tədbirləri ilə qeyd etdilər”.

Millət vəkili qeyd edib ki, ermənilərin işğal etdikləri torpaqlar qədim Azərbaycan torpaqlarıdır: “Hazırda erməni əsirliyində olan yüzlərlə azərbaycan övladını necə yaddan çıxarmaq olar? Bu hadisələri kənardan sadəcə olaraq seyr etmək olmaz. Hər kəs öz sahəsində bu münaqişənin tezliklə həll edilməsinə öz töhfəsini verməlidir. Birinci növbədə müxalifətdə olanlar, xaricdə mövcud hakimiyyət əleyhinə kampaniyalar təşkil edənlər başa düşməlidirlər ki, Azərbaycan bütün azərbaycanlıların vətənidir”.

R.Əliyev vurğulayıb ki, Azərbaycan hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən düşünülmüş siyasət nəticəsində dünyada ən sürətlə inkişaf etmiş ölkələrdən birinə çevrilib: “Azərbaycanın beynəlxalq nüfuzu durmadan artır. İndiki zamanda bir sıra fikir ayrılıqlarını bir kənara qoyub dövlət başçısı ətrafında daha sıx birləşərək Azərbaycanın qarşısında duran yeganə məsələ olan Dağlığ Qarabağ münaqişəsinin həllinə nail olmaq, torpaqlarımızı işğaldan azad etmək lazımdır. Bu, dünyada yaşayan hər bir azərbaycanlının müqəddəs vəzifəsidir”. (Trend)

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir”
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO