Təhlil 27.11.2023 16:25

Ermənistan Rusiya ilə müharibəyə hazırlaşır? – TƏHLİL

Ermənistan yarandığı gündən xarici havadarlarının tapşırığı ilə idarə olunub. 2016-cı ilin Aprel döyüşləri ərəfəsində və ondan sonra ölkənin ovaxtkı prezidenti Serj Sarqsyan az qala hər rüb Moskvaya səfər edər, yeni tapşırıqlar alardı. Bunlar onun çıxışları və fəaliyyətində açıq şəkildə görünürdü.

İndi istiqamət dəyişib. Ermənistanın baş naziri Nikol Paşinyan və başqa rəsmilər Fransaya, Avropa İttifaqının üzlərinə xoş baxan ölkələrinə gedirlər. Ermənistanın bu addımları qıcıq yaratsa da, bəzi açıqlamalar nəzərə alınmazsa, Kreml hələ özünü təmkinli aparır. Ancaq bu səbrin bir həddi olacağını da ehtimal etmək olar. Çünki son 15 ilin təcrübəsində Gürcüstan və Ukrayna hadisələri var.

Keçmiş Prezident Mixeil Saakaşvilinin oxşar davranışı 2008-ci ilin avqustunda Cənubi Osetiya və Abxaziyanın “özünü müstəqil elan etməsi” və Rusiyanın onları “tanıması” ilə nəticələndi. Bir müddət sonra isə həm də Ukrayna vətəndaşı olan Saakaşvili Gürcüstanda “dövlət sərhədini qanunsuz pozmaq” maddəsi ilə mühakimə olundu və hazırda həbsxanadadır.

Bu gün isə Nikol Paşinyan sponsoru olan Fransaya, eləcə də digər Qərb ölkələrinə arxalanaraq Rusiyanın nəzarəti altından çıxmağa cəhd edir, başqa sözlə, Rusiyanın lokomotiv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) kimi qurumlarda iştirakdan imtina etməklə özünü müstəqil göstərməyə çalışır.

Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya Ermənistanın KTMT-də iştirakını tamamilə bərpa edəcəyinə ümidvardır. Bu, rəsmi İrəvana daha bir soyuq ismarışdır.

Ukrayna hadisələri sübut etdi ki, Moskva onun nüfuzundan ayrılmaq məsələsinə çox ciddi yanaşır və bunu özünün təhlükəsizliyi ilə eyni tutur.

Yeri gəlmişkən, Azərbaycanın SSRİ-nin tərkibindən çıxmaq istəyinə görə 1990-cı ilin yanvarında Bakıda və bir sıra rayonlarda qanlı hadisələr törədildi. Rusiya bunu Gürcüstanda, Baltikyanı ölkələrdə də törətmişdi. Ancaq bu illər ərzində Ermənistanın başı həmişə Kremlin havadar əli ilə tumarlanıb.

Ukraynadan sonra indi növbə, deyəsən, Ermənistana çatır. Ehtimal edilir ki, Ermənistan Rusiyaya qarşı müharibəyə hazırlaşır. Hətta bununla bağlı Fransada 7 təlim mərkəzinin fəaliyyət göstərdiyi də bildirilib.

Bu günlərdə “Zerqulio” kanalının iddiasına əsasən, erməni əsgərlərinin təlimi ilə “Fontevrault L’Abbe”dəki təlim mərkəzi məşğul olur. Məlumata görə, kanalda həmin mərkəzlərin foto və videogörüntüləri də var. Xüsusilə, Mailly-le-Caen ərazisindəki təlim mərkəzinə döyüş hazırlığı mərkəzi (CENTAC – “Centre d’entrainement au” ) və komanda post zabitləri üçün təlim mərkəzi (CES – “Center d’entrainement des post de”) daxildir.

Hadisələr sübut etdi ki, Ukrayna və onu dəstəkləyənlər Rusiyaya qarşı müharibəyə hazır deyillər.

Bu günlərdə Nikol Paşinyan bildirib ki, Ermənistan silahlı qüvvələri “5-ci kolon”dan təmizlənib. Keçmiş sovet respublikalarında bu “kolon” üzvləri adətən Rusiyaya aid olur. Odur ki, Paşinyan bununla ordusunu Rusiyanın adamlarından təmizlədiyi ismarışını çatdırıb.

Rusiya da hadisələrdən xəbərdar kimi davranır. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Qərb Cənubi Qafqazı geosiyasi qarşıdurma meydanına çevirməyə çalışır. Onun sözlərinə görə, Cənubi Qafqaz regionunda residiv (hadisənin təkrar baş verməsi) riski qalmaqdadır: “Onlar bu regionun təhlükəsizliyini, sabitliyini və rifahını təmin etmək üçün heç nə etmirlər”.

Ermənistanın müdafiə naziri Suren Papikyanın Fransaya səfəri və tərəflər arasında bir sıra sənədlərin imzalanması bu şübhələrin artmasına əsas verən amillərdir.

Belə anlaşılır ki, Ukraynadakı proseslərə yardım məqsədi ilə Ermənistanı döyüşə hazırlayırlar. Əslində, Ermənistanla Rusiya arasında müharibənin başlaması üçün zəmin də yox deyil. Nəzərə alaq ki, rəsmi İrəvan 102 saylı hərbi bazanın çıxmasını, Ermənistanın İran və Türkiyə ilə dövlət sərhədlərini özünün qorumaq istədiyi tələblərini irəli sürür. Bununla bağlı Ermənistan ərazisində əvvəllər keçirilmiş anti-Rusiya tədbirlərinə oxşar aksiyalar təşkil edilir. Bu kimi hadisələrə dözməyən Rusiya əvvəlcə tərəfdarları vasitəsi ilə anti-hökumət tədbirlərinin keçirilməsini himayə edir. Paşinyan hökumətinin aksiyanı güc yolu ilə dağıtmasının qarşısını Rusiya eyni üsulla alır. Belə bir ssenari tərəflər arasında hərbi, yaxud qarşıdurmaya yol aça bilər. Bütün bunların baş verməsi üçün Moskvanın təmkini pozması kifayət edər.

Ancaq hələlik Kreml səbr nümayiş etdirir, İrəvan isə müxtəlif iddialarla Rusiyanın tədbirlərinə qatılmamaqda israr edir.

İrəvanla Moskva arasındakı indiki münasibətlərdə Rusiyanın da üzərinə az məsuliyyət düşmür. Məlum 10 noyabr bəyanatından (Ermənistanın kapitulyasiya aktı-müəl.) sonra Ermənistanın silahlanması ilə bağlı məsələlərə embarqo tətbiq edilsəydi, indiki mənzərə yaranmazdı.

Yeri gəlmişkən, kapitulyasiya alman sözü olub təslim olmaq deməkdir. Beynəlxalq hüquqda bir-birinə zidd olan qüvvələr arasında silahlı mübarizənin dayandırılması və döyüşən dövlətlərdən birinin silahlı qüvvələrinin təslim edilməsi haqqında sazişdir. Belə vəziyyətdə təslim olan, yaxud işğalçı tərəf bütün silahlarını təhvil verir. Ona uzun və ya müəyyən müddətə silahlı qüvvələr yaratmaq, yaxud silah satılması və s. bu kimi məsələlər, hərbi yardımlar qadağan edilir. Ancaq Ermənistana bu cəza tətbiq olunmadı. Ona görə də İrəvan indi regionda destruktiv ünsürə çevrilib…

Sədrəddin Soltan – “Report”

XƏBƏR LENTİ
Təhlil / 27.11.2023 16:25
Ermənistan Rusiya ilə müharibəyə hazırlaşır? – TƏHLİL
Hadisə, Mətbuat / 25.11.2023 19:05
Subatan – Bulaqlarda suyun çoxalmasının faciəsi - FOTO - VİDEO
Hadisə, Maraqlı, Sosial / 24.11.2023 20:15
“Ermənilər bizə türkes deyib 10 qəpiklik kökəni vermədilər”
Maraqlı, Sosial / 24.11.2023 13:43
“Atam dedi ki, apar məni Qaraqayada basdır” – “Həyat Hekayəsi” – ANONS
Siyasi / 23.11.2023 20:00
Azərbaycan bölünəcək Ermənistanda əsas pay sahiblərindən biri olacaq - FOTO - VİDEO
Elm və təhsil / 23.11.2023 18:37
ASKEF üzvlərinin Şimali Kipr Türk Cümhuriyyətinə səfəri – I YAZI - FOTO
Siyasi, Təhlil / 23.11.2023 14:46
Paşinyanın “Qərbi Azərbaycan”la bağlı məkrli planı – ANONS
Elm və təhsil, Mədəni / 23.11.2023 14:16
Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festivalı və “Qərbi Azərbaycana qayıdışa gedən yol” konqresi başlayıb - FOTO - VİDEO
Gündəm / 23.11.2023 12:06
Ardanış kənd icmasının ilk iclası keçirilib - FOTO
Gündəm, Siyasi, Sosial / 22.11.2023 19:51
İki müqavilə ilə Ermənistana verilən Amasiya rayonu - FOTO - VİDEO
Maraqlı, Siyasi / 22.11.2023 13:45
Amasiya torpaqlarını Ermənistana kim verdi? – ANONS
Hərbi, Siyasi / 22.11.2023 10:48
Ermənistanın mina terrorunun qurbanları AŞPA Prezidentinə müraciət edib
Mədəni / 21.11.2023 19:57
“Azərbaycanlılar İrəvana köçür, teatrları da gəlir” - FOTO - VİDEO
Müsahibə, Siyasi, Video müsahibə / 21.11.2023 18:47
Ən dəhşətli saxtakarlıq – “Böyük Ermənistan” – MÜSAHİBƏ - FOTO - VİDEO
Mədəni / 21.11.2023 18:00
Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festivalı keçiriləcək
Siyasi / 21.11.2023 17:46
QAİ bəyanat yaydı: “AŞPA-nın monitorinq proseduru alətə çevrilib”
Təhlil / 21.11.2023 14:44
Birbaşa danışıqlar təşəbbüsü – Vaşinqtonun sual doğuran səmimiyyəti – TƏHLİL
Mədəni, Siyasi / 21.11.2023 14:26
Erməni tarixçi-etnoqrafın İrəvan teatrı ilə bağlı etirafı – ANONS
Elm və təhsil / 21.11.2023 12:08
BDU-da Göyçə mahalında kitabxana işi adlı seminar keçirilib - FOTO
Müsahibə / 20.11.2023 20:01
“Qərbi azərbaycanlıların pozulmuş hüquqları ilə bağlı beynəlxalq hesabat hazırlanır” – MÜSAHİBƏ - FOTO - VİDEO
Mədəni / 20.11.2023 17:13
“Nəsil ağacı” filmi gənclər üçün nümayiş olunub - FOTO
Gündəm / 20.11.2023 00:02
Erməni terroru – Qarakənd faciəsindən 32 il ötür
Elm və təhsil / 19.11.2023 10:38
Ardanış orta məktəbini bitirənlər 50 il sonra görüşdülər - FOTO
Maraqlı, Sosial / 18.11.2023 20:13
Ağbulaq camaatı kəndi ermənilərdən necə qoruyub? - FOTO - VİDEO
Sosial / 18.11.2023 12:54
Təməli XVI əsrdə qoyulan Ağbulaq kəndi – ANONS
Siyasi, Təhlil / 18.11.2023 10:00
İrəvan-Bakı arasında birbaşa dialoq kimlərə sərf etmir? – TƏHLİL