Hərbi 27.06.2024 22:16

“Ermənistan sərhəddə strateji yüksəklikləri ələ keçirməyə hazırlaşır” - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

Rakus.az xəbər verir ki, “Ermənistan Hindistan və İsrailin birgə istehsalı olan zenit-raket kompleksi alır” adlı süjetdə Bakı və İrəvan arasında sülh sazişinin imzalanması haqqında qızğın müzakirələrin getdiyi vaxtda Ermənistanın silahlanma yarışına başlamasından bəhs olunur.

Bildirilir ki, Ermənistanın sülhdən bəhs etsə də, geosiyasi şərtlər dəyişəcəyi və bunun bölgədəki proseslərə təsir edəcəyi təqdirdə, Azərbaycanla “yenidən hesablaşmaq” istədiyi sirr deyil. Təbii ki, bu “hesablaşma” Qarabağda baş verməyəcək, çünki bu səhifə bir daha açılmamaq üzrə bağlanıb. Ermənistanın əsas qorxusu Qərbi Azərbaycan reallığıdır. İrəvanda anlayırlar ki, proseslərin inkişafında azərbaycanlıların öz tarixi yurdlarına qayıdışı qaçılmaz olacaq, bundan imtina edəcəkləri təqdirdə, Azərbaycan Ermənistanla şərti sərhədi tarixi torpaqlarımızın dərinliklərinə qədər dəyişə bilər. Məhz belə bir perspektivin qarşısını almaq üçün ermənilər hazırda nəzarət etdiyi əraziləri ələrində saxlamaq və sərhəd xəttində üstünlük qazanmaq istəyirlər. Silahlanma yarışına başlamaları da bundan qaynaqlanır. Bu prosesdə Ermənistanın əsas dəstəkçisi Fransadır”.

Qeyd olunur ki, hücum silahları əldə edən Ermənistanın müharibəyə hazırlaşdığı istisna edilməməlidir və mümkün müharibədə İrəvanın birdən çox hədəfi ola bilər: “Birincisi, sərhəddə strateji yüksəklikləri ələ keçirmək və Azərbaycan ordusu qarşısında üstünlük qazanmaq, ikincisi, sülh danışıqlarını arxa plana keçirmək, hərbi üstünlüklə yeni gündəm yaratmaq. Halbuki, Azərbaycan və Ermənistan arasında yaxın aylarda sülh sazişinə dair irəliləyişin olacağı gözləntiləri var, hətta noyabr ayında Bakıda keçiriləcək COP29 tədbiri ərəfəsində belə bir sazişin imzalanacağı ehtimal olunur. Bu kontekstdə Ermənistanın sürətlə silahlanması şübhələrə yol açır”.

Sonda vurğulanır ki, Ermənistan sülh sənədini imzalamaq niyyətində deyil və bundan qaçmaq üçün məhz müharibə ssenarisinə əl ata bilər: “Belə bir ssenarinin tətbiqinə cəhd edilməsi Ermənistan üçün ağır nəticələrə səbəb olacaq. Son 4 ildə Azərbaycan ordusunun Ermənistanın sərhəddə törətdiyi təxribatlara cavab zərbələri də bunu deməyə əsas verir. Ermənistan növbəti dəfə təxribata əl atarsa, ordumuzun ünvanı Göyçə, Zəngəzur ola bilər”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında iyunun 27-də saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Hərbi, Təhlil / 27.06.2024 22:16
“Ermənistan sərhəddə strateji yüksəklikləri ələ keçirməyə hazırlaşır” - FOTO - VİDEO
Təhlil / 27.06.2024 17:30
Beynəlxalq səviyyəli münaqişələrdən necə istifadə edilir – TƏHLİL
Hərbi / 27.06.2024 13:32
Ermənistan təxribata əl atarsa… – ANONS
Elm və təhsil, Siyasi / 26.06.2024 22:21
Yerli əhalisi erməni kimi qələmə verilən Vorontsovka rayonu - FOTO - VİDEO
Elm və təhsil / 26.06.2024 12:55
Rusların əli ilə erməniləşdirilən məkan – ANONS - VİDEO
Elm və təhsil, Maraqlı / 25.06.2024 22:15
“Qafqaz anlayışı 19-cu əsr anlayışıdır, bu ərazi İçoğuz adlanıb” - FOTO - VİDEO
Siyasi, Təhlil / 25.06.2024 18:38
“İrəvan üçün ən vacib addım seçimini Bakı və Ankaradan yana etməkdir” - FOTO - VİDEO
Elm və təhsil, Maraqlı / 25.06.2024 14:00
Türklərin at üstündə oxla döyüşməsinin sirri – ANONS - VİDEO
Siyasi, Video müsahibə / 25.06.2024 13:27
İrəvan üçün ən vacib addım – ANONS - VİDEO
Elm və təhsil, Video müsahibə / 24.06.2024 22:06
“Xanlıqlar arasında birlik olsaydı, onların heç biri məğlubiyyətlə üzləşməzdi” - FOTO - VİDEO
Təhlil / 24.06.2024 17:13
Ermənistanın qurtuluşunun real yolları – TƏHLİL
Elm və təhsil, Sosial / 22.06.2024 22:54
Səlcuqların Kanlı qolunun məskunlaşdığı ərazi - FOTO - VİDEO
Siyasi, Sosial / 21.06.2024 21:36
“Deyirdilər ki, Göyçə gölü tərəfdən ermənilər gəlib sizi qıracaq” - FOTO - VİDEO
Siyasi / 21.06.2024 16:28
Dəyişməyən mövqelər – Prezidentlə dövlət katibinin telefon danışığı – TƏHLİL
Maraqlı, Sosial / 21.06.2024 14:09
“Atam Vətən həsrətinə dözə bilmədi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 20.06.2024 22:44
“Bakı və Ankara Qərbi Azərbaycana qüvvələr göndərə bilər” - FOTO - VİDEO
Təhlil / 20.06.2024 15:39
Uğur əldə edə bilməyəan hərəkat – Baqratdan qopmalar – TƏHLİL
Təhlil / 20.06.2024 13:47
Qərbi Azərbaycan: Kipr modeli – ANONS
Siyasi, Sosial / 19.06.2024 22:44
Andranikin vəhşiliklər törətdiyi oğuz yurdu - FOTO - VİDEO
Siyasi / 19.06.2024 13:50
Ərazisi 5 dəfə bölünən rayon – ANONS - VİDEO
Gündəm / 18.06.2024 22:48
“İrəvan Respublika Meydanının kabusu-gizlədilmiş həqiqətlər” - FOTO - VİDEO
Gündəm / 18.06.2024 18:30
“Adəm də, Makedoniyalı İsgəndər də, Napoleon da ermənidir?!” - VİDEO
Siyasi, Sosial / 18.06.2024 12:49
“İrəvanda Respublika Meydanının kabusu – ANONS
Siyasi / 18.06.2024 12:27
“Nə üçün Puşkin “sən qorxaqsan, sən qulsan, sən ermənisən” deyib?” – ANONS
Elm və təhsil / 17.06.2024 18:51
Sona Abbasəliqızı Gürcüstan Yazıçılar Birliyinin üzvü seçilib - FOTO
Maraqlı, Sosial / 15.06.2024 22:19
Ağkilsədə ağ daşdan tikələn kilsə üzərində Alban yazısı - FOTO - VİDEO