Siyasi 18.04.2024 22:28

Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində “İran aktiv müharibə dövrünə qədəm qoyur və “Ermənistanı qorumaq”dan vaz keçir” adlı analitik süjet hazırlanıb.

Rakus.az xəbər verir ki, verilişdə XXI əsrin 24 illik hərbi-siyasi keçmişinə nəzər salınır, dünyanın faktiki müharibələr dövrünü yaşadığı ön plana çəkilir.

Bildirilir ki, 2022-ci ildə başlayan Rusiya-Ukrayna müharibəsi, bu günlərdə İranın İsrailə zərbə endirməsi Yaxın Şərqdə yeni gərginliyə yol açdı: “Baş verənlər mümkün İran-İsrail müharibəsinin təkcə Yaxın Şərqi yox, bütövlükdə dünyanı silkələcəyini deməyə əsas verir. XXI əsrin müharibələrində yeganə qalib ölkənin Azərbaycan olduğu isə hələ də dəyişməyən faktdır. Cəmi 44 gün davam edən müharibədə torpaqlarımız azad edildi, daha sonra ərazilərimizdəki separatizm toxumları təmizləndi. Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa edən bir ölkə kimi, XXI əsrin qalib ölkəsinə çevrildi. Bu, hər birimizin qürurla dilə gətirə biləcəyimiz reallıqdır”.

Qeyd olunur ki, sürətlə dəyişən dünyanın siyasi gələcəyi yenidən qurulur və aydındır ki, baş verənlər yerləşdiyimiz regiona – Cənubi Qafqaza da təsir edəcək: “Qlobal siyasətdə baş verənlər və siyasi xəritələrin dəyişməsi perspektivi ilə Azərbaycanın Qərbi Azərbaycan hədəfi arasında paralelik mövcuddur. Çünki geosiyasi mübarizə meydanına çevrilən Cənubi Qafqazın gələcək xəritəsində Qərbi Azərbaycan reallığı qaçılmazdır”.

Diqqətə çatdırılır ki, bu kontekstdə İran və İsrail arasında baş verə biləcək müharibə Ermənistan üçün kabus yaradacaq: “Böyük müharibə indi başlamasa belə, artıq İran aktiv müharibə dövrünə qədəm qoyur və Tehran üçün “Ermənistanı qorumaq” bir nömrəli məsələ olmaqdan çıxır. Bu vəziyyətdə Ermənistan bölgədə tamamilə müdafiəsiz vəziyyətə düşür. Ermənistan kifayət qədər ədalətli olan bu gündəliyi icra etməyəcəyi təqdirdə, bölgədə vəziyyət dəyişə və sülh gündəmi arxa plana keçə bilər. Rəsmi İrəvanın həyata keçirdiyi siyasət bu istiqamətdədir və belə görünür ki, Paşinyan hakimiyyəti qeyri-konstuktiv mövqe sərgiləməklə sülh danışıqlarının “imitasiyası” ilə məşğuldur. Bu vəziyyət təbii ki, bütün ssenariləri, o cümlədən, hadisələrin hərbi müstəviyə keçidini də aktuallaşdırır. Bölgədəki şərtlər göstərir ki, hər keçən gün Ermənistanın ətrafındakı çəmbər daralmaqdadır və Azərbaycanın irəli sürdüyü gündəliyi qəbul etməkdən başqa çıxış yolu yoxdur. Ermənistanı arxalandığı Qərb də xilas etməyəcək”.

Sonda vurğulanır ki, proseslər və proqnozlar Ermənistan üçün iki ssenarinin baş verəcəyi gözləntisini ön plana çıxarır: “Bu ölkə ya dünya xəritəsindən silinəcək, ya da ərazisi kiçiləcək. Hər iki ssenarinin Qərbi Azərbaycan reallığı üzərindən başverəcəyi qaçılmaz gələcəkdir”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında aprelin 18-də saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da Youtube kanalında yayımlanıb.

 

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 18.04.2024 22:28
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - FOTO - VİDEO
Siyasi, Təhlil / 18.04.2024 13:16
Ermənistan xəritədən silinə bilər – ANONS - VİDEO
Maraqlı, Siyasi, Sosial / 17.04.2024 22:23
Qəmərli niyə Artaşat rayonu adlandırılıb? - FOTO - VİDEO
Siyasi, Sosial / 17.04.2024 13:13
Erməni caynağına keçən Qəmərli rayonu – ANONS
Müsahibə / 16.04.2024 22:24
Erməni jurnalist 1988-ci ildə soyqırımı törətmiş ermənilərin etiraflarını yaydı - FOTO - VİDEO
Müsahibə, Siyasi / 16.04.2024 19:00
“Ermənistan Hindistanın yeni texnologiyanı sınaqdan keçirən laboratoriyasıdır” - VİDEO
Hadisə, Siyasi / 16.04.2024 15:45
Böyük Qarakilsə qətliamları – ANONS
Gündəm, Mətbuat / 16.04.2024 14:21
Şəhid yurnalistin məzarı ziyarət olunub - FOTO - VİDEO
Müsahibə, Siyasi, Video müsahibə / 16.04.2024 13:58
Hemşinlilər türkdür – ANONS
Mətbuat / 16.04.2024 10:14
Qırılan haqq yolçuluğu…
Gündəm, Mətbuat / 16.04.2024 00:02
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO
Müsahibə / 15.04.2024 22:41
“Azərbaycanlı kadrlara böhtan atır, şərləyir, həbs edirdilər” - FOTO - VİDEO
Hadisə, Maraqlı / 13.04.2024 22:28
“Erməni türkün toplarının qorxusundan azərbaycanlılara zərər verməyib” - FOTO - VİDEO
Sosial / 13.04.2024 11:22
“KQB sədri mənə dedi ki…” – Zahid Həsənovun “Həyat Hekayəsi” - VİDEO
Siyasi, Təhlil / 12.04.2024 22:17
Erməni mediası: “Qərb Ermənistanı müharibə mərhələsinə sürükləyir” - FOTO - VİDEO
Gündəm, Hərbi / 12.04.2024 11:22
“Müharibə başlasa, Azərbaycan üçün risklər varmı?” - VİDEO
Siyasi / 11.04.2024 22:14
“Dəmiryolu vağzalında sonlanan parlaq ömür” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2024 14:36
Əli Hüseynli Yevlaxda 3 kəndin sakinləri ilə görüşüb - FOTO
Maraqlı, Sosial / 10.04.2024 22:15
“Azərbaycanlıların Qaranlıq rayonundan çıxarılma planı” - VİDEO
Sosial / 10.04.2024 13:23
“Ermənilərin Qaranlq oyunbazlığı” – ANONS - VİDEO
Mədəni, Sosial / 09.04.2024 22:53
“Ağbabada toy günü qayınana ilə qayınata gəlin üçün güləşirdi” - FOTO - VİDEO
Hərbi, Müsahibə / 09.04.2024 18:52
“Ermənilərə görə, azərbaycanlı traktorçu, erməni tankçı olmalı idi” - VİDEO
Elm və təhsil, İqtisadi / 09.04.2024 16:41
ATMİA Bakıda italiyalı memarın iştirakı ilə seminar təşkil edib - FOTO
Müsahibə, Video müsahibə / 09.04.2024 13:25
“Ermənilər türklərin sayəsində sağ qalıblar” – ANONS
Müsahibə, Video müsahibə / 08.04.2024 22:40
“Ermənistan adlı bir qurum hüquq nöqteyi-nəzərindən qeyri-qanunidir” - FOTO - VİDEO
Siyasi / 08.04.2024 17:15
ABŞ və Aİ-ni regionda vəziyyəti gərginləşdirməməyə çağırırıq – BƏYANAT