Siyasi 26.09.2024 22:39

Ermənistanda Qərbi Azərbaycan layihəsi həyata keçiriləcək - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

Rakus.az xəbər verir ki, “20 sentyabrdan Ermənistanda isteriya başlayıb” adlı süjetdə Ermənistan ictimai-siyasi həyatında “Qarabağı azad etdilər, indi növbəti hədəf Qərbi Azərbaycandır” fikri ətrafında isteriyanın davam etməsindən bəhs olunur.

Bildirilir ki, Prezident İlham Əliyevin sentyabrın 20-nin Dövlət Suverenliyi Günü kimi qeyd edilməsi haqqında sərəncamı İrəvanda isteriyanı gücləndirib: “Bir il sonra Prezident İlham Əliyev 20 sentyabr tarixinin Dövlət Suverenliyi Günü elan etməsi Azərbaycanın son 200 illik tarixinin ən önəmli səhifəsi, ərazi bütövlüyü və suverenliyimizin bərpa edilməsinin məntiqi sonluğu idi. Artıq Qarabağ məsələsi bitdi. Bundan sonra hədəf Qərbi Azərbaycan olacaq”.

Qeyd olunur ki, Azərbaycan regionda sülhün bərqərar olmasından yanadır: “Lakin bir neçə faktor Azərbaycanın əlinin daim tətikdə olmasını da şərtləndirir. Birincisi, erməni revanşizmidir ki, Ermənistan hakimiyyəti nə qədər sülhdən danışsa da, Azərbaycana qarşı ərazi iddialarından da əl çəkmir.  İkincisi, tarixi torpaqlarımız olan Qərbi Azərbaycana qayıdış məsələdir ki, öz yurdlarından qovulan azərbaycanlı qaçqınların evlərinə qayıdışı beynəlxalq hüququn tələbidir. Ermənistanda yaranmış isteriyanın səbəbi də məhz budur. Ermənilər hesab edir ki, Prezident İlham Əliyev Qarabağı azad edərək, regionda tarixin 200 illik gedişini dəyişdirdiyi kimi, azərbaycanlıların Qərbi Azərbaycana qayıdışına da nail olacaq”.

Süjetdə İrəvan Dövlət Universitetində şərqşnünaslıq fakültəsinin türkşünaslıq kafedrasının dosenti Varuzhan Geqamyan, Azərbaycan məsələləri üzrə erməni ekspert Anjela Elibeqova və erməni politoloq, ehtiyatda olan polkovnik Volodya Hovhannisyanın, eləcə də  “Armeniannews” teleqram kanalında səsləndirilən fikirlərə də yer verilir. Onların iddialarına görə, 2020-ci ilin 10 noyabr razılaşmasından sonra Azərbaycanın hədəfi genişləndi. Qərbi Azərbaycan məsələsi təkcə Azərbaycanda yox, artıq beynəlxalq müstəvidə də gündəmə gətirilib. Qərbi Azərbaycan məsələsi artıq Azərbaycanın yeni milli hədəfidir və mediadan tutmuş təhsilə qədər bütün sektorlarda bununla bağlı uğurlu layihələr həyata keçirilir. Əsas məqsəd azərbaycanlıların öz torpağı hesab etdiyi ərazilərə qayıtması, yəni Ermənistanın hazırki ərazilərinə nəzarət edilməsidir. Yüz minlərlə azərbaycanlı Qərbi Azərbaycan adlandırdıqları ərazilərə, yəni Ermənistana qayıtmağa, burada yaşamağa hazırlaşır. Baş nazir Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevin gündəminə uyğun fəaliyyət göstərir. Əliyev deyir, Paşinyan icra edir. Bir sözlə, Ermənistan Qərbi Azərbaycana çevriləcək”.

Sonda vurğulanır ki, ermənilər qorxur, amma “qorxunun əcələ faydası yoxdur: “Çünki Qərbi Azərbaycana qayıdış hədəfi gerçəkləşəcək”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında sentyabrın 26-da saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO