“Ermənistanda səfirlik açmaq niyyətimz yoxdur” – yəhudi politoloq
İsrail Knessetinin sabiq deputatı, ermənilərin yəhudi politoloqlar arasında özlərinə yaxın hiss etdikləri yeganə siyasətçi Aleksandr Tsinker bəyan edib ki, onun ölkəsinin Ermənistanda səfirlik açmaq niyyəti yoxdur.
Rakus.az Ermənistan KİV-nə istinadla xəbər verir ki, A.Tsinker İsrailin Yerevanda diplomatik nümayəndəlik açmağı planlaşdırmadığını iki əsas səbəb – iqtisadiyyatı zəif olan Ermənistanla İsrail arasında ticari-iqtisadi əlaqələrin çox zəif olması, habelə monoetnik siyasət aparan bu ölkədə yəhudi icmasının olmaması ilə əlaqələndirib.
Eyni zamanda, İsrail-Ermənistan beynəlxalq ictimai forumunun da həmsədri olan politoloq “Sputnik” radiosunun efirində bildirib ki, “böyük diaspor olduğu halda meydana çıxan bir çox məsələlərin həlli üçün diplomatik nümayəndəlik lazımdır. Həmçinin, məsələnin sırf maliyyə tərəfi da mövcuddur”.
Xatırladaq ki, sentyabrda Ermənistan hökuməti İsraildə özünün səfirliyini açmaq barədə qərar qəbul edib və qarşı tərəfdən də analoji addım gözləyir.