Siyasi 09.01.2025 22:56

“Paşinyan son bir ildə bu məsələni Əliyevlə bir neçə dəfə qapalı görüşlərdə müzakirə edib” - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

Rakus.az xəbər verir ki, “Azərbaycanlıların qayıdışı məsələsi qapalı görüşdə razılaşdırılıb” adlı süjetdə 2025-ci ildə Azərbaycan- Ermənistan danışıqlarında sülh sazişini imzalamaq mümkün olacaqmı sualına aydınlıq gətirilir.

Bildirilir ki, bu sual yeni ilin əsas müzakirə mövzularından biridir: “Tərəflər arasındakı ziddiyyətli məqamlara nəzər yetirdikdə, yekun sülh sazişinin imzalanmasının asan olmayacağı fikri güclənir. Lakin tərəflər ilkin razılaşma kimi sülh sazişinə dair çərçivə sazişi, yaxud niyyət protokolu imzalaya, bununla sülh danışıqlarına sadiq olduqlarını nümayiş etdirə bilərlər”.

Süjetdə, 17 maddəlik sülh sazişinin razılaşdırılmayan iki bəndindən –   beynəlxalq iddialardan qarşılıqlı şəkildə imtina edilməsi və üçüncü ölkələrin qüvvələrinin sərhəddən çıxarılmasından, eləcə də  Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının yer aldığı Konstitusiyasının dəyişdirilməsi, de-fakto mövcud olmayan ATƏT-in Minsk qrupunun de-yure ləğv edilməsindən də bəhs olunur.

Qeyd olunur ki, bu məsələlər müzakirə masasındadır, çünki Prezident İlham Əliyev səviyyəsində azərbaycanlıların qayıdışı məsələsi tələb olaraq dəfələrlə irəli sürülüb və rəsmi Bakının əsas istəyi İrəvanın Qərbi Azərbaycan İcması ilə dialoqa başlamasıdır.

Diqqətə çatdırılır ki, Ermənistan mediasında razılaşdırılmış maddələrlə bağlı müxtəlif fikirlər irəli sürülur. “Hraparak” nəşri yazır ki, sülh sazişi mətnində razılaşdırılmış maddələrə demokratiya, insan haqlarının qorunması, ətraf mühitin mühafizə edilməsi kimi məsələlər daxildir. Maddələrdən biri də 300 min azərbaycanlının öz tarixi yurdlarına – Qərbi Azərbaycana (Ermənistana) qayıdışına zəmin yaradır. Paşinyan Əliyev ilə bu məsələni bir neçə dəfə müzakirə edib.

Keçmiş səfir Cyunik Ağacanyan isə iddia edir ki, azərbaycanlıların qayıdışı məsələsi hələ 2022-ci ildə Praqa görüşündən sonra razılaşdırılıb.
Sonda vurğulanır ki, Ermənistanın birinci Prezidenti Levon Ter-Petrosyanın 1993-cü il iyulun 23-də “Yerkrapa” terrorçularının qarşısında çıxışı zamanı dediyi “azərbaycanlıları qovmasaydılar, Ermənistan dövləti olmayacaqdı” fikri soydaşlarımızın öz tarixi yurdlarında etnik təmizləməyə və deportasiyaya məruz qalmasının  etirafı deməkdir. Təbii ki, rəsmi Bakı bu etirafdan həm danışıqlarda, həm də beynəlxalq müstəvidə istifadə edəcək. Çünki tarixi torpaqlara qayıdış günümüzün reallığıdır və böyük qayıdış mütləq baş verəcək”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında yanvarın 9-da saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir”
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO