Təhlil 01.02.2024 20:25

Ermənistanda təşviş: Bakı seçkidən sonra tarixi ərazilərini tələb edəcək - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

Rakus.az xəbər verir ki, “Azərbaycan Ermənistanın “denatsifikasiyasını” həyata keçirəcək” süjetdə son günlər Ermənistanda Azərbaycanda fevralın 7-də keçiriləcək prezident seçkilərindən sonra rəsmi Bakının Qərbi Azərbaycana qayıdış məsələsini İrəvanın qarşısında əsas tələb kimi qaldıracağının ciddi müzakirə olunduğu bildirilir.

Qeyd olunur ki, Azərbaycanda fevralın 7-də keçiriləcək prezident seçkiləri erməniləri təşvişə salıb: “Onlar iddia edirlər ki, prezident seçkilərinin növbədənkənar keçirilməsinin məqsədi yeni dövrə güclü şəkildə getmək və əsas diqqəti Qərbi Azərbaycana qayıdış strategiyasına yönəltməkdir. Bu il ABŞ və Rusiyada da prezident seçkilərinin keçirilməsi bu ölkələrin diqqətini daxili məsələlərə yönəldə və Azərbaycanın hədəfinə çatmasının önü açıla bilər”.

Süjetdə erməni analitiklər Gevorq Brutens, Vardan Poqosyan, politoloqlar Tiqran Qriqoryan və Suren Zolyanın fikirlərinə yer verilir: “Azərbaycan Prezidenti İlham Əliyev seçkidən öncə yerli telekanallara verdiyi müsahibədə əslində seçkidən sonra atılacaq addımların anonsunu verdi. Burada əsas hədəflərdən biri Zəngəzur dəhlizidir. Azərbaycan AXC xəritələrinə və əsrin əvvəlində 100 min kvadratkilometr olan ərazilərinə iddia edir. Cari dövrdə əsas hədəf isə 8 kəndin qaytarılmasıdır. Ermənistanda yeni Konstitusiyanın qəbul edilməsi tapşırığını da Prezident İlham Əliyev verib. Çünki mövcud Konstitusiya Azərbaycan və Türkiyənin maraqlarına uyğun deyil.
Mümkündür ki, Konstitusiya ilə yanaşı, Ermənistanın müstəqillik bəyannaməsi də yenidən qəbul edilsin. Yeni Konstitusiyanın qəbulu ilə Azərbaycan Ermənistanda “denazifikasiyasını” həyata keçirəcək. Bu, erməni nasizminin və revanşizminin tamamilə ləğv edilməsi deməkdir. Azərbaycan bununla kifayətlənməyəcək və Qərbi Azərbaycan məsələsini əsas tələb kimi irəli sürəcək. Ermənistanın Suriya ssenarisi ilə üzləşə biləcəyi də proqnozlaşdırılır. Ehtimal edilir ki, Azərbaycan və Türkiyə bir hissəsinə, Rusiya bir hissəsinə, İran da bir hissəsinə nəzarət edə bilər”.

Sonda vurğulanır ki, hər şeyi zaman göstərəcək: “Lakin Azərbaycanda keçiriləcək prezident seçkilərindən sonra rəsmi Bakının əsas porioritetinin haqlı tələbləri çərçivəsində Ermənistanla sülh sazişi imzalamaq olacağı gözləntisi böyükdür. Təbii ki, bu tələblərdə Qərbi Azərbaycana qayıdış məsələsi də “qırmızı xətt” olaraq keçir”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında fevralın 1-də saat 19:30-da Baku Tv-nin efirində və YouTube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO