Ermənistanın etnik təmizləmə siyasəti - FOTO - VİDEO
Yanvarın 6-da AzTV-nin “Hədəf” proqramında Ermənistanın etnik təmizləmə siyasəti müzakirə olunub.
Rakus.az xəbər verir ki, verilişin aparıcısı Ətayə Əlamdarqızının qonaqları siyasi elmlər doktoru, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Rizvan Nəbiyev, beynəlxalq hüquq üzrə ekspert Əfsər Sadıqov, politoloq, Dövlət İdarəçilik Akademiyasının müşaviri Zaur Məmmədov və hərbi ekspert Elxan Şıxəliyev olub.
R.Nəbiyev bildirib ki, Ermənistanın ilk Prezidenti olmuş Levon Ter-Petrosyanın vaxtilə etdiyi sensasiyalı etirafları ilə özünü və ölkəsini ifşa edib: “Özünü liberal demokrat kimi təqdim edən Levon Ter-Petrosyanın səsləndirdiyi fikirlər Ermənistanın sonrakı prezidentləri tərəfindən də davam etdirilib”.
Ətraflı videoda: