skip to Main Content
Elm və təhsil 24.10.2020 14:00

Ermənistanın Gəncəyə raket hücumları ilə bağlı “Vikipediya”da xarici dillərdə məqalələr yaradılır

Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması ilə bağlı “Vikipediya”nın xarici dil bölmələrində məqalələr yaradılır. Məqalələrdə Ermənistanın raket hücumu nəticəsində dağılmış binalar, mülki insanların və obyektlərin hədəfə alınması, həlak olanlar və yaralananlar barədə məlumat verilir.

Rakus.az xəbər verir ki, bu barədə “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib.

O bildirib ki, məqalələrin yaradılmasında əsas məqsəd “Vikipediya”nın müxtəlif dillərdəki bölmələrində Ermənistanın terror siyasətini xarici oxucuların diqqətinə çatdırmaqdır. Bu işdə könüllülərin fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Müasir dövrdə internet resurslarında “Vikipediya” ən çox izlənilən ensiklopediya olduğu üçün orada fəallığı artırmaq çox vacibdir. Könüllü, on altı yaşlı Ayxan Zayıdzadə Ermənistanın Gəncəyə raket hücumları ilə bağlı məqaləni “Vikipediya”nın ingilis dili bölməsində yaradıb. A.Zayıdzadə tərəfindən bu günə qədər Ermənistanın ölkəmizə hücumları ilə bağlı bir sıra məqalələr yaradılıb və ya əsaslı redaktə edilib. Bu sahədə Tovuz hadisələrini, Qarabağ döyüşlərini (2020) və digər məqalələri qeyd etmək olar. O, ingilis dili bölməsində Azərbaycan, Qarabağla bağlı müzakirələrdə də fəal iştirak edir və peşəkar səviyyədə cavablar yazır. Bundan başqa, arqument və əsaslı mənbələrlə məqalənin məzmununu dəyişdirmək istəyən ermənipərəst qüvvələrə qarşı ciddi cavablar ortaya qoyur, çətin və məsuliyyətli işi uğurla yerinə yetirir. Əsas odur ki, həvəsdən düşmür.
“Eyni zamanda, “Vikipediya”nın fars dili bölməsində “Gəncə bombalanmaları” adlı məqalənin yaradılmasını prosesin tərkib hissəsi hesab etmək olar. Məqaləni fars dilinə Azərbaycan Dövlət Tərcümə Mərkəzinin Beynəlxalq əlaqələr idarəsinin aparıcı mütəxəssisi Əli Şükrü çevirib. Məqalə fars bölməsində alim-tədqiqatçı Ələddin Məlikov tərəfindən yaradılıb. Qarşıda “Vikipediya”da müxtəlif dillərdə Azərbaycanın tarixi, mədəniyyəti haqqında, həmçinin haqq səsimizin əsas mənbələrlə fars dili bölməsində dolğun və düzgün məlumatlarla çatdırılması ilə bağlı fəallıq daha da artırılacaq”,-  Elnur Eltürk qeyd edib.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Back To Top
×Close search
Axtar