Siyasi 25.03.2025 19:20

“Azərbaycanın razılığı olmadan heç bir xarici qüvvə onun sərhədində yerləşdirilə bilməz” - FOTO - VİDEO

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində rus dilində növbəti buraxılış hazırlanıb.

Rakus.az xəbər verir ki, aparıcı Ellada Sarvanın qonağı Milli Məclisin deputatı Tural Gəncəliyev olub.

O, XII Qlobal Bakı Forumunun əhəmiyyəti, Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşması və sonrakı proseslər, Avropa Parlamentinin Azərbaycana qarşı hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin azad edilməsi haqqında qətnamə layihəsi, avropalı deputatların  “separatçı ermənilərə sevgisi”, BMT-nin İnsan Hüquqları Ali Komissarlığının Əsassız Həbslər üzrə İşçi Qrupunun Ruben Vardanyanla bağlı Yekun Rəyindən söz açıb.

Onun sözlərinə görə, Azərbaycan Qərblə Şərqi birləşdirən bağdır: “Dünyanın ziddiyyətli qütbləri Bakıda birləşərək dialoqa yol axtarır.  Avropa Parlamenti Azərbaycanı ləkələmək siyasətini davam etdirir. BMT-nin İnsan Haqları üzrə Ali Orqanını bəzi qüvvələr manipulyasiya edir. Beynəlxalq hüquq sistemi lazımi səviyyədə işləmir. Niyə azərbaycanlıların hüquqlarından danışmırlar? Azərbaycanın razılığı olmadan heç bir xarici qüvvə onun sərhədində yerləşdirilə bilməz”.

Deputat Ermənistan Baş naziri Nikol Paşinyanın Sülh sazişi imzalandıqdan sonra Azərbaycan-Ermənistan sərhədində üçüncü tərəf qüvvələri yerləşdirilməyəcəyi fikrinə də münasibət bildirib: “Ermənistan bundan sonra iki ölkə arasında normallaşma prosesi ilə bağlı bu və digər məsələlər üzrə ikitərəfli dialoqu davam etdirməyə hazır olmalıdır, Təəssüf ki, Ermənistan sülhə hazır deyil. Ermənistanın himayədarları sülh prosesinin müqavilə imzalanması ilə bitməsini istəmir”.

T.Gəncəliyev sonda vurğulayıb ki, Ermənistan rəhbərliyi Qərbi azərbaycanlıları qəbul etməyə hazır deyil: “Ermənistan məsuliyyəti öz üzərinə götürməlidir. Zəngəzur dəhlizi fəaliyyət göstərməlidir. Ermənistan azərbaycanlıların geri qayıtmasını ərazi iddiası hesab etməməlidir”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Müsahibə martın 25-də saat 18:30-da Youtube kanalında və saat 19:30-da Baku Tv-nin efirində rus dilində yayımlanıb.

xxx

“Никакие внешние силы не смогут быть размещены на границе  Азербайджана без её согласия” 

Сегодня на Бакинском телевидении подготовлен очередной выпуск проекта «Хроника Западного Азербайджана» на русском языке.

Как сообщает Rakus.az, гостем ведущей Эллады Сарван был депутат Милли Меджлиса Турал Гянджалиев.

Он отметил важность XII Глобального Бакинского форума, рассказал о завершении переговоров по тексту проекта Соглашения об установлении мира и межгосударственных отношений между Азербайджаном и Арменией и последующих процессах, проекте резолюции Европарламента об освобождении лиц армянского происхождения, обвиняемых в совершении военных преступлений против Азербайджана, «любви к сепаратистским армянам» европейских парламентариев, а также об официальном итоговом заключении по результатам длительного рассмотрения обращения по делу Рубена Варданяна, Рабочей группы по произвольным задержаниям Управления Верховного комиссара ООН по правам человека.

По его словам, Азербайджан является связующим звеном между Западом и Востоком: «Противоречивые полюсы мира сходятся в Баку и ищут пути к диалогам в Азербайджане. Европейский парламент продолжает политику очернения Азербайджана. Верховное управление ООН по правам человека  манипулируется некими силами . Система международного права не функционирует правильным образом. Почему не говорят о правах азербайджанцев? Никакие внешние силы не смогут быть размещены на границе  Азербайджана без её согласия».

Депутат также прокомментировал идею премьер-министра Армении Никола Пашиняна о том, что после подписания мирного соглашения на азербайджано-армянской границе не будут размещены силы третьей стороны: «Армения должна быть готова к продолжению двустороннего диалога по этому и другим вопросам, связанным с процессом нормализации отношений между двумя странами. К сожалению, Армения не готова к миру. Покровители Армении не хотят, чтобы мирный процесс завершился подписанием соглашения».

Т. Гянджалиев в заключение подчеркнул, что руководство Армении не готово принять западных азербайджанцев: «Армения взяла на себя ответственность – Зангезурский коридор будет функционировать. Армения не должна рассматривать возвращение азербайджанцев как территориальную претензию».

Напомним, что целью проекта «Хроника Западного Азербайджана» является сохранение и популяризация названий наших исторических и древних земель, и предоставление информации о депортации азербайджанцев  армянами, о стертых названиях топонимов, существовавших на этих территориях, о бесчисленных образцах материальной культуры – древних поселениях, некрополей, курганов, остатков замков, дворцов и укреплений, караван-сараев, мостов, гробниц-саркофагов, хачкаров, каменных изваяний лошадей и баранов, храмов, церквей, мечетей, святых очагов, а также информирование мировой общественности о фактах, подтверждающих, что эта территория является чисто тюркско-огузским поселением.

Также придерживаясь мнения Президента Ильхама Алиева о Западном Азербайджане: “Карта начала XX века еще раз показывает, что Западный Азербайджан — это историческая земля Азербайджана, названия городов и сел имеют азербайджанское происхождение, и мы прекрасно знаем, что азербайджанский народ на протяжении всей истории проживал на территории нынешней Армении. Сейчас главная задача – донести это до мировой общественности”, содействовать решению задач, вытекающих из “Концепции возвращения”, подготовленной Общиной Западного Азербайджана.

Кроме того, данный проект призван осветить мысли историков и исследователей о Западном Азербайджане и истории жизни людей, подвергшихся депортации.

Передача вышла в эфир 25 марта в 18:30 на YouTube-канале Baku TV и в 19:30 на телеканале Baku TV.

XƏBƏR LENTİ
Siyasi, Video müsahibə / 25.03.2025 19:20
“Azərbaycanın razılığı olmadan heç bir xarici qüvvə onun sərhədində yerləşdirilə bilməz” - FOTO - VİDEO
Sosial / 25.03.2025 14:15
Qarapapaqların yaşadığı yurd yeri – ANONS
Müsahibə, Siyasi / 25.03.2025 13:22
“Ermənistan sülhə hazır deyil” – ANONS - FOTO - VİDEO
Mədəni / 21.03.2025 10:00
Qoşqar Vəlinin 60 illik ömrünün “Günəş saatı”
Təhlil / 20.03.2025 10:02
Prezident İlham Əliyevin liderliyi və siyasi strategiyası – TƏHLİL
Gündəm / 20.03.2025 00:01
Azərbaycanda Novruz bayramı qeyd olunur
Elm və təhsil, Siyasi / 19.03.2025 22:32
“Sasani sarayında tayfaların iclasında ermənilərin Şərqə aid olmayan köçkünlər olduğu təsdiqlənir” - FOTO - VİDEO
Elm və təhsil / 19.03.2025 14:29
“Armini ifadəsi Ərməniyyə kimi düşüb” – ANONS - VİDEO
Siyasi, Sosial / 18.03.2025 22:24
Ardanış, Arqel, Arıqlı – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 18.03.2025 19:17
“Ermənilər başa düşməlidirlər ki, daim müharibə etmək olmaz” - VİDEO
Gündəm / 18.03.2025 17:11
Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
Siyasi, Sosial / 18.03.2025 14:19
“Adı üç formada qeyd olunan kənd” – ANONS - VİDEO
Siyasi, Video müsahibə / 18.03.2025 13:22
Ermənistanın sülhə daha çox ehtiyacı var – ANONS - VİDEO
İqtisadi / 18.03.2025 11:22
Sumqayıtı Saray qəsəbəsi ilə birləşdirən yeni körpü istifadəyə verilib - FOTO
Mədəni / 18.03.2025 00:02
Bu gün Torpaq çərşənbəsidir - FOTO
Elm və təhsil, Video müsahibə / 17.03.2025 22:20
“Vaxtilə ermənilər kilsələri hərbi bazalara çevirmişdilər” - VİDEO
Siyasi, Təhlil / 17.03.2025 15:19
Abbas Araqçının İrəvan səfərinin məqsədi nədir? - FOTO - VİDEO
Mədəni / 15.03.2025 22:54
“Qara bayram qədim türk inancı ilə bağlı idi” - VİDEO
Siyasi, Sosial / 14.03.2025 22:19
“Atam deyirdi ki, 1915-ci ildə də ermənilər bizi kənddən qovub çıxarmışdılar” - FOTO - VİDEO
Siyasi, Sosial / 14.03.2025 13:15
Uşaqlığı erməni “əsirliyində” qalan Xanımzər Həsənovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Təhlil / 13.03.2025 22:17
“Vardanyanın müraciətində səsləndirdiyi fikirlər İrəvanı qarışdırdı” - VİDEO
Təhlil / 13.03.2025 13:42
Ermənilər sirləri Bakıda açır – ANONS - VİDEO
Elm və təhsil / 12.03.2025 22:29
“Ərməniyyə, Armeniya, Ermənistan ifadəsi sonralar qədim xəritələrə əlavə edilib” - FOTO - VİDEO
Elm və təhsil / 12.03.2025 13:25
“Ermənilərin yəhudi irsinə iddiası” – ANONS - VİDEO
Siyasi, Sosial / 11.03.2025 22:35
Aralıq Kolanlı, Aralıq Oxçu, Arbat – türk tarixinin izi - FOTO - VİDEO
Müsahibə, Mətbuat / 11.03.2025 18:24
“Vətəninə dönən azərbaycanlılara Ermənistan vətəndaşlıq verəcəkmi?” - VİDEO