Müsahibə 28.10.2024 23:18

“Ermənistanın hüquqi və siyasi aktlarında Azərbaycana qarşı ərazi iddiaları var” - FOTO - VİDEO

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

Rakus.az xəbər verir ki, jurnalist Rufik İsmayılovun müsahibi Milli Məclisin Beynəlxalq əlaqələr komitəsinin üzvü, siyasi elmlər doktoru Rizvan Nəbiyev olub.
O, anadan olduğu Basarkeçər rayonunun Qanlı kəndindən söhbət açıb. Bildirib ki, ilk təhsilini bu kənddəki orta məktəbdə alıb, 13 yaşına kimi Qanlıda yaşayıb. Millət vəkili kənddə elmə, təhsilə böyük diqqət yetirildiyini, dərslərini yaxşı oxuduğunu, kənd kitabxanasındakı kitabların mütləq əksəriyyətini uşaq vaxtı mütaliə etdiyini vurğulayıb. Deyib ki, ailəsi ilə birlikdə 1988-ci il dekabrın 3-də zorla ata-baba yurdundan qovulub, didərginlik həyatı yaşamağa məhkum olub.
Sonralar orta təhsili Azərbaycanda başa vurduğunu, ali təhsil aldığını, Avropada təhsilini davam etdirdiyini, diplomatik fəaliyyətlə məşğul olduğunu xatırladan müsahib bildirib ki, əldə etdiyi bütün uğurlarda Qanlı kənd orta məktəbində aldığı ilk təhsilin mühüm rolu olub. O, diplomatik fəaliyyətlə məşğul olduğu illərdə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və Qarabağın tarixinə dair alman, ingilis dillərində 15 kitabın həmmüəllifi olduğunu söyləyib. Qeyd edib ki, Qərbi Azərbaycan həqiqətlərinin də bu qaydada beynəlxalq ictimaiyyətə çatdırılması üçün elmi və diplomatik müstəvidə fəaliyyət ortaya qoyub.
Millət vəkili deyib ki, Avropada soydaşlarımızın geriyə qayıtmaq hüququna münasibət heç də birmənalı deyil. Vətənə qayıtmağın hər bir şəxsin ən ümdə hüququ olduğunu dilə gətirən R.Nəbiyev onu da əlavə edib ki, Qərbi Azərbaycandan soydaşlarımızın deportasiyasından indiyə qədər ötən vaxt ərzində ölkəmizə, həmvətənlərimizə dəymiş ziyanın hesablanması və beynəlxalq məhkəməyə təqdim olunması istiqamətində fəaliyyət davam etdirilir.
Deputat bildirib ki, Ermənistan soydaşlarımızın deportasiyası, torpaqlarımızın işğalı ilə yanaşı, Azərbaycana, dinc sakinlərimizə qarşı genişmiqyaslı mina terroru törədib. Onun sözlərinə görə, 1991-ci ildən indiyə qədər 3500-ə yaxın azərbaycanlı mina terrorunun qurbanı olub.
Qərbi Azərbaycan əcdadlarımızın uyuduğu müqəddəs Vətən torpağıdır söyləyən deputat əminliklə söyləyib ki, soydaşlarımız dinc yolla öz ata-baba yurdlarına qayıdacaqlar. Millət vəkilinin qənaətincə, bu zaman soydaşlarımızın təhlükəsizliyini Ermənistan Azərbaycanla birlikdə təmin etməlidir.
Millət vəkili R.Nəbiyev Ermənistanın Konstitusiyasında, həmçinin digər hüquqi və siyasi aktlarında Azərbaycana qarşı ərazi iddialarının yer almasına da toxunub və deyib ki, Ermənistan konstitusiyasında dəyişiklik olmadan sülh müqaviləsi imzalana bilməz.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

XƏBƏR LENTİ
Müsahibə, Siyasi / 28.10.2024 23:18
“Ermənistanın hüquqi və siyasi aktlarında Azərbaycana qarşı ərazi iddiaları var” - FOTO - VİDEO
Təhlil / 28.10.2024 15:41
Körpüləri yandıranlar və şabaşa çıxan “devinazlar” -TƏHLİL
Mətbuat / 27.10.2024 10:49
10 yaşlı “Report” – media məkanının nəhəngi - VİDEO
Elm və təhsil / 26.10.2024 22:59
“Alban xaçları qədim türklərin Tenqri rəmzidir” - FOTO - VİDEO
Elm və təhsil / 26.10.2024 13:55
Erməni etnik kimlik yox, dini mənsubiyyətdir – ANONS - VİDEO
Elm və təhsil, Sosial / 25.10.2024 22:35
“Heç vaxt azərbaycanlı qızları erməniyə ərə verməmişik” - FOTO - VİDEO
Təhlil / 25.10.2024 15:04
“Qırmızı xətt” – Avroparlamentin yararsız fəaliyyəti – TƏHLİL
Elm və təhsil, Sosial / 25.10.2024 13:10
“Vətən həsrəti bizi göynətdi” – Zəkiyyə Kərimovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Təhlil / 24.10.2024 22:15
“Ermənistan təkcə Mehridəki yox, ikinci dəhlizin açılması ilə bağlı da üzərinə öhdəlik götürüb” - FOTO - VİDEO
Siyasi / 24.10.2024 13:14
İrəvan Ankaranın qapısını döyür – ANONS - VİDEO
Mədəni / 23.10.2024 21:53
“Erməni rejissor Qarabağ xalçası ilə səhnəyə çıxıb ermənilərlə razılaşmadığını bəyan etdi” - FOTO - VİDEO
Mədəni / 23.10.2024 14:10
Paracanovun şəkillərini ermənilər niyə yandırıblar? – ANONS - VİDEO
İdman / 23.10.2024 09:26
Telekanal və saytların 3-cü Xatirə Turniri ilə bağlı SÜJETLƏRİ - VİDEO
Elm və təhsil, Siyasi, Sosial / 22.10.2024 22:07
Ağmanqan, Ağörən, Ağpara, Ağrıyurdə – türk tarixinin izi - FOTO - VİDEO
Müsahibə, Siyasi / 22.10.2024 19:03
“SSRİ-də repressiyaya məruz qalanların çoxu Azərbaycandan idi” - VİDEO
Siyasi / 22.10.2024 17:05
Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu – ədalətin bərpası – TƏHLİL
İdman / 22.10.2024 14:22
Minifutbol Turnirində final gününün yaddaqalan MƏNZƏRƏSİ - FOTO - VİDEO
Elm və təhsil / 22.10.2024 14:00
Ağmanqandan Ağrıyurda: dəyişdirilən toponimlər – ANONS - VİDEO
Siyasi / 22.10.2024 13:46
“Sürgündən sonra gizlicə zirzəmidə yaşadım” – ANONS - VİDEO
Müsahibə / 21.10.2024 22:10
“Ermənilər Çivə kəndindəki abidələri məhv etmişdilər” - FOTO - VİDEO
İdman / 21.10.2024 15:26
Şəhid Jurnalistlərin Xatirəsinə 3-cü Ənənəvi Minifutbol Turniri başa çatıb - FOTO - VİDEO
Siyasi / 21.10.2024 15:09
Erməni lobbisi və onun çirkli pulları – BMT-nin tədbirini qaralamaq cəhdləri – TƏHLİL
İdman / 20.10.2024 09:11
Xatirə turnirində kuboku “Göyçə” qazanıb - FOTO - VİDEO
Elm və təhsil, Maraqlı / 19.10.2024 22:34
“Qafqazda olan türk damğaları Altayda tapılanlardan 1400 il qədimdir” - FOTO - VİDEO
Elm və təhsil / 19.10.2024 13:30
“Türklər Qafqazdan Altaya köçüblər” – ANONS - VİDEO
Sosial / 19.10.2024 12:52
Osloda COP-29 təbliğ olundu: Bakıda yüksək hazırlıq işləri görülür - FOTO