Təhlil 24.06.2024 17:13

Ermənistanın qurtuluşunun real yolları – TƏHLİL

Ermənistan cəmiyyəti və ermənilər aldadılıb. Qafqazda, xüsusən Azərbaycan torpaqlarında yerləşdirilmələrinin təşkilatçıları onlara əlçatmaz vədlər verməklə yalan deyiblər. Həmin xülyalarla iki yüz ildir bu xalqın nümayəndələri yaşayıb.

Nifrət, kin kimi mənfi emosiya ilə tərbiyə olunub, sayları yetməyən və heç vaxt da yetməyəcək ərazi iddialarıyla böyüyüblər.

Azərbaycan torpaqlarının bir hissəsində onlara dövlət quranların Xəzərədək əraziləri də onlara peşkəş edəcəklərini düşünürdülər.

Başqa sözlə, erməni etnik qrupu Rusiyanın sayəsində dövlətə malik olub. Yəni onlara verilən Azərbaycan torpaqlarında bayraq ucaldıb, dövlət qurublar.

Bununla kifayətlənə də bilərdilər. Ancaq bu onlara azlıq edib. Konstitusiyalarına qonşu dövlətlərin ərazilərinin birləşdirilməsi kimi beynəlxalq normaları pozan müddəa belə daxil ediblər. Bu ölkənin əsas qanunu təcavüzkarlıq ideyasının bütün istiqamətlərdə mənbəyidir.

Ermənistanın dövlət olaraq əsası yoxdur. Onun bazası Azərbaycan torpaqlarını ələ keçirmək, türk düşmənliyi və qondarma soyqırımı ideyaları üzərində formalaşıb. Bunlardan birinin sıradan çıxması onlar üçün domino effektini verir.

Azərbaycan əsgəri 44 günlük müharibədə Ermənistanı silkələdi. Qələbə onlara düşünmək üçün imkan verdi. Həmin dövrdə bəhs etdiyimiz yalan və saxta xülyaların yaradıcıları, havadarları belə Ermənistanı məğlubiyyətdən xilas edə bilmədi. Zaman, tarix və şərait ədalətin bərqərar olmasını da diktə etdi.

Uydurmaları yuxuda görmək istəyən erməni cəmiyyəti həmin hadisələrdən sonra hələ də mənasız ideyaların arxasınca yürüyür. Keşiş Baqrat Qalstanyanın başladığı “Vətən uğrunda Tavuş” şüarı altında keçirilən aksiyaya qoşulurlar. Bu aksiya həmin təcavüzkarlıq düşüncəsinin davamıdır. Azərbaycan torpaqlarına olan özlərinin və havadarlarının işğalçı niyyətlərini Nikol Paşinyana istefa tələbi ilə ört-basdır etməyə səy göstərirlər. Bu, fəaliyyətin arxasında duranlar daim ermənilərin maraqlarının təmin olunması düşüncəsi altında başqalarının tapşırıqlarını icra ediblər. Çünki Ermənistan dövləti onlara bu xidmət görə verilib.

Baş nazir Nikol Paşinyan çıxışlarında “artıq dövlətimiz var, bunu inkişaf etdirməyi düşünməliyik deyəndə” yəqin elə mövcud ölkəsinin başqa istiqamətlərdən əl çəkməyi təklif edir.

N.Paşinyan bu günlərdə hakim “Vətəndaş müqaviləsi” partiyasının forumunda etdiyi çıxışda bu məsələyə toxunub.

O bildirib ki, Ermənistan xalqı artıq döyüşmək, əziyyət çəkmək və özünü qurban vermək istəmir, sadəcə yaşamaq istəyir. Bunu yeni siyasi reallıq olaraq ideoloji reallığın əsasları olduğunu qeyd edib. Paşinyan bunu xalqının elitaya və hakim çoxluğa mesajı olduğunu söyləyib.

Bu həm də müharibədən sonra “Ermənistan xalqı indi nə istəyir” sualına müəyyən mənada cavabdır. Çünki Azərbaycanın Qarabağ və ətraf rayonlarını işğal altında saxlayıb, Ermənistana qatmağa onlar nail ola bilmədi. Reallaşması mümkün olmayan bu ideyadan sonra erməni xalqı özü üçün çıxış yolu tapmağa başlayıb. Bəziləri mühacirətə üstünlük verib. Bir qismi mövcud hakim siyasi elitanı qəbul edib, bir qismi isə hələ də keçmiş prezidentlər – Robert Koçaryan və Serj Sarqsyanın yalan vədləri ətrafında fırlanırlar.

Paşinyan həmin çıxışında cəmiyyətin istəklərindən bəhs edərək deyib ki, xalq uşaqlarının xoşbəxt və firavan yaşamalarına şərait yarada bilib-bilməyəcəklərini hakimiyyətdən soruşur. O vurğulayıb ki, bu suala yalnız dövlət cavab verə bilər.

Baş nazir hesab edib ki, hakimiyyətin təqdim etdiyi real Ermənistan ideyası xalqdan alınıb. Onun sözlərinə görə, bu ideya ona və ya partiyasına deyil, Ermənistan cəmiyyətinə məxsusdur.

Baş nazir adını çəkmədən keşiş Baqratın yürüşlərindən bəhs edərək deyib ki, xalq real Ermənistana üstünlük verdiyi üçün hərəkat uğursuzluğa düçar olub: “Həyat ideologiyasını dövlət ideologiyasına çevirmək, vətəndaşların yaxşı yaşamaq istəyinə azadlıq vermək lazımdır”.

Paşinyan əlavə edib ki, təcrid olunmuş elitalar özlərinin və ya başqalarının yaratdığı ideologiyaları xalqa tanıtmağa çalışır, çox vaxt onları zorakılıq yolu ilə tətbiq edirdilər.

Baş nazirin bu çıxışı erməni cəmiyyətinin real vəziyyətini əks etdirir. Ermənistanın dövlət olaraq mövcudluğunu qoruması üçün aşağıdakı məsələlər real sayılır:

– Qonşu dövlətlərə ərazi iddiasından birdəfəlik imtina etmək;

– uydurulmuş tarixdən əl çəkmək;

– türkləri düşmən gözündə görməmək;

– regional əməkdaşlığa üstünlük vermək;

– beynəlxalq öhdəliklərə əməl etmək;

– konstitusiyada islahat aparmaq, yaxud onu dəyişmək;

– Cənubi Qafqazda casus-dövlət rolu oynamaqdan əl çəkmək;

– xarici qüvvələrin aləti olmaqdan qurtulmaq;

– repatrasiya prosesinə ədalətli yanaşmaq və s.

Bunları həm də erməni cəmiyyətinin yenilənməsi, etimad və etibar qazanması üçün əsas saymaq olar. Nikol Paşinyan real Ermənistanı bu şərtlərə əməl edəcəyi halda qura bilər. Əks halda erməni cəmiyyəti bütün işlərə yenidən başlayacaq.

Sədrəddin Soltan – “Report” 

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO