Elm və təhsil 09.12.2023 20:11

Ermənistanın şimalında sonuncu nöqtə – Ləmbəli kəndi - FOTO - VİDEO

 

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında Loru mahalının, Barana (Noyemberyan) rayonunun Ləmbəli (Baqrataşen) kəndi haqqında xüsusi buraxılış hazırlanıb.

Rakus.az xəbər verir ki, verilişdə Ləmbəli kəndinin etnoqrafiyası, toponimi, tarixi, əhalisi, relyefi, iqlimi, atət-ənənələri, toyları və digər sahələrindən geniş söhbət açılıb.

Bildirilib ki, Ləmbəli Tiflis quberniyasının, Loru-Borçalı qəzasında, indiki Barana (Noyemberyan) rayonunda kənddir və rayon mərkəzindən 15 km şimal-qərbdə, Tona çayının sağ tərəfində yerləşir. Əsasən Ayvazdar, Mürşüdlü tayfaları ilə tanınan bu yer “Ermənistan”ın şimalında sonuncu nöqtədir. Dəniz səviyyəsindən 470 m yüksəklikdə yerləşən, dərəli-təpəli, dağlı-düzlü məkandır.

Qeyd olunub ki, erməni mənbələrində “Ləmbəli qyuğ” formasında qeyd edilir. Toponim “rütubətli və bürkülü zonalar üçün səciyyəvi olan tikili” mənasında işlənən ləm və “düzənlik, açıqlıq, açıq yer”, “geniş düzənlik” mənasında işlənən pila/pala (bəli) sözlərinin birləşməsindən əmələ gəlib və relyeflə bağlı yaranan toponimdir. Qışı mülayim-orta, yayı nisbətən isti olur.

Diqqətə çatdırılıb ki, azərbaycanlıların yığcam yaşadığı Ləmbəli kəndində Tona çayı üzərində körpü tağları mövcud olub. Ləmbəli kəndi ilə Sadaxlı kəndini birləşdirən üç qədim körpü aran Borçalısı ilə dağ Borçalısını birləşdirməklə tarixi İpək Yolunun üstündə yerləşirdi. XVI–XVIII əsrlərdə inşa edilən bu körpülər XIX yüzildə Rusiya-İran müharibələri zamanı dağıdılıb.

Məlumat verilib ki, kənddə 1831-ci ildə 11 nəfər, 1886-cı ildə 292 nəfər, 1897-ci ildə 376 nəfər, 1908-ci ildə 400 nəfər, 1914-cü ildə 493 nəfər azərbaycanlı yaşayıb. 1915-ci ildən sonra azərbaycanlılar ermənilərin təcavüzünün nəticəsində tarixi-etnik torpaqlarından qovulublar. İndiki Ermənistan sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılar geri qayıdıblar. 1922-ci ildə 783 nəfər, 1926-cı ildə 857 nəfər, 1931-ci ildə 1034 nəfər, 1939-cu ildə 1289 azərbaycanlı yaşayıb.

1948–1949-cu illərdə SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə azərbaycanlılar Azərbaycana köçürülüb. Ləmbəlilər bu haqsızlığa qarşı çıxaraq, apardıqları mübarizə nəticəsində onlar geri – öz kəndlərinə qayıdıblar. 1988-ci ildə azərbaycanlılar tam qovularaq kənddə ermənilər yerləşdirilib.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş dekabrın 9-da saat 19:30-da Baku TV-nin efirində və YouTube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Elm və təhsil, Sosial / 09.12.2023 20:11
Ermənistanın şimalında sonuncu nöqtə – Ləmbəli kəndi - FOTO - VİDEO
Maraqlı, Müsahibə / 08.12.2023 20:38
“Hər kənd özünə müdafiə üçün səngər qazmışdı” - FOTO - VİDEO
Dünya, Təhlil / 08.12.2023 16:19
Rəsmi Bakı-İrəvan yaxınlaşması – sülhə aparan açıqlama – TƏHLİL
Dünya, Təhlil / 08.12.2023 15:50
“Erməni yazıçısı: Ermənistanda yaşayanlar ermənilər deyil, əsl hindlilərdir” - FOTO - VİDEO
Gündəm, Maraqlı, Müsahibə / 08.12.2023 13:28
“Sinifdə hamımız erməni dili dərsindən qaçırdıq” – Arifə Əhmədovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Dünya, Siyasi, Təhlil / 07.12.2023 14:42
Ermənilər: “Paşinyanı hakimiyyətdən məhrum etməliyik” – ANONS - VİDEO
Maraqlı, Siyasi, Sosial / 06.12.2023 20:07
“Ağ genosid” siyasətinin qurbanı, əhalisi zorla çıxarılan məkan - FOTO - VİDEO
Siyasi / 06.12.2023 12:16
Çar Rusiyasının Basarkeçər planı – ANONS - VİDEO
Dünya, İqtisadi / 05.12.2023 20:13
“Ermənilər: “Rusiya Ermənistandan qisas alır” - FOTO - VİDEO
Müsahibə, Video müsahibə / 05.12.2023 18:59
“Karen Dəmirçyan azərbaycanlılarla bağlı həqiqəti dediyi üçün güllələnib” – MÜSAHİBƏ - FOTO - VİDEO
Dünya, Siyasi / 05.12.2023 14:24
Ermənilər yeni “qucaq” axtarır” – ANONS - VİDEO
Siyasi, Sosial / 05.12.2023 13:18
“Ağıllı ermənilər Göyçə və Zəngəzur kəndlərini tərk edirlər” – ANONS - FOTO - VİDEO
Müsahibə, Video müsahibə / 04.12.2023 20:09
“Daşnaklardan müdafiə olunmaq üçün miili hökumətdən yardım istənilib”- MÜSAHİBƏ - FOTO - VİDEO
Hadisə, Maraqlı / 03.12.2023 19:55
İrəvanı tərk edən və ölümlə hədələnən sonuncu Qərbi Azərbaycan türkü - FOTO - VİDEO
Mədəni, Sosial / 02.12.2023 23:48
“Yolumuz Qərbi Azərbaycandır” adlı tədbir keçirilib - FOTO
Mədəni / 02.12.2023 21:07
Göyçənin 1905-ci ildə yandırılan kəndi - FOTO - VİDEO
Gündəm, Mədəni / 01.12.2023 20:00
“1987-ci ildə məni ermənilər İrəvanda öz evimizə qeydiyyata salmadılar”
Gündəm, Maraqlı / 01.12.2023 13:32
“Qışda hokkey oynamaq üçün İrəvanda küçələri sulayardıq” – Tamerlan Əliyevin həyat hekayəsi – ANONS - VİDEO
Mətbuat / 01.12.2023 12:50
“Medianews.az” saytına yeni baş redaktor təyin edilib
Dünya / 30.11.2023 20:33
Qərbi Azərbaycana qayıdış qaçılmazdır – Ermənistanın iddiaları alt-üst oldu - FOTO - VİDEO
Siyasi, Təhlil / 30.11.2023 14:24
Ermənilərin “qaçqınlıq nağılı” – ANONS - VİDEO
Siyasi, Sosial / 29.11.2023 19:46
Ermənilərin Baranada saxtalaşdırma əməliyyatı - FOTO - VİDEO
Siyasi, Sosial / 29.11.2023 13:35
Barana niyə Noyemberyan və Tavuş oldu? – ANONS - VİDEO
Gündəm, Siyasi / 29.11.2023 11:45
Ermənistan UNESCO-nun müvafiq missiyasını qəbul etməlidir – BƏYANAT
Siyasi, Sosial / 29.11.2023 00:34
Ardanış kənd icmasına sədr seçilib - FOTO
Gündəm, Siyasi / 28.11.2023 20:00
Erməni ziyalısı: “Tüpürüm Ermənistana, bu reallığa, hər şeyə!” - FOTO - VİDEO