Təhlil 23.12.2024 17:48

Ermənistanın vandal əməlləri – Dünyanın 77 il susduğu cinayət – TƏHLİL - FOTO

Bu gün keçmiş SSRİ-nin Azərbaycana və azərbaycanlılara qarşı yaşatdığı faciəvi günlərin 77 ili tamam olur. Dekabrın 23-də indiki Ermənistandan azərbaycanlıların köçürülməsinə dair qərar qəbul olunub.

Tarixi mənbələrə əsasən, 1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Soveti “Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” qərar qəbul edib: “1948-1950-ci illərdə könüllülük prinsipi əsasında Ermənistan SSR-də yaşayan 100 min kolxozçu və digər azərbaycanlı əhali Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülsün”.

Qərarın 1-ci bəndində 1948-ci ildə 10 min, 1949-cu ildə 40 min və 1950-ci ildə 50 min nəfərin köçürülməsi nəzərdə tutulurdu. Həmin qərarın 11-ci bəndinə əsasən, Ermənistan SSR Nazirlər Sovetinə azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi ilə əlaqədar onların boşaltdıqları tikililəri və yaşayış evlərini xaricdən Ermənistana gələn ermənilərin yerləşdirilməsi üçün istifadə etmələrinə icazə verilir.

Bu qərarın qəbul edilməsi təsadüfi deyildi. Sənəd ermənilərin “Böyük Ermənistan” xülyasının tərkib hissəsi idi. Onlar XX əsrin əvvəllərində, xüsusi ilə Azərbaycanı sovetlər işğal etdikdən sonra ərazilər əldə etməkdən şirniklənərək bu məsələni yenidən qaldırmışdılar.

Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Q.Arutinov 1945-ci il mayın 15-də SSRİ Xalq Komissarları Sovetinin sədri İ.Stalinə məktubla müraciət edərək, xaricdə yaşayan ermənilərin Sovet Ermənistanına “qaytarılması” haqqında qərarın qəbul edilməsini istəyib. İyunun 6-da İ.Stalin Kremldə Q.Arutinovu qəbul edib. O da Stalinə Türkiyə ilə 1914-cü ildəki vəziyyətə uyğun sərhədləri bərpa etmək haqqında məktubunu verib.

Oktyabrın 27-də Q.Arutinov yenidən İ.Stalinin qəbulunda olub. SSRİ rəhbəri birinci katibə sovetlərin Türkiyəyə qarşı ərazi iddiasının gündəlikdən düşmədiyini bildirib. Q.Arutinov 300 mindən artıq erməninin sovet Ermənistanına can atdığını, ancaq əvvəlcə “mövcud ədalətsizliyin” aradan qaldırılmasını – yəni “Dağlıq Qarabağ və Naxçıvan məsələsinin” həll olunmasını, bu ərazilərin Ermənistana birləşdirilməsi haqqında növbəti məktubunu Stalinə təqdim edib.

Bununla da Ermənistandakı azərbaycanlıların kütləvi məcburi köçünün növbəti faciəsi yaşandı.

Onda Stalin və SSRİ rəhbərliyi “kolxozçular” adı arxasında pis və insanlıqdan uzaq niyyətlərini gizlədərək, Ermənistandakı türklərin deportasiyasını reallaşdımağa başladılar.

Həmin illərdə sovet rəhbərliyi daha bir saxtakarlığa imza atmışdı. SSRİ Ali Sovetinin 1946-cı il oktyabrın 19-u tarixli fərmanına əsasən, xaricdən Ermənistana ermənilərin “repatriasiya”sı başlayıb. Bu məsələdə saxtakarlıq həmin ermənilərin “repatriant” adlanması idi. Halbuki onların Ermənistan, daha dəqiqi Qərbi Azərbaycan bölgələri ilə heç bir bağı olmamışdı. Onlar azərbaycanlıların çıxarıldığı ərazilərdə heç vaxt yaşamayıblar. Həmin “repatriantlara” Ermənistana daxil olan kimi sovet vətəndaşı pasportu verilib.

Tarixi sənədlərə əsasən, 1946-cı ildə Suriya, Yunanıstan, Livan, İraq, Bolqarıstan və Rumıniyadan 50 900, 1947-ci ildə Fələstin, Suriya, Fransa, ABŞ, Yunanıstan, Misir, İraq və Livandan 35 400 erməni indiki Ermənistanda yerləşdirilib.

Ümumiyyətlə, 1946-1949-cu illərdə xarici ölkələrdən Ermənistana 96 min erməni köçürülüb. Onların da böyük qismi İrəvanda məskunlaşdırılıb.

Moskva o vaxtlar etirazların qarşısını almaq məqsədi ilə 1947-ci il dekabrın əvvəlində Azərbaycan və Ermənistan kommunist partiyaları mərkəzi komitələrinin birinci katiblərinin adından Stalinə məktub göndərib. Məktubda Ermənistanda yaşayan 130 min azərbaycanlının köçürülməsi məsələsini həll etmək xahiş olunub.

Onlar Azərbaycanın Zərdab, Əli Bayramlı (Şirvan), Kürdəmir, Göyçay, Mirbəşir (Tərtər), Salyan, İmişli, Sabirabad, Jdanov (Beyləqan), Yevlax, Ucar, Saatlı, Puşkin (Biləsuvar) rayonlarında yerləşdiriliblər. İqlim fərqinə görə məcburi köçürülənlər yoluxucu xəstəliklərə tutulub, bir qismi ölüb.

Sənədlərə əsasən, 1948-1950-ci illərdə Ermənistandan köçürülmüş 8 110 ailədən yalnız 3 232-si yaşayış evləri ilə təmin olunmuşdu. 1950-ci ildə köçürülənlər üçün 3 500 ev tikmək qərara alınsa da, yalnız 470 ev tikilmişdi. Yalnız 1 488 köçkün ailəsi həyətyanı təsərrüfat sahəsi ilə təmin olunub. 1951-ci ildə köçkünlər üçün 5 min yaşayış evinin tikintisi planlaşdırılsa da, cəmisi 3 74 ev tikilib istifadəyə verilib. 1952-ci ildə Ermənistan SSR-dən Kür-Araz ovalığına 600 təsərrüfatın köçürülməsi planlaşdırılır. Sovetlərin plan artıqlaması, 124.6 faizlə yerinə yetirilir.

1951-ci ildən etibarən Azərbaycanda evsiz-eşiksiz qalan köçkün azərbaycanlıların bir qismi müxtəlif yollarla Ermənistana qayıdır. 1953-cü ildə İ.Stalinin ölümündən sonra azərbaycanlıların öz tarixi torpaqlarından deportasiyası azalır. Yaşayış şəraiti ağır olan əhalinin öz yurdlarına qayıtması prosesi sürətlənir.

1939-cu ildə keçirilən siyahıyaalma əsasən, İrəvan şəhərində 6 569 azərbaycanlı qeydə alındığı halda, 1959-cu ildə bu rəqəm 3 413 təşkil edib.

Həmin illərdə yüz mindən çox azərbaycanlı Ermənistandan Azərbaycana məcburi olaraq köçürülüb. Ermənistandan azərbaycanlıların deportasiyası ilə yanaşı, yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi əməliyyatı aparılırdı. Təkcə 1947-1953-cü illərdə 60-dan artıq azərbaycanlı yaşayış məntəqələrinin adlarını erməniləşdiriblər.

Həmin hadisələrdən 50 il sonra dekabrın 18-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin imzaladığı Fərmanla 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistandan deportasiyasına ilk dəfə hüquqi-siyasi qiymət verilib.

Bu, 77 il əvvəl baş vermiş faciədən çox qısa xatırlatmadır. SSRİ-nin güclü dövründə ermənilər azərbaycanlılara qarşı bu cinayəti törətdilər. 1988-1991-ci illərdə sovetlərin çökdüyü dövrdə bunu sövt əsgəri və hərb maşının gücü ilə reallaşdırmağa başladı. Bu üç ilə yaxın dövr ərzində 300 minə yaxın azərbaycanlı indiki Ermənistandan, Qərbi Azərbaycandan, öz tarixi yurdlarından qovulub. Bununla da Ermənistan və erməni liderləri ölkədə azərbaycanlılara, türklərə qarşı etnik təmizləməni başa çatdırmış oldu. Onlar bunu havadarlarının yardımı ilə Qarabağda da reallaşdırmışdılar. 44 günlük Vətən müharibəsi bu işğalı nəticələrini aradan qaldırdı.

1988-1991-ci illərdə Ermənistan vətəndaşlığından güc yolu ilə məhrum edilmiş azərbaycanlılar, əsl repatriantlar öz evlərinə qayıtmaq üçün rəsmi İrəvana dəfələrlə müraciət edib. Onlar bütün istiqamətlər pozulmuş insan hüquqlarının bərpasını istəyir.

Prezident İlham Əliyev bu il dekabrın 5-də “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda II beynəlxalq konfransın iştirakçılarına müraciətində bildirib: “Ermənistan Qərbi Azərbaycan İcmasının fəaliyyətini qəsdən öz ərazi bütövlüyünə təhdid kimi təqdim etməyə çalışır. Lakin İcmanın məqsədi Qərbi Azərbaycandan didərgin salınmış soydaşlarımızın dinc və təhlükəsiz şəraitdə, ləyaqətlə öz dədə-baba yurdlarına qayıdışının təmin olunmasından ibarətdir. Bu, sırf insan haqları məsələsidir”.

Beynəlxalq ictimaiyyət 77 il öncə törədilən cinayətə müəyyən mənada Stalinin gücünə və edilən saxtakarlığa görə müdaxilə edə bilmirdi. Ancaq indi 300 min azərbaycanlının 36 ildir pozulan insan hüquqlarına laqeyd qalması bu cinayətlərə ən yaxşı halda göz yummaqdır. Zaman ən ədalətli hakimdir. Qarabağda ermənilərin azərbaycanlılara qarşı apardığı etnik təmizləmənin nəticələri aradan qalxdı. Ermənistan rəhbərliyi, beynəlxalq ictimaiyyət “Qarabağ Azərbaycandır” dedi. Qərbi azərbaycanlıların repatriasiyası məsələsi də ədalətli həllini gözləyən hüquq pozuntusudur. Beynəlxalq ictimaiyyət 77 il öncəki kimi yenə susacaq?

Sədrəddin Soltan – “Report” 

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir”
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO