Siyasi 24.01.2024 20:26

Ərtikdə türk izlərinin itirilməsi planı - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə fitnəkar erməni siyasətinin düşünülmüş qurbanı olan rayonlardan biri – Ərtik rayonu haqqında süjet hazırlanıb.

Rakus.az xəbər verir ki, “V əsrə aid türk-xristian məbədinin mövcud olduğu məkan” adlı süjetdə XIX əsrin əvvəllərindən başlayaraq Azərbaycan ərazilərinə ermənilərin süni şəkildə yerləşdirilməsindən sonra  xalqımıza məxsus şəhər və kəndlərin izinin itirilməsi prosesinə başlanıldığı, bunun nəticəsində yüzlərlə mədəniyyət, dini abidələrin dağıdıldığı, mənimsənildiyi və vandalizmə məruz qaldığı vurğulanır.

Bildirilir ki, Ərtik rayonu Qərbi Azərbaycanın, indiki Ermənistanın  Şörəyel mahalı ərazisində Alagöz dağının şimal-qərb ətəyində yerləşir. Ərtik yaxınlığında eramızdan əvvəl XIV-XI əsrlərə aid katakombaların aşkar edilməsi bu məkanın qədimliyini göstərir. Ərtik İrəvan quberniyasının Gümrü – Aleksandropol qəzasında, indiki Artik rayonunda kənd adı kimi də tanınıb. Həmin qəzada XIX əsrin axırlarında Ərtik adlı kənd xarabalığı da mövcud olub. 1728-ci il Osmanlı icmal dəftərində adı qeyd edilən Ərtik Şörəyel mahalının mərkəzi sayılıb və əhalisi Azərbaycan türklərindən ibarət olub. 1804-cü ildə rus qoşunlarının bu ərazini işğal etməsindən sonra yerli müsəlman-türk əhalisinin başqa yerlərə böyük köçü başlayıb. 1878-ci ildə Azərbaycan türkləri bu ərazidən tam qovulub və ermənilər yerləşdirilib. Şörəyel mahalının Rusiya tərəfindən işğal olunmuş hissəsi 1920-1930-cu illərdə Ermənistan SSR rayonlaşdırılarkən 3 inzibati rayona – Düzkənd, Agin və Ərtik rayonlarına bölünüb. Rayon ərazisində Şirvancıq kəndində V əsrə aid Şirvancıq türk-xristian məbədi, Qıpçaq kəndində 1201-ci ildə tikilən qədim Qıpçaq türk qalası və Qıpçaq məbədi də mövcuddur.

Diqqətə çatdırılır ki, 1946-cı il mayın 31-də kəndin türkcə Qıpçaq adı dəyişdirilərək Ariç, məbədin adı isə Ariçavəng qoyulub: “Məbədin yerləşdiyi Qıpçaq kəndi qədimdən türk-oğuz boylarının ana yurdu olub. Bu yerlərə ermənilərin ilk kütləvi axını XIX əsrin əvvəllərində bölgənin Rusiya imperiyası tərəfindən işğalından sonra başlayıb. Haylar bura İrandan və Türkiyədən köçürülüblər. 1930-cu il sentyabrın 9-da yaradılan Ərtik rayonu 1995-ci ilədək indiki Ermənistanın tərkibində inzibati-ərazi vahidi olub. Ermənilər ərazisi 632 kvadrat kilometr olan bu rayonu Artik adlandırıblar. Ərtik 1945-i ildən respublika tabeli şəhər olub. Rayon 1962-ci ildə ləğv olunub, lakin 1964-cü ildə yenidən bərpa edilib. 1995-ci ildə Ermənistanın yeni inzibati-ərazi bölgüsünə keçidi zamanı rayon  ləğv olunaraq Şirak mərzliyinin tərkibinə daxil edilib. Ümumilikdə, Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin müxtəlif fərmanları ilə rayon üzrə 31 tarixi yer adı dəyişdirilib”.

Sonda vurğulanır ki, qədim türk torpağı olan Ərtik rayonunun çox zəngin tarixi, burada yaşamış azərbaycanlı əhalinin dərin kökü və irsi var: “Məhz bu irsi qoruyub saxlamaq, yaşatymaq üçün mənfur ermənilərin özlərinə məkan saydıqları tarixi oğuz yurdlarına qayıtmaq vacib şərtdir və hər bir Qərbi azərbaycanlının mənəvi borcudur”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet teleaparıcı Ramin İbrahimovun təqdimatında yanvarın 24-də saat 19:30-da Baku Tv-nin efirində və Youtube kanalında yayımlanıb.

  

XƏBƏR LENTİ
Siyasi / 24.01.2024 20:26
Ərtikdə türk izlərinin itirilməsi planı - FOTO - VİDEO
Dünya, Siyasi, Təhlil / 24.01.2024 17:53
Ermənistanın şifrəli inadkarlığı – üçüncü tərəflərin rolu – TƏHLİL
Maraqlı, Sosial / 24.01.2024 13:28
Ərtik – türk-oğuz boylarının ana yurdu – ANONS - VİDEO
İqtisadi, Sosial / 23.01.2024 20:53
Erməni araşdırmaçı Qərbi Azərbaycana gəlmə olduqlarını faktlarla təsdiq etdi - FOTO - VİDEO
İdman / 23.01.2024 20:16
“Finalda qalib gəldim erməni soyadlı sertifikat verdilər” – MÜSAHİBƏ - VİDEO
Təhlil / 23.01.2024 17:26
Tehranın Ankaraya qarşı PKK oyunu – TƏHLİL
İdman / 23.01.2024 14:16
“Ermənistanın ən yaxşı boksçusu oldum” – ANONS - VİDEO
İqtisadi, Maraqlı / 23.01.2024 13:00
Qərbi Azərbaycan 1828-ci ildən necə erməniləşdirilib? – ANONS - VİDEO
Siyasi / 23.01.2024 11:25
Jozep Borrelin Azərbaycana qarşı qərəzli mövqeyi təəssüf doğurur – BƏYANAT
Müsahibə, Video müsahibə / 22.01.2024 21:08
“Böyük aktorların türk varlığına son qoymaq siyasəti iflasa uğradılıb”-MÜSAHİBƏ - VİDEO
Mətbuat / 22.01.2024 17:00
Baku TV Ailə TV-nin rəqəmsal yayımında da izləniləcək
Dünya, Təhlil / 22.01.2024 16:07
Yaxın Şərq – İran və onun qrupları ABŞ və müttəfiqləri ilə üz-üzə – TƏHLİL - FOTO
İdman / 22.01.2024 12:12
“Diqqəti yalnız yeniyetmələrə yönəltmişəm” – Rəşad Hüseynov 
Maraqlı, Sosial / 20.01.2024 21:26
“Ləmbəli deportasiyası şahidlərin dili ilə” – Qərbi Azərbaycan Xronikası - FOTO - VİDEO
Kriminal, Təhlil / 20.01.2024 13:01
20 Yanvar: Vətən, torpaq, azadlıq uğrunda mübarizə – TƏHLİL - FOTO
Gündəm / 20.01.2024 00:01
Qanlı Yanvardan 34 il keçir – Şəhidlərimizin ruhu şad olsun! - FOTO
Maraqlı, Sosial, Video müsahibə / 19.01.2024 20:19
“Ermənilər Basarkeçərdən kəndimizə gələn azuqəni kəsdilər” - FOTO - VİDEO
Siyasi, Təhlil / 19.01.2024 17:43
Kremldən İrəvana ismarış: “Sərhədlərdən heç yerə getmirik” – TƏHLİL
Sosial / 19.01.2024 12:49
“Ermənilər kəndlərimizə atəş açırdılar” – Murad Məmmədovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Dünya, Siyasi / 18.01.2024 20:38
Əliyev 100 illik xəritəni masaya gətirir – Qərbi Azərbaycan planının detalları - FOTO - VİDEO
Siyasi / 18.01.2024 14:07
Azərbaycanın xəritələri bir kənara qoymaq və sərhədi qarış-qarış müəyyən etməyi təklifi – ANONS - VİDEO
Maraqlı, Sosial / 17.01.2024 20:29
Ermənilərin 1905-ci ildə Ellər rayonunda məskunlaşma hiyləsi - FOTO - VİDEO
Siyasi / 17.01.2024 14:15
Gəlmə ermənilər Ellər rayonunu necə zəbt etdilər? -ANONS - VİDEO
Dünya, Siyasi / 16.01.2024 20:08
“Erməni alimlər öz tapıntıları ilə erməni yalanını ifşa etdilər” - FOTO - VİDEO
Mətbuat, Video müsahibə / 16.01.2024 19:53
“Ermənilər həqiqəti gizlətmək üçün Moskva kitabxanasından qəzet nüsxələrini oğurlayıblar” – MÜSAHİBƏ - FOTO - VİDEO
Maraqlı, Sosial / 16.01.2024 15:06
İrəvanın gerçək tarixi ermənilərin dili ilə – ANONS