Hərbi 25.09.2019 13:38

Əsgəri 32 dəfə evə buraxan komandir cavab verdi

Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilən, Penitensiar Xidmətin hərbi hissəsinin sabiq bölük komandiri Kazım Həsənovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Rakus.az xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində dindirilən İsrafil Vəliyev bildirib ki, K.Həsənovun komandir olduğu bölükdə əsgər olub: “Üç dəfə şəhər buraxılışına, bir dəfə uzunmüddətli məzuniyyətə getmişəm. Buna görə komandirə heç nə verməmişəm. Başqalarının da pul verməsindən xəbərim yoxdur”.

Şahid İxtiyar Məmmədov, Fədai Tapdıqov, Sahib Tapdıqov və Nicat Süleymanov da oxşar ifadə veriblər.

Daha sonra sənədlərin tədqiqi mərhələsində məlum olub ki, əsgərlərdən biri dörd ay ərzində 32 dəfə şəhər buraxılışına gedib. Hakim həmin əsgərin bu qədər buraxılışda olmasının səbəbini soruşub.

Təqsirləndirilən K.Həsənov bildirib ki, həmin əsgər hərbi hissəyə yaxın ərazidə yaşayıb: “Həmçinin, nümunəvi xidmətinə görə çox buraxılıb”.

Hakim digər əsgərlərə nə qədər buraxılış verilməsini aydınlaşdırmaq üçün növbəti prosesdə buraxılış qeydiyyatı kitabının tədqiq ediləcəyini bildirib.

Proses oktyabrın 1-nə təyin edilib.

Qeyd edək ki, K.Həsənov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə ittiham edilir.

Rəsmi ittihama görə, K.Həsənov tabeliyində olan əsgərlərdən həftəsonu buraxılışı üçün 30-40 manat məbləğində rüşvət alıb.

İttihama münasibət bildirən K.Həsənov özünü qətiyyən təqsirli bilməyib.

O deyib ki, ittiham verilmədən öncə hərbi hissədə insident yaşanıb və əsgərlərdən biri o birinə güllə atıb. Sözügedən hadisə ilə bağlı araşdırma aparılarkən rüşvət faktı ilə bağlı ayrıca cinayət işi başlanıb və K.Həsənova ittiham irəli sürülüb.

Onun barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS