İqtisadi 20.07.2019 12:07

Əshabi-Kəhfin yaxınlığında uran yatağı tapıldı - FOTO

“Azərbaycanda, Naxçıvan Muxtar Respublikası ərazisində Əshabi-Kəhf ziyarətgahının ətrafında yerləşən ərazidə uran yatağı aşkarlanıb. Mahmudlu mis-uran yatağı adlanan ərazi Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən qeydiyyata alınıb. Bu yataqda ilkin qiymətləndirmə işləri də aparılıb. Orada 1069 ton uran ehtiyatları qeydə alınıb. Bu yataqda uranla yanaşı, mis də aşkarlanıb”.

Rakus.az xəbər verir ki, bunu Milli Nüvə Tədqiqatları Mərkəzinin sədr müavini, kimya üzrə fəlsəfə doktoru Cəlal Nağıyev bildirib.

Cəlal Nağıyev qeyd edib ki, yatağın ərazisində radiasiyanın qiyməti ətraf fondan daha yuxarıdır: “Əshabi-Kəhf ziyarətgahının özündə ərazi üçün spesifik olan 10-15 mikrorentgen arasındadır və normaya uyğundur. Lakin yatağın aşkarlandığı ərazidə radiasiya ekspozisiyasının gücü 60 mikrorentgendən 1000 mikrorentgenə qədər dəyişir. Burada təbii radiasiya fonundan 100 dəfə artıq olan qamma şüalanmanın olduğu lokal ərazilər var. Bu radiasiya isə uran süxurlarının hesabına formalaşır. Hazırda həmin ərazidə heç bir yaşayış məntəqəsi yoxdur. O nöqteyi-nəzərdən heç bir təhlükə yoxdur. Təhlükə altında yalnız həmin ərazidə öz sürülərini otaran çobanlar ola bilər. Bu isə onların həmin ərazidə keçirdikləri müddətdən asılıdır”.

Tədqiqat mərkəzinin sədr müavini vurğulayıb ki, ziyarətgahın özündə və oraya aparan yolda radiasiya fonunun miqdarı 20 mikrorentgendən yuxarı deyil: “Bu isə insan sağlamlığı üçün hər-hansı bir təhlükə vəd etmir. Orada bir gün vaxt keçirsən belə, bu radiasiya fonu insan sağlamlığına təsir etmir. Ancaq ziyarətgaha gedən yolda müəyyən yerlər var ki, uran yatağının qırılmaları oradan keçir. Yolun ətrafında 20 metr uzunluğunda bir ərazidə yüksək radiasiya müşahidə olunur. Lakin nəzərə alsaq ki, həmin 20 metri avtomobillə bir neçə saniyəyə keçirsən, piyada gedəndə isə bir neçə dəqiqə təmasda olursan. Bu müddət ərzində həmin ərazidə olmaq insan sağlamlığı üçün elə də ciddi radiasiya riski törətmir. Belə fona malik ərazilərin üzərində ev tikib yaşayarsınızsa, bu, ciddi fəsadlara səbəb ola bilər. Çox təəssüf ki, Naxçıvan Muxtar Respublikasında olan problemlərdən biri də əhəng daşı karyerləri olmadığı üçün yerli sakinlərin tikinti materialı kimi bu tipli ərazilərdən, xüsusilə Culfa rayonunun Qahab kəndində olan dağ süxurlarından istifadə etməsidir. Elə olur ki, belə dağ süxurlarından bəziləri yüksək radiasiya saxlayır. Bu cür süxurlardan tikilən evlərdə yaşamaq isə olduqca təhlükəlidir”.

Cəlal Nağıyev eyni zamanda vurğulayıb ki, Azərbaycanda uranın olduğu digər ərazilər var. Məsələn, Naxçıvanın digər bölgələrində (Əlincə qalası, Darıdağ, Sirab adlı ərazilərdə), Quba, Xızı Şamaxı rayonu ərazisində uran var: “Ancaq bu ərazilərdə aşkarlanan uranın miqdarı həmin ərazilərin uran yataqları statusunun almasına imkan vermir. Lakin bu ərazilərdə əlavə elmi-tədqiqat işləri də aparılmalıdır. Ola bilsin ki, bu işlər aparıldıqdan sonra Azərbaycanda uran yataqlarının sayı artsın”. (Sputnik Azərbaycan)

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO