Evi gözəlləşdirməyin 6 yolu – MƏSLƏHƏT
Hər bir insan yaşadığı evdə ara-sıra kiçik dəyişikliklər edir.
Dünyanın məşhur dizaynerlərinin fikrincə, evinizdə edəcəyiniz kiçik dəyişikliklər yeni ab-hava yaradavaq:
1. Tablolardan istifadə edin.
Sənət əsərləri bir məkanı bir anda dəyişdirə biləcək gücə sahibdir. İstənilən bir tablonu uyğun divardan asmaqla daha gözəl görüntü əldə edə bilərsiz.
2. Çiçəklər hər zaman işə yarayır
Çiçəklərin hakim olduğu bir ev hər zaman müsbət auralı ev hesab edilib.
3. Evinizin ətrini tapın
Hər evin özünə aid bir ətri olur. Qapıdan içəri girdiyiniz zaman hansı qoxu ilə qarşılaşmaq istəyirsizsə, onu alın.
4. Köhnə əşyalardan qurtulun
Evinizdə illər əvvəl aldığınız və istifadə etmədiyiniz əşyalardan qurtulun. Beləliklə, həm yer açılacaq, həm də ətrafın daha sadə görünməsinə nail olacaqsınız.
5. Pəncərələri bəzəyin
Əgər evinizdəki pəncərələrin altında boş yer varsa, mütləq dekorda istifadə edin.
Şamlar, kiçik suvenirlər, çiçəklər evinizi daha gözəl göstərəcək.
6. Dərindən təmizlik edin
Gündəlik təmizlikdən bəhs etmirik. Evi dərindən təmizləyin. Hər xırda əşyanın belə tozunu alın. Yorulsanız belə, yeni evə sahib olmuş kimi hiss edəcəksiniz.