Siyasi 15.01.2024 17:40

Əziz Ələkbərli Dunya Miyatoviçə etiraz məktubu göndərib

Avropa Şurasının insan hüquqları üzrə komissarı Dunya Miyatoviçin 16-23 oktyabr 2023-cü il tarixlərində Ermənistan və Azərbaycana səfəri ilə bağlı hesabat hazırlanıb.

Rakus.az xəbər verir ki, bir sıra ciddi nöqsanlara yol verilmiş hesabatla bağlı Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərli komissar Dunya Miyatoviçə etiraz məktubu ünvanlayıb.

İcmadan verilən məlumata görə, etiraz məktubunda deyilir:

“Əvvəla, Azərbaycana səfərinizə və 23 oktyabr 2023-cü il tarixində Ermənistandan olan azərbaycanlı qaçqınlarla görüşünüz zamanı nümayiş etdirdiyiniz səmimi münasibətə görə Sizə təşəkkür edirik. Sizin ruhlandırıcı sözləriniz, xüsusilə də “heç vaxt vaz keçməyin” tövsiyəniz bizim icmamızda dərin təsir buraxmışdı.

Bununla belə, biz sizin son hesabatınızın müstəsna olaraq bir etnik qrupa aid məsələni – özü də təhrif olunmuş şəkildə əhatə etməsini, bizim məsələmizə isə orada qəsdən yer ayrılmamasını dərin təəssüf və məyusluq hissi ilə qeyd edirik. Ermənistandan didərgin salınmış yüzminlərlə azərbaycanlıya, onların acınacaqlı vəziyyətinə, davam edən mübarizəsinə və onlarla keçirdiyiniz mühüm görüşünüzə istinad etməməyiniz nəinki məyusedicidir, həm də ədalət və qərəzsizlik prinsiplərinə ziddir. Bu nöqsan sadəcə bir diqqətsizlik deyil – qərəzliliyə, etnik və dini ayrı-seçkiliyə dair klassik nümunədir.

Xatırlatmaq yerinə düşər ki, biz sizin regiona səfərinizə dair Avropa Şurasının 26 oktyabr 2023-cü il tarixində verdiyi və bizim məsələmizə istinad edilmədiyi press-relizindən dərhal sonra – 27 oktyabr 2023-cü il tarixində sizə məktub göndərərək narahatlığımızı bildirmişdik. Göründüyü kimi, bizə münasibətdə qərəzli münasibət davamlı xarakter daşıyır.

Sizin hesabatınız Ermənistanı yalnız ümumi şəkildə geri qayıtmaq hüququna hörmət etməyə çağırır. Lakin, kimin geri qayıtmaq hüququndan söhbət getdiyini göstərmir. Biz geri qayıtmaq hüququ ilə bağlı bu ümumi çağırışı dəyərləndirsək də, bu çağırışın kontekstinin qeyri-müəyyənliyi onun dəyərini və təsirini azaldır.

Azərbaycanlı qaçqınlarla görüşünüz zamanı nümayiş etdirdiyiniz həvəsləndirici və dəstəkləyici tonla hesabatınızda işimizə baxılması arasındakı kəskin ziddiyyət bizi dərindən məyus və narahat edir. Bu, insan haqları və ədalətin qalası kimi dayanmalı olan AŞ İnsan Hüquqları Komissarı ofisinin əslində çox düzgün olaraq “Ermənistan+” adlandırılan anti-Azərbaycan dairələrin əlində alət olduğunu söyləməyə əsas verir.

Azərbaycanlı qaçqınların dərdini ört-basdır etmək onların qarşısında naxələflik olmaqla bərabər, Avropa Şurasına olan-qalan etimadı və onun missiyasını sarsıdır. Bu, sizin möhtərəm ofisinizin öz işində rəhbər tutmalı olduğu ədalət və qərəzsizlik prinsiplərinə xəyanətdir.

Yekun olaraq qeyd etmək istərdik ki, bizə “heç vaxt vaz keçməməyi” tövsiyə etsəniz də, sizin özünüz ən azı bu halda öz prinsiplərinizə etinasız yanaşmaqla məhz bunu etdiniz. Buna baxmayaraq, biz haqq-ədalət və Vətənimizə qayıtmaq hüququ uğrunda mübarizəmizdən heç vaxt vaz keçməyəcəyik. Məhz bu qətiyyətlə biz sizdən öz vəzifələrinizi yerinə yetirməyi və uzun müddətdir ki, məlum bədnam dairələr tərəfindən susdurulmağa çalışılan haqq işimizi hesabatınızda əks etdirmək üçün ona yenidən baxmağı tələb edirik”.

XƏBƏR LENTİ
Siyasi / 15.01.2024 17:40
Əziz Ələkbərli Dunya Miyatoviçə etiraz məktubu göndərib
Maraqlı, Sosial / 13.01.2024 22:12
Qədim Babacan əhalisi hansı səbəbdən keçmişdə kəndi tərk edib? - FOTO - VİDEO
Maraqlı, Sosial / 12.01.2024 21:03
“Erməni qadın anama demişdi ki, ilin sonuna qədər siz buradan qovulacaqsınız” - FOTO - VİDEO
Maraqlı, Sosial / 12.01.2024 14:05
“35 ildir yurdüm üçün qəlbim sızlayır” – Aidə Xudaverdiyevanın “Həyat Hekayəsi” – ANONS
Mətbuat / 12.01.2024 12:45
MEDİA üç yaşını qeyd edir
Hərbi, Siyasi / 11.01.2024 20:29
Erməni ordusu sərhəddən ən azı 5 kilometr geri çəkilir - FOTO - VİDEO
Siyasi / 11.01.2024 15:31
Rəsmi İrəvanın “güzgü prinsipi” hiyləsi – ANONS - VİDEO
Siyasi / 11.01.2024 13:53
İlham Əliyevin ismarışı – İrəvanın sülh prosesində qeyri-ciddiliyi – TƏHLİL
Gündəm, Maraqlı / 10.01.2024 20:16
Türkiyədən gələn ermənilərin “özəlləşdirdiyi” rayon - VİDEO
Dünya, Təhlil / 10.01.2024 15:47
Azərbaycanın Avropa Şurasına üzvlüyünü dəstəkləyən Fransa niyə dəyişir – TƏHLİL
Sosial / 10.01.2024 13:29
“İzi itirilən oğuz yurdu – Düzkənd rayonu” – ANONS - VİDEO
Müsahibə / 09.01.2024 23:12
Qərbi azərbaycanlılar doğma yurda qayıda biləcəkmi? - VİDEO
Dünya, Sosial / 09.01.2024 21:12
“İrəvan qalasının yerində şərab və konyak zavodu tikilib” - FOTO - VİDEO
Müsahibə, Video müsahibə / 09.01.2024 20:22
“Ermənilər gələcəkləri üçün azərbaycanlılarla dost olmalıdılar” – MÜSAHİBƏ - VİDEO
Maraqlı / 09.01.2024 14:51
İrəvan – bir qalanın sirri – ANONS - VİDEO
Gündəm / 09.01.2024 13:56
“Sənət adamları “barışıq damarı” tapmalıdırlar” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.01.2024 20:37
“Qərbi Azərbaycan ərazisində 26 türk tayfası yaşayıb” - FOTO - VİDEO
Siyasi, Təhlil / 08.01.2024 17:34
Dövlət katibi səfərini niyə Türkiyədən başlayıb? – TƏHLİL
Siyasi / 06.01.2024 20:04
Xalisanın etnoqrafiyası – 35 ildən sonra xatırlanan acı faciələr - FOTO - VİDEO
Kriminal, Maraqlı / 06.01.2024 12:41
Ermənilərin Xalisa qətliamı – ANONS - FOTO - VİDEO
Gündəm, Mədəni / 05.01.2024 20:08
“Erməni müəllim dedi ki, sənə qiymət yazmayacam, çünki sən türksən” - FOTO - VİDEO
Maraqlı, Mədəni / 05.01.2024 14:39
“İrəvanın küçələrində konki sürürdüm”- Mübariz Tağıyevin “Həyat Hekayəsi”- ANONS
Dünya, Təhlil / 04.01.2024 20:34
Azərbaycanlıların öz evlərinə qayıdışı yaxın müddətdə baş verə bilər - FOTO - VİDEO
Təhlil / 04.01.2024 16:08
ABŞ-ın İran dərdi – “proksi” təşkilatları ilə bağlı məsələlər – TƏHLİL
Siyasi / 04.01.2024 14:25
Qərbi Azərbaycan məsələsi Ermənistanı silkələyir – ANONS - VİDEO
Dünya, Təhlil / 03.01.2024 17:22
İranı silkələyən qanlı hadisə – TƏHLİL