Famil Sadıqova “Qazprom”da vəzifə verildi
Rusiyanın “Qazprom” şirkətinin İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyinat olub.
Rakus.az xəbər verir ki, bu posta azərbaycanlı Famil Sadıqov gətirilib.
O, iqtisadi-maliyyə fəaliyyətindən məsul olacaq.
F.Sadıqov 1968-ci ildə Azərbaycanda anadan olub. O, S.Orconikidze adına Dövlət İdarəçilik Akademiyasını və Ümumrusiya Vergi Akademiyasını bitirib, iqtisad elmlər namizədidir. 1905-1999-cu illərdə Rusiya Maliyyə Nazirliyində və Federal Dövlət Xidmətində müxtəlif vəzifələrdə işləyib. 1999-2004-cü illərdə RF vergilər və rüsumlar nazirinin müavini olub. Bu vəzifədə işlədiyi dövrdə ona II dərəcəli RF dövlət xidməti həqiqi dövlət müşaviri rütbəsi verilib. 2005-2009-cu illərdə Federal Xəzinədarlığın rəhbərinin müavini olub. 2009-cu ildən Rusiya “Qazprombank”nın İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışırdı. (Report)