Fariz Hacızadə: “Avtomobillərin icbari sığortası ilə bağlı ciddi irəliləyiş var”
“Avtomobillərin icbari sığortası ilə bağlı bürokratik məsələlərdə ciddi irəliləyiş var”.
Rakus.az xəbər verir ki, bunu Azərbaycan Sığortaçılar Assosasiyasının (ASA) ekspert qrupunun üzvü Fariz Hacızadə deyib.
Onun sözlərinə görə, əvvəllər avtomobil qəzası zamanı sığorta ödənişi üçün “Forma 4” sənədinin alınması və digər məsələlər sürücüləri narahat edirdi: “İndiki dövrdə bu sənədin verilməsi prosesi avtomatlaşdırılıb. Baş Dövlət Yol Polisi İdarəsi ilə sığorta şirkətləri arasında məlumatlar elektron formada mübadilə edilir. “Forma 4” artıq DYP tərəfindən vətəndaşa verilmir, əksinə elekrton qaydada sığorta şirkətinə göndərilir. Bu prosses öz növbəsində vətəndaşları əlavə vaxt itgisindən azad etmiş olur”.
F.Hacızadə bildirib ki, “Forma 4” yol nəqliyyat hadisəsi üzrə zərərçəkən və təqsirkar şəxsi müəyyən edən sənəddir.