Fazil Mustafa Modern.az-dan yazdı
“Milli Məclisin fəaliyyətinin işıqlandırılması, ayrı-ayrı millət vəkillərinin düşüncə və dünyagörüşünün cəmiyyətə çatdırılmasında, yanlışların müzakirəyə çıxarılmasında hər zaman yenilikçi ruhunu qoruyan modern.az saytının özəl bir rolu var”.
Rakus.az xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa bildirib.
Qeyd edib ki, bu saytın əməkdaşlarının informasıianı keyfiyyətli tərtib edərək paylaşma peşəkarlığı təqdirəlayiqdir. Tanınmış ictimai-siyasi xadimlərin fotosessiyasından tutmuş, aktual problemlərə həsr olunan diskussiya, müsahibə və mövqelərinin təqdimatı bu saytda həmişə uğurlu alınır. “Daha nələr edə bilərdik?” sorğusu birbaşa dəyərli Elşad Eyvazlı başda olmaqla saytın bütün yaradıcı əməkdaşlarının potensialından umacaqla bağlıdır. Fikrimcə, bu gün Azərbaycan cəmiyyətində mütailə vərdişinə təşviqləndirici materiallar vermək daha vacibdir. İnformasiya almaq, hələ bilgi qazanmaq deyil. Bilgiləndirməyə xüsusi diqqət ayırılmalıdır. Jurnalistlərin analitik yazılarını daha intensiv vermək faydalı olardı. Digər tərəfdən sosial şəbəkədə, özəlliklə də Facebookda tanınan-tanınmayan şəxslərin maraqlı və düşündürücü statuslarını müzakirəyə çıxartmaq olar. Bütün bunlar yeniləşmə, təkmilləşmə niyyətindən asılı olan məsələlərdir. Əminəm ki, modern.az saytı 10 illik təcrübəsinin işığında media məkanımızda həmişə liderlər sırasında öz yerini qoruyub saxlayacaqdır. Bu saytın Elşad Eyvazlı başda olmaqla dəyərli jurnalistlərini və əməkdaşlarını yubiley yaşı münasibəti ilə təbrik edirəm.
Rakus.az kollektivi adından həmkarlarımızı təbrik edir, yaradıcılıq uğurları arzulayırıq.