FHN-in xidmətə qəbulla əlaqədar elan verdi
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti “BC” kateqoriyalı sürücülük vəsiqəsi olan Bakı şəhər sakinlərinin Bakı şəhəri ərazisində yerləşən yanğından mühafizə bölmələrində sürücü vəzifəsində işləməsi üçün xidmətə qəbulunu elan edir.
Rakus.az xəbər verir ki, bu haqda nazirliyin saytında məlumat verilib.
Uyğun bacarığı olan, müddətli həqiqi hərbi xidmət keçmiş, 01.08.2019-cu il tarixinədək 30 yaşı tamam olmayan, tam orta və yaxud orta ixtisas təhsilli, boyu 170 sm və yuxarı şəxslər 12-13 iyul 2019-cu il tarixlərində Bakı şəhəri, Binəqədi rayonu, Hüseyn Seyidzadə küçəsi, 40 ünvanında yerləşən Binəqədi Rayon Dövlət Yanğından Mühafizə Hissəsinə müraciət edə bilərlər.
Əlavə məlumat üçün (012) 512-24-46 telefon nömrəsi ilə əlaqə saxlamaq mümkündür.