FİDE prezidenti Şəmkirdə oldu - FOTO
Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç Şəmkir şəhərinə gəlib.
Rakus.az xəbər verir ki, “ShamkirChess2019” superturnirinin mətbuat xidmətindən verilən məlumata görə, səfərin məqsədi Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr olunmuş “Shamkir Chess” superturnirini izləməkdir.
A.Dvorkoviç burada Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, FIDE və Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədovla görüşüb.
FIDE rəhbəri yarışın V turu çərçivəsində keçirilən Maqnus Karlsen (Norveç) – Şəhriyar Məmmədyarov (Azərbaycan) görüşündə ilk gedişi edib.
Ardınca FİDE prezidenti Şəmkirdəki Heydər Əliyev Mərkəzi ilə tanış olub, xatirə kitabına ürək sözlərini yazıb.
Sonda A.Dvorkoviç mətbuat konfransında jurnalistlərin suallarına cavab verib.