Filmdə əsir və girov götürülmüş şahidlərin söylədikləri dəhşətdir – Yakob Meriin
Avropa xalqları Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hadisələrdən birtərəfli xəbərdar olmamalıdır, onlar hər iki tərəfi dinləməlidirlər. Filmdə əsir və girov götürülmüş şahidlərin söylədikləri dəhşətdir. Qadınlara, uşaqlara verilən bu işgəncələr dözülməz və qəbuledilməzdir.
Rakus.az xəbər verir ki, bu fikri Rotterdamda “Bitməyən əzab” sənədli filminin təqdimatından sonra Yakob Meriin müsahibəsində söyləyib.
Bildirib ki, filmdə mülki insanların ağla gəlməyəcək dəhşətlərlə üzləşdiyini görüb və çox mütəəssir olub.
“Soyqırımı və kütləvi qırğınlara son qoyulmalıdır. Qırğınlar, mülki şəxslərə qarşı işgəncələr təkcə II Dünya müharibəsində deyil, bu sənədli filmdə olduğu kimi XXI əsrin əvvəlində də olub. Bütün xalqlar diqqətli olmalı və belə dəhşətlərə bir daha yol verməməlidirlər”,-deyə Y.Meriin qeyd edib. (Azərtac)