İdman 05.11.2023 23:56

Şəhid jurnalistlərin xatirəsinə 2-ci Ənənəvi Futbol Turniri başa çatdı - FOTO - VİDEO

Zəfər Günü (8 Noyabr) münasibətilə Azərbaycanın şəhid jurnalistlərinin xatirəsinə həvəskar komandalardan ibarət 2-ci Ənənəvi Futbol Turniri noyabrın 5-də final oyunu başa çatıb. 

Rakus.az xəbər verir ki,  turnirin yekun oyunlarından əvvəl ənənəvi olaraq Azərbaycanın Dövlət Himni səsləndirlib.

Mükafatçıların bəlli olması üçün ilk olaraq sahəyə üçüncü yer uğrunda mübarizə aparan komandalar çıxıb. “Ardanış” və “Loru-Borçalı”nın gücü eyni dəyərləndirilsə də, üstün tərəf 4:3 hesabı ilə müəyyənləşib.

Belə ki, görüşün ilk hissəsində qol yağışı başlayıb. Daha əzmkar oyun nümayiş etdirən “Ardanış” Şükür Məmmədalıyevin bir, Hüseyn Qarayevin iki  qolu ilə hesabı 3:0 edib.

İkinci hissədə “Loru-Borçalı” əzmkarlıq nümayiş etdirərək Orxan Qəhrəmanov het-triki ilə hesabı bərabərləşdirib. Lakin komandanın qapıçısının zədəli olması  məğlubiyyət üçün əsas olub. Hüseyn Qarayevin uzaqdan zərbəsi “Ardanış”a bürünc medal qazandırıb – 4:3.

 

Bundan sonra Azərbaycan bayraqları və əsl final abu-havası ilə bəzədilmiş Bakı Tennis Akademiyasının stadionunda çempionluğa iddialı “İrəvan” ilə “Çəmbərək” qarşılaşması başlayıb. Bu görüşdə həm də turnirin 3 əsas nominasiyası – “ən yaxşı qapıçı”, “ən yaxşı oyunçu” və “ən çox qol vuran oyunçu” müəyyənləşməli idi. Ona görə də bu oyuna maraq daha böyük idi.

AFFA hakimlərinin idarə etdiyi oyunu izləməyə maraq böyük idi.

Birinci hissənin əvvəlində heç bir gərgin an yaşanmasa da matçda təzyiq getdikcə artırdı. “Çəmbərək” futbolçularının ilk 25 dəqiqədə və ikinci hissədə qarşılıqlı hücum taktikası bəhrəsini verib. Belə ki, Azad Əliyevin 4, Ramazan Abbasov, Ramiz Hüseynov və  Vüqar Hüseynovun qolları ilə üstünlüyü tam ələ alıb.

Turnirin sürpriz komandası olan “İrəvan” asan təslim olmaq fikrində deyildi və rəqib qapısından yalnız 5 top keçirib. Fərqlənənlər İlkin Ələsgərov Ülvi Əliyev, Ümman Mehralıyev, Valeh Mehralıyev olublar. Bu komandanın bir neçə dəfə 100 faizlik qol imkanlarından da yararlana bilməyib.

Beləliklə, “Çəmbərək” 7:5 hesabı ilə turnirin qalibi adını qazanıb.

Daha sonra Ənənəvi Futbol Turnirinin rəsmi bağlanış mərasimi keçirilib.

Bağlanış mərasimində Azərbaycanın tanınmış veteran futbolçular iştirak ediblər.

Turnirin təşkilatçısı adından Rakus.az saytının təsisçisi, şəhid jurnalist Məhərrəm İbrahimovun qardaşı, jurnalistr Əsgər İbrahimov turnirin baş tutması üçün göstərdikləri təşəbbüsə və iştiraka görə əməyi olan hər kəsə təşəkkür edib, bütün komandaların yüksək əzmkarlıqla turnitrə qoşulduqlarını və əsl idman mübarizəsi apardıqlarını bildirib, tamaşaçıların bu yarışa göstərdikləri marağı yüksək qiymətləndirib. O bir daha məlumat verib ki, turnirin məqsədi Birinci və İkinci Qarabağ savaşında canlarını fəda etmiş mərd mübarizlərin xatirəsini anmaq, 44 günlük Vətən müharibəsi iştirakçılarının qəhrəmanlıq nümunələrini yaşatmaq, Məhərrəm və Siracın timsalında şəhid olan igidlərin öz peşələrindən əlavə, idmana olan marağını gənclərə aşılamaq, yeni nəslin sağlam ruhda vətənpərvər böyüməsinə töhfə verməkdir.

Ə.İbrahimov vurğulayıb ki, bu turnir ənənəvi olaraq davam edəcək və gələcək illərdə bu yarışa Azərbaycanın əzəli və əbədi torpaqları olan Zəngəzur, İrəvan, Zəngibasar, Vedibasar, Dərələyəz kimi oğuz yurdları da qoşulacaq, turnirin miqyası daha da böyüyəcək və biz inşallah növbəti turnirimizi Qərbi Azərbaycanda keçirəcəyik.

Tanınmış futbol mütəxəssisi Ağasəlim Mircavadov belə turnirlərin yüksək səviyyədə təşkil olunduğunu bildirib, turnirin təşkilinə görə təşəkkür edib, baxımlı oyun nümayiş etdirən komandaları təbrik edib. O deyib ki, şəhidlərin xatirəsinə keçirilən idman tədbirləri onların adının daim yaşadılmasına xidmət edir. Belə turnirlərin davam etdirilməsi çox vacibdir”

Veteran futbolçu Yaşar Vahabzadə turnirin təşkilatçılarına və iştirakçılarına təşəkkür edərək şəhidlərimizə Allahdan rəhmət diləyib, idmanyönlü layihələrin daim dəstəklənməsinin faydalı olduğunu söyləyib.

“Səbail” Futbol Klubunun baş məşqçisi Şahin Diniyev Azərbaycanın bütövlüyü uğurunda şəhid olan oğulların, eləcə də jurnalistlərin əzizi xatirəsinə təşkil olunana Ənənəvi Futbol Turnirinin davamlı olmasını arzulayıb və deyib ki, idman ictimaiyyəti onların qarşısında baş əyir: “Biz futbol adamları olaarq turnirin daha da genişlənməsi üçün əlimizdən gələn köməyi göstərməyə hazırıq”.

Azərbaycan Milli Komandasının məşqçisi Arif Əsədov  vurğulayıb ki, yeni nəslin sağlam böyüməsi, əsl qəhrəmanlar olan şəhidlərin yeni doğulan övladlara tanıdılması baxımından belə turnirlərin çox böyük əhəmiyyəti var: “Əmini ki, bu turnir daimi olacaq və yeni-yeni komandalarla, oyunçularla daha da genişlənəcək. Bütün şəhidlərimizin ruhu şad olsun!”

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, xüsusi təyinatlı Şuşa fatehi Bəhruz Məmmədzadə gözəl təşəbbüsə görə təşkilatçılara minnətdarlığını bildirib, qalibləri təbrik edib, belə turnirlərlə birinci və ikinci Qarabağ savaşında ərazi bütövlüyü uğrunda canlarından keçə qəhrəman Vətən övladlarını yaşatmalıyıq: “Bu yolda media işçilərinin də əməyi böyükdür. Məhz bu müharibələrdə şəhid olan 9 mətbuat işçisinin xatirəsinə belə turnirin təşkil olunması təqdirəlayiqdir və Mətbuat Şurası hər zaman dəstəkçi olmağa hazırdır. Biz bu ənənəni yaşatmalıyıq”.

M.Ə.Rəsulzadə qəsəbə Bələdiyyəsinin sədri Hümbət Hüseynov futbolsevərləri və qonaqları salamlayaraq, Futbol Turnirinin təşəbbüs və təşkilatçılarına təşəkkür edib, bu Zəfər bayramını bizə yaşadan, Vətən müharibəsi şəhidlərinə Allahdan rəhmət diləyib, turnirə qatılan həfəskar futbolçulara uğurlar arzulayıb. O deyib ki, respublikamızda Zəfər Günü ilə bağlı müxtəlif səviyyəli tədbirlər keçirilir. Bu tədbirlərdən biri də Azərbaycanın şəhid jurnalistlərinin xatirəsinə Ənənəvi Futbol Turniridir. y, aonlar bügünkü Azərbaycan üçün nümunədilər: “Onların xatirəsinin yaşadılması hər bir insan üçün mənəvi borcdur. Artıq ənənə halını alan bu turnirin iştirakçıları təkcə həvəskarlar deyil, həm də tanınmış veteran futbolçularıdırlar. Onların bu yarışa qoşulması turnirə xüsusi rəng qatır”. çox uğurlu xoş sonluqla nəticələndi. Çəmbərək komandasını təbrik edirəm, uğurlar arzulayıram, gələcəkdə bol şanslı qələbələrin çox olmasını diləyirəm.

Bakı Şəhər Gənclər və İdman İdarəsinin nümayəndəsi Rüfət Quliyev qalib komandaları təbrik edib, bu turnirin əhəmiyyətindən söz açıb. O deyib ki, 1-ci və 2-vi Qarabağ savaşında əsgərlərimizlə çiyin-çiyinə media işçilərimiz də yağı düşmənə qarşı mübarizə aparıb: “Xalqımız belə insanları heç zaman unutmur və onlar daim qəlbimizdə yaşayacaqlar”.

Bakı Tennis Akademiyasının direktoru Salam Əsgərəlizadə qalib komandaları təbrik edib, şəhidlərə Tanrıdan rəhmət diləyib və söyləyib ki, biz bu cür idman tədbirlərinin keçirilməsi üçün hər zaman şərait yaradırıq. Çünki bu, bizim mənəvi borcumuzdur”.

Təşkilat Komitəsinin sədri Rasim Həsənov turnirdə iştiraka görə bütün komandalara, azarkeşlərə və qonaqlara təşəkkür edib, millətin azadlığı yolunda canlarını qurban verən Vətən oğullarına Allahdan rəhmət diləyib, turnirlə bağlı çatışmazlıqların aradan qaldırılması, eləcə də daha da genişləndirilməsi və tanıdılması üçün müəyyən işlərin görüləcəyini bildirib.

Tanınmış veteran futbolçular və qonaqlar qalib komandalara kubok, merdal və təşəkkürnamələri təqdim edib, onlara uğurlar arzulayıblar.

“Ən çox qol vuran” oyunçu “Çəmbərək”dən Azad Əliyev olub. Ona mükafatı tanınmış futbol mütəxəssisi Ağasəlim Mircavadov təqdim edib.

“Ən yaxşı qapıçı” “Ardanış”dan Hüseyn Məhəmmədov layiq görülüb. Ona mükafatı veteran futbolçu Şakir Qəribov tərəfindən təqdim olunub.

“Ən yaxşı oyunçu” adına “Loru-Borçalı”dan Nəcəf Nəcəfzadə layiq görülüb. Ona mükafatı tanınmış futbolçu Yaşar Vahabzadə verib.

“Ən yaşlı futbolçu isə “Loru-Borçalı”dan Şah Xasıyev seçilib. Ona hədiyyəni Bakı Tennis Akademiyasının direktoru Salam Əsgərzadə təqdim edib.

“Qərbi Azərbaycan” isə “ən intizamlı komanda” kimi fərqləndirilib. AZƏRTAC-ın nümayəndəsinə hədiyyəni M.Ə.Rəsulzadə qəsəbə Bələdiyyəsinin sədri Hümbət Hüseynov verib.

Turnirin fərdi foto və video çəkilişlərini edən Qədir Kərimova turnirin adından verilən xatirə hədiyyəsini turnirin Təşkilat Komitəsinin sədri Rasim Həsənov təqdim edib.

Tanınmış futbol mütəxəssisi Şahin Diniyev isə uğurlu fəaliyyətinə görə mükafatlandırılan Təşkilat Komitəsinin sədri Rasim Həsənova xatirə hədiyyəsi təqdim edib.

Turnirə verdiyi dəstəyə görə Bakı Tennis Akademiyasının direktoru Salam Əsgərəlizadəyə təşəkkürnamə elan olunub. Bu xatirə sənədi sahibinə Bakı Şəhər Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elvin Quliyev tərəfindən verilib.

Turnirin Azərbaycan ictimaiyyətinə çatdırılmasında xüsusi roluna və dəstəyinə görə AZƏRTAC-a, “Report” İnformasiya Agentliyinə, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti ( AzTV), ATV Azərbaycan, SBS İdman, MTV Azərbaycan və Baku TV-yə təşəkkür elan olunduqdan sonra Azərbaycanın şəhid jurnalistlərinin xatirəsinə həvəskər futbolçilardan ibarət Ənənəvi Futbol Turnirinin 2-ci kuboku “Çəmbərək” komandasına təqdim olunub. Kuboku komandanın kapitanı Azər Hüseynova Azərbaycan futbolunun dəyərli nümayəndəsi, AFFA-nın vitse-prezidenti Vaqif Sadıxov təqdim edib.

Sonda çempion komanda ilə, eləcə də futbol mütəxəssisləri Şahin Diniyev, Yaşar Vahabzadə,  Arif Əsədov, Şakir Qəribov, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, xüsusi təyinatlı Şuşa fatehi Bəhruz Məmmədzadə, Mətbuat Şurası icraçı katibinin müavini İlqar Tağıyev, Bakı Şəhər Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elvin Quliyev, M.Ə.Rəsulzadə qəsəbə Bələdiyyəsinin sədri Hümbət Hüseynov, Bakı Tennis Akademiyasının direktoru Salam Əsgərəlizadə ilə xatirə şəkilləri çəkdirilib.

 

 

 

Bununla da oktyabrın 14-dən noyabrın 5-dək davam edən Ənənəvi Futbol Turniri başa çatıb.

Qeyd edək ki, Ardanış Futbol Akademiyasının və Rakus.az saytının təşkilatçılığı, Bakı Tennis Akademiyasının və Azərbaycan Vəkillər Kollegiyasının dəstəyi ilə keçirilən turnirin məqsədi Birinci və İkinci Qarabağ savaşında canlarını fəda etmiş mərd mübarizlərin xatirəsini anmaq, 44 günlük Vətən müharibəsi iştirakçılarının qəhrəmanlıq nümunələrini yaşatmaq, şəhid jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun timsalında erməni terrorunun qurbanı olan media nümayəndələrimizin – Çingiz Mustafayevin, Kazımağa Kərimov, Osman Mirzəyev, Alı Mustafayev, Fəxrəddin Şahbazov, Arif Hüseynzadə və Salatın Əsgərovanın öz peşələrindən əlavə, yeni nəslin sağlam ruhda vətənpərvər böyüməsinə töhfə verməkdir.

Bu il turnirdə 8 komanda – “Qərbi Azərbaycan” (AZƏRTAC), “Zəngəzur” (AzTv),  “İrəvan” (Vəkillər Kollegiyası), “Göyçə”, “Loru-Borçalı”, “Qaraqoyunlu”, “Çəmbərək” və “Ardanış” adı altında mübarizə aparacaq. Medianı “Qərbi Azərbaycan” adı ilə AZƏRTAC, “Zəngəzur” adı ilə AzTv təmsil edir.

Turnir hər birində 4 komanda olmaqla 2 qrupdan ibarət olub, oktyabrın 14-də başlayıb noyabrın 5-də başa çatıb. Qruplar üzrə dairəvi sistemlə keçirilən mübarizə nəticəsində qrupda xal və top hesabına 1 və 2-ci yeri tutan komandalar yarımfinala yüksəlib. Yarımfinalın qalibləri 1-ci yer, məğlub olan komandalar isə 3-cü yer uğrunda yarışıb. Turnirin razılaşdırılmış qaydasına əsasən, qarşılaşmalar hər biri 25 dəqiqə olmaqla iki hissədən ibarət olub. Yarımfinal və final oyunları zamanı əsas vaxtda qalib müəyyənləşmədikdə penalti təyin olunub. Turnirin Təşkilat Komitəsi iştirakçı komandaların nümayəndələrindən təşkil olunub və hər bir problemli məsələ komitə tərəfindən verilən qərarla həll edilib. Komandaların 12 nəfərlik heyətində yarış başa çatanadək heç bir dəyişiklik reallaşdırılmayıb.

Xatirə turnirində qalib komandalara, eləcə də “ən yaxşı oyunçu”, “ən çox qol vuran”, “nümunəvi komanda” nominasiyaları üzrə kubok, medal və hədiyyələr verilib. İştirakçılar arasında 44 günlük Vətən müharibəsi zamanı ön cəbhələrdən şəhid həmkarları kimi operativ xəbərlər, reportajlar hazırlayan jurnalistlər də olub. Şəhid jurnalist Məhərrəm İbrahimovun qardaşı Əsgər İbrahimov “Qaraqoyunlu” komandasında çıxış edib. Oyunların şənbə və bazar günləri saat 19:30, 20:30-da keçirilib. Oyunları AFFA-nın hakimləri idarə edib. Final oyunu isə 5 Noyabr – Zəfər Günü ərəfəsində keçirilib.

Ənənəvi Xatirə Turnirinə informasiya dəstəyini AZƏRTAC, AzTv, “Report” İnformasiya Agentliyi və Rakus.az saytı verib.

Xatırladaq ki, işğaldan azad olunmuş ərazilərin, Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılmış yaşayış məntəqələrinin çəkilişini həyata keçirən jurnalistləri aparan nəqliyyat vasitəsi 2021-ci il iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşüb. Nəticədə Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) əməkdaşı, 1982-ci il təvəllüdlü Məhərrəm İbrahimov (Əlioğlu), Azərbaycan Televiziyasının operatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev xidməti vəzifələrini yerinə yetirərkən həlak olublar, dörd nəfər isə yaralanıb.

Prezident İlham Əliyev 2021-ci il iyunun 14-də Sirac Abışov, Məhərrəm İbrahimov və Arif Əliyevin 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsinə dair Sərəncam imzalayıb.

 

 

 

XƏBƏR LENTİ
Dünya, Təhlil / 07.11.2023 14:21
Azərbaycan ən etibarlı tərəfdaş – Avropa İttifaqının hədəfi – TƏHLİL - FOTO
İdman, Maraqlı / 07.11.2023 10:57
Jurnalistlərin Xatirə Turnirində final günü – FOTO və TELEŞƏRH - VİDEO
Müsahibə / 06.11.2023 22:46
“Ermənilər Ələyəz sakinlərini diri-diri yandırıblar” – MÜSAHİBƏ - FOTO
İdman / 06.11.2023 09:00
Çempion bəlli olub – 2023-cü ilin kubokunu “Çəmbərək” qazanıb - FOTO - VİDEO
İdman / 05.11.2023 23:56
Şəhid jurnalistlərin xatirəsinə 2-ci Ənənəvi Futbol Turniri başa çatdı - FOTO - VİDEO
Gündəm, İdman / 04.11.2023 11:02
Şəhid jurnalistlərin Xatirə Turniri başa çatır – Qalib kim olacaq?
Maraqlı, Sosial / 03.11.2023 20:00
“Ermənilər butulkalara benzin doldurub azərbaycanlıların evlərinə atırdılar” - FOTO
Maraqlı / 03.11.2023 13:38
“Qafanda yaşamaq istəyirəm”- Rəşad Həsənovun “Həyat Hekayəsi” – ANONS
İdman / 03.11.2023 09:03
Yaddaqalan məqamlar – Diqqətçəkən mənzərə - FOTO
Dünya, Siyasi, Təhlil / 02.11.2023 19:57
Beynəlxalq təşkilatlar Qərbi azərbaycanlıların qayıdışı prosesinə başlayır?!
İdman / 02.11.2023 11:40
Yarımfinal – epizodlar, qollar, bombardirlər, FİNALIN ANONSU - VİDEO
Siyasi / 02.11.2023 10:00
Qərbi Azərbaycan İcmasının məktubu BMT-nin ali orqanlarının rəsmi sənədləri kimi yayılıb
İdman / 01.11.2023 22:15
“İrəvan” və” Çəmbərək” finala vəsiqə qazanıb - FOTO
Siyasi / 01.11.2023 19:59
Axta ermənilərin yaşayış məntəqəsinə necə çevrildi? - FOTO - VİDEO
Sosial / 01.11.2023 15:38
Salyanda şəhid övladlarının müayinə aksiyası keçirilib - FOTO
Sosial / 01.11.2023 13:45
Ermənilərin Axtada izitirmə planı – ANONS - VİDEO
Mədəni / 01.11.2023 11:10
“Qərbi Azərbaycanın tarixi abidələri və mədəni irsi” – sərgi və fotoalbomun təqdimatı - FOTO
Siyasi / 31.10.2023 19:53
Ermənistan Qarabağ ermənilərinə qaçqın statusu vermir - FOTO - VİDEO
Müsahibə / 31.10.2023 19:12
“Ermənilərdə terror təşkilatları üstünlük təşkil edib” – MÜSAHİBƏ - FOTO - VİDEO
Elm və təhsil / 31.10.2023 17:43
Qədim İrəvan – Hər daşı bir abidə - FOTO
İdman / 31.10.2023 16:12
Şəhid jurnalistlərin Xatirə Turnirində yarımfinalçılar DUELƏ ÇIXIR
Dünya, Siyasi / 31.10.2023 14:00
Göyçə və Zəngəzur boşalır, 60 min erməni evləri tərk edib – ANONS - VİDEO
Müsahibə / 30.10.2023 20:20
“Qərbi Azərbaycana qayıdış mərhələli şəkildə həyata keçiriləcək” - FOTO - VİDEO
Gündəm / 30.10.2023 12:15
Turnirin 3-cü turu – yaddaqalan məqamlar - FOTO
İdman / 30.10.2023 11:00
Üçüncü tur – epizodlar, qollar, bombardirlər, növbəti oyunlar – CƏDVƏL - VİDEO
İdman / 29.10.2023 23:01
Üçüncü tur yekunlaşdı, yarımfinalçılar bəlli oldu - FOTO