İdman 14.10.2024 11:00

Şəhid Jurnalistlərin Xatirə Turnirinin finalçıları bəlli oldu - FOTO - VİDEO

Müstəqilliyin Bərpası Günü (18 oktyabr) və Zəfər Günü (8 Noyabr) münasibətilə Azərbaycanın Şəhid Jurnalistlərinin xatirəsinə həvəskar komandalardan ibarət 3-cü Ənənəvi Minifutbol Turnirində  yarımfinal oyunları yekunlaşıb. 

Rakus.az xəbər verir ki, oktyabrın 12-də Bakı Tennis Akademiyasında baş tutan iki qarşılaşma ilə finalçılar bəlli olub.

Belə ki, saat 21:00-da AFFA kökənli hakimlər Elgün Hüseynov və Ramil Namazovun start fiti ilə başlayan görüş “Gənclər 2020” ilə “Ardanış” arasında olub.

Komandalar bu heyətlə meydana çıxıb:

“Ardanış” – Elvin İsmayılov, Azər Hüseynov, Elçin Zeynalov, Elçin İsmayılov, Elşən Nəsibov, Ramiz Hüseynov, Vüsal Hüseynov, Emin Ələsgərov, Ayxan Abbasov, Emin İmaməliyev, Ramin Musayev, Əsgər İbrahimov, Rasim Həsənov.

 “Gənclər 2020”  – Bayram Əliyev, Elnur Ağamalıyev, Rauf Məhəmmədov, İlkin Kərimli, Ümman Ağamalıyev, Bürhan Hətəmli, Fariz Ağamalıyev, Emil Qurbanzadə, Tural Nağıyev, Ruslan Hətəmli, Ruslan Əliyev, Mustafayev Elvin.

Hər iki komanda finala çıxmaq üçün bərabər səviyyədə oyun nümayiş etdirib. İlk hissədə Azər Hüseynovun və  Vüsal Hüseynovun qolları ilə “Ardanış” önə çıxıb. Lakin ruhdan düşməyən cənclər hücumçu Burhan Hətəmlinin baxımlı qolu ilə fərqi minimuma endirib.

Fasilədən sonra oyun maraqlı epizodlarla yadda qalıb. Belə ki, hücumçu Əsgər İbrahimovun autdan atılan topu fərdi ustalığı sayəsində  surpriz qolu ilə fərqi ikiyə çatdıran “Ardanış” qələbənin artıq təmin olunduğunu düşünüb. Bu qol komandada müəyyən arxayınlıq da yaradıb. Rəqib komandanın Baş məşqçisi Murad Abdullayev bu fürsətdən istifadə edib oyunçu dəyişikliklərinə əl atıb və  məğlub olmaq fikrində olmadığını göstərib. Yenə Burhan Hətəmlinin səhnəyə çıxaraq dalbadal iki qol vurması hesaba tarazlıq gətirib.

Bundan sonra ardanışlılar qısamüddətli təlaş keçiriblər. Lakin Baş məşqçisi Rasim Həsənov səbrli davranışı, tayım-aut götürərək komandaya motivasiya verməsi və inam aşılaması mənasız olmayıb. Onun bu seçimi və analizi öz bəhrəsini oyunun son dəqiqələrində verib. Matçın qəhrəmanı sayılan hücumçu Azər Hüseynov gözlənilməz epizodda möhtəşəm zərbə ilə 4-cü topu cənclərin qapısından keçirib. Bundan sonra həvəsdən düşməyən rəqib taktiki gedişlər edərək oyun üstünlüyünü ələ alıb ir neçə dəfə hücuma çıxaraq qol vəziyyəti yaratsa da faydalana bilməyib. Beləliklə “Ardanış” 3:4 hesablı qələbə ilə adını finala yazdırıb.

“Gənclər 2020” isə 3-cü yer uğrunda mübarizəsinə davam edəcək.

Bakı Tennis Akademiyası

12 oktyabr

YARIMFİNAL

Saat – 21:00

“Gənclər 2020” – “Ardanış” – 3:4

Qollar: Azər Hüseynov 2, Vüsal Hüseynov 1, Əsgər İbrahimov 1 (“Ardanış”)

Burhan Hətəmlinin 3 (“Gənclər 2020”)

Hakimlər – Elgün Hüseynov, Ramil Namazov

xxx

Bu oyunun ardından saat 22:00-da  “Turan” ilə “Göyçə” qarşılaşıb.

Komandalar bu heyətlə sahəyə çıxıb:

“Turan” – Mirishaq Səfərov, Məlikov Fuad, Abdullayev Zöhrab, Mətin Almammədli, Həsənli Rauf, Axundzadə Sadiq, Mirzəyev Turan, Xudiyev Seymur, Ocaqverdiyev Sənan, Qasımov Orxan, Ağazadə Rahid, Aslan İsmayılov.

“Göyçə” – Əkbər Hüseynli, Elcan Cabbarlı, Oruc Məmmədov, Rəvan Alışov, Aslan Bağırov, Seymur Usanov, Yaşar Abbas, İlkin Babayev, Əbülfət Abbasov, Güvən Məmmədov, Anar Qasımov, Nihad Yusibov.

Qələbə üçün bütün imkanları səfərbər edən turançılar oyunun lap əvvəlində Seymur Xuduyevin qolu ilə sevinib. Bu qol həm də sanki onlara qələbənin asan başa gələcəyini göstərirdi. Matça çox məsuliyyətli yanaşan, düşən imkanlardan maksimum yararlanmağa çalışan göyçəlilər görüşün 10-cu dəqiqəsində qapılarında daha bir qol görüblər. Bu dəfə turnirin bombardirliyinə namizəd Fərid Əliyev fərqləndi.

Rəqibini zəif komanda olmadığını görən “Göyçə” ara-sıra götürdüyü tayım-aut və oyunçu dəyişikliyi ilə fasiləyədək Alim Məlikov və Güvən Məmmədovun dəqiq zərbələri ilə bərabərliyi təmin edib.

Fasilədən sonra hər iki komanda bir neçə dəfə qol epizodları yaradıblar. Maraqlı və gərgin keçən matçda” Turan” Fərid Əliyevin və Kamran Rəhimliin qolları ilə önə keçsə də bu fərqi qoruya bilməyib. “Göyçə” futbolçular Güvən Məmmədov və Nihad Yusibovun dəqiq zərbələri ilə zəif olmadıqlarını göstərib.

Bundan sonra oyun daha da qızışıb. Hətta hakim bir neçə dəfə sərt oyuna görə oyunçulara xəbərdarlıq edərək əlini cibinə atıb.

Nəhayət, oyunun son dəqiqələrində “Turan”da oyunçunun zədə alıb oyundan çıxması onlara baha başa gəlib. Növbəti epizodların birində hakim cərimə zərbəsi təyin edib. Oruc Qurbanlı bu zərbəni dəqiq yerinə yetirib və  “Göyçə”ni finala aparan oyunçu olub.

Bununla da sahədən 4:5 hesablı qələbə ilə sevinən göyçəlilər finalda “Ardanış”ın potensial rəqibi olub.

“Turan” isə üçüncülük uğrunda “Gənclər 2020” ilə tər tökəcək.

Bakı Tennis Akademiyası

12 oktyabr

YARIMFİNAL

Saat – 22:00

“Turan” – “Göyçə” – 4:5

Qollar: Güvən Məmmədov 2, Alim Məlikov 1, Nihad Yusibova, Oruc Qurbanlı 1  (“Göyçə”)

Fərid Əliyev 2, Seymur Xuduyev 1, Kamran Rəhimli 1  (“Turan”)

Hakimlər – Elgün Hüseynov, Ramil Namazov

Xatırladaq ki, turnir hər birində 3 komanda olmaqla 4 qrupdan ibarətdir və  noyabrın 8-dək başa çatacaq. Qruplar üzrə dairəvi sistemlə keçiriləcək mübarizə nəticəsində qrupda xal və top hesabına 1 və 2-ci yeri tutan komandalar 4/1-ə yüksəlib. Bu  oyunlarında iştirak edən 8 komandadan qalib gələn 4 komanda yarımfinala çıxıb. Yarımfinalda A1-in qalibi C1-in qalibi ilə, B1-in qalibi ilə D1-in qalibi görüşüb. Qruplar üzrə qalib komandalar FİNAL-da, məğlublar isə 3-cü yer uğurunda qarşılaşacaq. Şənbə və bazar günləri saat 19:00 və 20:00-da keçirilən oyunları AFFA-nın hakimləri idarə edir. Xatirə turnirində qalib komandalara, eləcə də “ən yaxşı oyunçu”, “ən çox qol vuran”, “nümunəvi komanda” nominasiyaları üzrə kubok, medal və hədiyyələr nəzərdə tutulub.

XƏBƏR LENTİ
Dünya, Müsahibə, Siyasi / 15.10.2024 18:30
“Xarici oyunçular İrəvanın yox, öz maraqlarını güdürlər” - FOTO - VİDEO
Hərbi, Təhlil / 15.10.2024 16:27
Əsgərləri intihar edən ordu – “müharibədən” dəm vuran Nikol və Armen – TƏHLİL
Elm və təhsil, Sosial / 15.10.2024 14:27
Ağkilsə – tarixdən silinməyən ad – ANONS
Dünya, Siyasi / 15.10.2024 13:05
AŞPA Azərbaycana qarşı alətdir – ANONS
İdman / 15.10.2024 11:10
Yarımfinal oyunlarının MƏNZƏRƏSİ: epizodlar, yaddaqalan məqamlar - FOTO - VİDEO
Müsahibə / 14.10.2024 21:18
“İrəvan xanlığının 1111 kəndindən cəmi 62-də gəlmə ermənilər yaşayıb” - FOTO - VİDEO
Təhlil / 14.10.2024 14:28
İrəvana qayıdış günü – 2806 yaşlı şəhərin yiyəsi – TƏHLİL
İdman / 14.10.2024 11:00
Şəhid Jurnalistlərin Xatirə Turnirinin finalçıları bəlli oldu - FOTO - VİDEO
Elm və təhsil / 13.10.2024 11:49
“Qərbi Azərbaycanın Şirin inciləri” kitabının təqdimatı olub - FOTO
Elm və təhsil, Mədəni / 12.10.2024 22:55
“Ermənilərin Qafqazda ilk abidəsi 1869-cu ildə Bakıda tikilən kilsədir” - FOTO - VİDEO
Elm və təhsil / 12.10.2024 13:58
Ermənilər 50 Azərbaycan abidəsini saxtalaşdırıblar – ANONS - VİDEO
İdman / 12.10.2024 09:00
Bu gün “Gənclər 2020”-“Ardanış” və “Turan”-“Göyçə” dueli olacaq
Siyasi, Sosial / 11.10.2024 22:44
“Axparlar deyirdilər ki, bizi aldadıb bura gətiriblər, sizi də qovacaqlar” - FOTO - VİDEO
Dünya, Təhlil / 11.10.2024 17:36
“Hizbullah”-İsrail savaşı – Yaxın Şərqdə təhlükə mənbəyi – TƏHLİL
Mətbuat / 11.10.2024 16:43
Sədrəddin Soltan ATİB-in elan etdiyi yazı müsabiqəsinin qalibi olub - FOTO
Siyasi, Sosial / 11.10.2024 13:09
“Axparların ayaqqabısını oğurlayırdılar” – Seyfəddin Mustafayevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.10.2024 22:44
Ermənistanda azərbaycanlıların məktəbi, bələdiyyəsi, parlament fraksiyası olacaq - FOTO - VİDEO
Təhlil / 10.10.2024 17:51
Gürcüstanda parlament seçkiləri: “Xarici təsirlər”, yaxud “Xarici agentlər” – TƏHLİL
Təhlil / 10.10.2024 15:40
“İrəvanda Qərbi Azərbaycan Respublikası yaradılacaq” – ANONS - VİDEO
Təhlil / 10.10.2024 15:36
“Başları əlhəd daşına dəyən” ermənilər – TƏHLİL
Siyasi, Sosial / 09.10.2024 22:15
Ruben Haxverdiyan: “Bu gün türksüz Ermənistanı təsəvvür etmək olmaz” - FOTO - VİDEO
Təhlil / 09.10.2024 15:39
Putin Paşinyana yer göstərdi – Moskva İrəvandan gedir – TƏHLİL
İqtisadi, Mətbuat / 09.10.2024 15:16
“Global Media Group” və BMT-nin Qlobal Sazişi arasında MEMORANDUM imzalanıb - FOTO
Elm və təhsil, Siyasi / 09.10.2024 13:08
Ermənilərin Qarabağ etirafları – ANONS - VİDEO
İdman / 09.10.2024 08:34
Xatirə Turnirində 1/4 oyunların yaddaqalan MƏNZƏRƏSİ - FOTO
Elm və təhsil, Siyasi, Sosial / 08.10.2024 21:56
Ağkənd və Agğöl – türk tarixinin izi - FOTO - VİDEO