Azərbaycan kubokunun final görüşünün təyinatları müəyyənləşib.
Rakus.az xəbər verir ki, “Qəbələ” ilə “Sumqayıt” arasında keçiriləcək həlledici qarşılaşma İnqilab Məmmədova həvalə edilib. Mayın 19-da baş tutacaq görüşdə ona Rahil Ramazanov və Pərvin Talıbov kömək edəcəklər.
Oyunun ehtiyat hakimi Səbuhi Bayramov olacaq.
Hakimlərin işinə hakim-inspektor Vüsal Əliyev qiymət verəcəksə, matçın AFFA nümayəndəsi Eldəniz Musayev olacaq.