Mədəni 23.05.2020 16:25

Fitr bayramı: Nə etməli, necə etməli?

Mübarək Ramazan ayı tamam olduqdan sonra şəvval ayının birinci günü Fitr bayramıdır və Fitr günü oruc tutmaq haramdır.

Rakus.az xəbər verir ki, burada qarşıya belə bir sual çıxır: “Fitr günü bayramdırsa, onda biz nə etməliyik, hansı işləri görməliyik?”

Bu sualın cavabını Həzrət Peyğəmbərin (s) hədisi ilə cavablandırmağımız daha gözəl olar. Həzrət Peyğəmbər(s) şəvval ayının birinci günü belə buyurdu: “Fitr günü (möminləri səsləyərlər): Ey möminlər! Bu gün (Ramazan ayında etdiyiniz xeyir işlərin) mükafatını alın!”

Fitr günü oruc tutanlar bir-birini təbrikləyərək bu əziz günü bayram edirlər. Məscidlərə gedib bayram namazında iştirak edərək Allahdan öz istəklərini diləyib, Ramazan ayında tutduqları orucun və etdikləri ibadətlərin mükafatını alarlar. Lakin burada bir incəliyi qeyd etmək lazımdır ki, insan bayram edərkən heç bir günah iş görməməlidir.

Bəzi insanlar elə hesab edirlər ki, bayram günü pozğunluq etmək lazımdır. İnsan istər bayram günlərində, istərsə də başqa günlərdə Allahın narazı olduğu işlərə əl atmamalıdır.

Həzrət Əli (ə) bu barədə buyurur: “Hansı gün ki, insan günah etmədi, o gün onun bayramıdır.”

Mübarək Ramazan ayından Şəvval ayına keçən gecə (Şəvvalın 1-nin gecəsi) çox bərəkətli və olduqca fəzilətli gecələrdəndir. Bu gecəni əhya saxlamaq (oyaq qalmaq) və ibadət etmək əziz dinimiz tərəfindən çox bəyənilmiş əməllərdəndir. Bu gecə aşağıdakı əməlləri həyata keçirmək tövsiyə edilir:

– Müstəhəb qüsl almaq;

– Sübhə qədər əhya saxlayıb, ibadət etmək;

– Məğrib, işa, sübh namazlarından, eləcə də bayram namazından sonra bu duanı oxumaq: “Allahu əkbər, Allahu əkbər. Lə iləhə illəllah. Vallahu əkbər, Allahu əkbər və lilləhil həmd. Əlhəmdulilləhi alə mə hədənə və ləhuş-şukru alə mə əvlənə”

– İmam Hüseynin (ə) ziyarətnaməsini oxumaq;

– 10 dəfə bu duanı oxumaq: “Ya dəiməl-fəzli aləl-bəriyyəti yə bəsital-yəbəyni bil-ətiyyəti yə sahibəl-məvahibis-səniyyəti salli alə Muhəmmədin və əlihi xayril-vəra səciyyətən vəğfir lənə yə zəl-alə fi həzihil-əşiyyəti”

(Bu duanı il boyu, hər cümə axşamı oxumaq müstəhəbdir).

Bayram gününün mühüm əməlləri

– Bayram namazı qılınanadək fitrə zəkatının ayrılıb verilməsi; bayram namazını qılmamış şəxs bu zəkatı zöhr azanınadək verməlidir. İmkanı olan şəxs üçün fitrə zəkatının verilməsi təkid olunmuş vacib əməllərdəndir. Bu, ictimai, iqtisadi faydalarla bərabər, orucun qəbul olunmasına, bədənin və canın 1 il ərzində xoşagəlməz hadisələrdən sığortalanmasına səbəb olur;

– Bayram qüslünü almaq, yeni paltar geyinmək, ətirlənmək;

– Bayram namazından qabaq iftar açmaq.

Fitrə zəkatının hökmləri

– Bir şəxs Fitr bayramı gecəsinin gün batan çağına hətta bir neçə an qalanda belə, həddi-büluğa çatan, aqil, fəqir və bir kəsin qulu olmasa, özü və onun çörək yeyənləri sayılan hər nəfər üçün buğda, arpa, xurma, kişmiş, düyü, qarğıdalı və s. kimi şeylərdən təqribən 3 kq miqdarında müstəhəqqə (fitrə zəkatına layiq olan şəxsə, ehtiyacı olana) verməlidir. Əgər bunların hər hansının pulunu versə, kifayətdir.

– Əgər bir kəs özünün və ailəsinin illik qazancını təmin edə bilməsə və təmin etmək üçün işi, qazancı, kəsb-ticarəti də olmasa, fəqirdir və fitrə zəkatı ona vacib deyil.

– Hər bir şəxs Fitr bayramı gecəsində (məğrib vaxtı) onun çörək yeyənləri hesab olunan şəxslərin fitrə zəkatını verməlidir: istər böyük olsun, istərsə kiçik; istər müsəlman olsunlar, istərsə də kafir; istər onların xərcləri o şəxsə vacib olsun, istərsə də olmasın; istər öz şəhərində olsun, istərsə də başqa şəhərdə.

– Fitr bayramı gecəsində iftar vaxtından qabaq ev sahibinin razılığı ilə evə daxil olan və onun çörək yeyəni hesab olunan qonağın fitrəsi ev sahibinə vacibdir.

– Fitr bayramı gecəsində iftar vaxtından qabaq ev sahibinin razılığı olmadan evə daxil olan və bir müddət onun yanında qalan qonaq onun çörək yeyənlərindən hesab olunsa, ehtiyata əsasən onun fitrəsi ev sahibinə vacibdir. Həmçinin, insanın xərcini verməyə məcbur etdiyi şəxsin də fitrəsini verməlidir.

– Fitr bayramı gecəsi məğribdən sonra gələn qonağın fitrəsi (məğribdən əvvəl dəvət olunmuş olsa və orda iftar etsə belə) ev sahibinə vacib deyil.

Fitr namazı

Fitr bayramının namazı Qurban bayramının namazı kimidir. Bu namaz İmam əleyhissalamın qeybdə olmadığı vaxt vacibdir və camaatla qılınmalıdır. İmamın (ə) qeybdə olduğu zamanda isə müstəhəbdir. Onu camaatla da, tək də qılmaq olar.

Fitr və Qurban bayramı namazlarının vaxtı gün çıxan vaxtdan zöhrə qədərdir.

Müstəhəbdir ki, Fitr bayramının namazı gün qalxandan sonra iftar edib fitrə zəkatı verəndən sonra qılınsın.

Bu namaz iki rəkətdir. Birinci rəkətdə “həmd-surə”dən sonra beş təkbir deyilməli, hər təkbirdən sonra qunut tutulmalıdır. Beşinci qunutdan sonra təkbir deyib rüku və iki səcdəni yerinə yetirib, ayağa qalxmalı, ikinci rəkətdə isə “həmd-surə”dən sonra dörd təkbir deyilməli, hər təkbirdən sonra qunut tutub beşinci təkbirdən sonra rüku, səcdəni yerinə yetirib namazı tamamlamalıdır.

Bu namazların qunutunda hər dua oxunsa, kifayətdir. Lakin daha yaxşı olar ki, aşağıdakı dua oxunsun:

Əllahummə əhləl kibriyai vəl-əzəməh, və əhləl cudi vəl-cəbərut və əhləl-əfvi vər-rəhməh, və əhlət-təqva vəl-məğfirəh. Əsəlukə bihəqqi hazəl-yəvm. Əllazi cəəltəhu lilmusliminə iyda. Və li Muhəmmədin səlləllahu ələyhi və alih zuxrən və şərəfən və kəramətən və məzida ən tusəlliyə əla Muhəmmədin və ali Muhəmməd, və ən təcələni fi kulli xəyrin ədxaltə fihi Muhəmmədin və alə Muhəmməd, sələvatukə ələyhi və ələyhim. Əlla-hummə inni əsəlukə xəyrə ma səələkə bihi iba-dukəs-salihun və əuzu bikə mimməstəazə minhu ibadukəl-muxlisun.

Müstəhəbdir ki, Fitr və Qurban bayramı namazlarında qiraət (“həmd-surə”) ucadan oxunsun.

Bayram namazının məxsus surəsi yoxdur, amma daha yaxşı olar ki, birinci rəkətdə “Şəms”, ikinci rəkətdə isə “Gaşiyə” surələri oxunsun. Yaxud birinci rəkətdə “Əla”, ikinci rəkətdə isə “Şəms” surələri oxunsun.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO