Müsahibə 09.07.2019 11:51

Flora Kərimova sağlamlıq sirrini açıqladı - VİDEO

78 yaş… 78 il ömür. Hələ də səhhətindən gileylənməyən, səhnədə olan, sənətinə davam edən xalqın artisti Flora Kərimova.
İxtisasca həkimdir, Tibb Universitetini bitirib.  Bilmirik, həkim kimi davam etsəydi, musiqidə olduğu kimi şöhrətli, faydalı ola biləcəkdimi?
Flora xanımın bu yaşda təravətli, güclü və ciddi xəstəliklərdən uzaq olmasının bir sirri var. 
Rakus.az xəbər verir ki, Xalq artisti ilə müsahibəsində onun sağlamlığı, özünə qulluğu və həmin xüsusi sirrin reseptini öyrənməyə çalışıb. Bu maraqlı videomüsahibəni təqdim edirik:
-Flora xanım, bilirik ki, siz həkimsiz. Həkim kimi neçə il və haralarda çalışmısız?
-Tibb institutunu bitirəndən sonra 3 il keçmiş Əzizbəyov adına doğum evində mama-ginekoloq işləmişəm. O qədər qadını uşaq doğuzdura-doğuzdura uşaq doğuzdurmuşam ki… Sonra mənə qarşı təxribatlar olduğuna görə ölkədən getməyə məcbur oldum. Bununla da mənim həkimlik karyeram da bitdi.
– Sizi hər zaman formada görürük, bunu nəyə borclusunuz? Həkim olmağınızın sağlam həyat tərzi sürməyinizdə bir rolu olubmu?
– Anam 62 yaşında dünyasını dəyişdi. Çox əziyyətlər çəkmişdi, mənim əziyyətim də onun çiynində, müharibə dövrü. Çox əziyyətlə böyümüşük. Çox əziyyətlə yaşamışıq.
O zaman 72 yaş mənim üçün çox uzaq gəlirdi, düşünürdüm, mən bir belə yaşasam, xoşbəxt adam olaram. Solmaz bacımın Fransadan gəlmə kartları var idi. Dedim ki, Solmaz bax gör, mənim nə vaxtı nöqtəm olacaq. Baxdı, baxdı, dedi, 72 yaşında dünyanı dəyişəcəksən. Dedim ey, bir belə kimdi yaşayan?! “Oxot”um yoxdu bu qədər yaşamağa. İndi 78-ə çatmışam. İndi də yuxarıdakına yalvarıram, barmağımı silkələyə-silkələyə: “Qızımdan nəvəmi görmək istəyirəm”. İmkan verər, verər.
–  Flora xanım, 78 yaşında sağlamlıqla bağlı hansı problemləriniz var? Bir ara söhbət gəzdi ki, insult olmusunuz…
– Dörd dəfə mikroinsult. Sifət gördüm özümdə. Dörd mikroinsultdan sonra mən hələ də oxuyuram.
 Urinoterapiya hər şeyin fövqündə duran qədim müalicə növüdür.
Ancaq düzgün istifadə edəsən gərək.
– Bildiyimiz qədərilə siz çoxlarının bilmədiyi bir müalicə metodu ilə – urinoterapiya ilə məşğulsunuz… Yəni sidiklə müalicə. Bu barədə nə deyə bilərsiniz?
 – Urinoterapiya hər şeyin fövqündə duran qədim müalicə növüdür. Ancaq düzgün istifadə edəsən gərək. Mən ailə üzvlərimi urinoterapiyasız qoymuram.
– Neçə ildir bu terapiyadan istifadə edirsiniz?
– 20 ildir. Urinoterapiya bağırsaqları təmizləyir. Bütün xəstəliklər bağırsaqlardan gəlir. Beyinə çox yaxşı təsir edir. Bilirsiniz, xəstəlik elə bir şeydir ki, hansısa bir yerdə səni haqlayır. Ancaq o orqanın mərkəzi beyindədir. Əgər siz o orqanı müalicə edirsinizsə, mərkəz müalicə olunmursa, o xəstəlik mütləq qayıdır. Urinoterapiya məhz mərkəzə təsir edir. Həkimlər niyə bunun əleyhinədir? Qorxudurlar? Çünki urinoterapiyanın yolu ilə gedəndə adamlar hansısa mənfi fəsadla rastlaşır. Bədəni səpir və s. O saat qorxurlar, deyirlər olmaz, urinoterapiya bədənini zəhərlədi. Yox. Onu düzgün istifadə etmək lazımdır. O haqda məndən soruşurlar. Artıq 20 ildir nəticəsini bilirəm. Yəni 78 yaşıma çatmağımda bu terapiyanın rolu var. Övladlarıma da bunu edirəm.
– Hardan, kimdən bunu öyrənmisiniz?
 – Kitablardan öyrənmişəm və nəticəsini də görmüşəm. Sizə bir şey deyim. İndi qurddan danışırlar, dərmandan danışırlar. Bir ailə var idi. “Qaynanmış urino” deyirlər. Yəni qaynadırsan, sonra imalə edirsən. O ailənin yanına bir ay getdim. On gün imalədən sonra torba-torba balaca qurdlar düşdü. Böyükdən də, balacadan da. Tanıdığım ailə idi. Əri məhbus idi. Sonra mənim bir dostum var idi, diabet xəstəsiydi. Hər gün gedirdim onun evinə, xanımına imalə elətdirirdim. İmalədən sonra artıq yaxşı hiss edirdi özünü. Ancaq təəssüf ki, adamı yandıran bir səbəbdən dünyadan köçdü. Venadaxili iynə vurdular hava qaldı damarda.
 – Bu müalicə üsulu daha çox hansı xəstəliklərdə effektlidir?
– Bütün xəstəliklərdə effekti var. Ancaq düz tətbiq edəsən.
– Azərbaycanda kimsə bu müalicə üsulu ilə peşəkar məşğul olur?
– Yox. Əksinə, mənim üstümə düşmüşdülər. Hətta düşmənim belə. Ona da cavab vermişdilər internetdə. Sənin əgər bu üsuldan başın çıxmırsa, sən onu Flora xanıma niyə irad tutursan?
– Flora xanım, başqa hansı müalicə üsullarından istifadə edirsiz? Məsələn, vaxtı-vaxtında çek-up müayinələrdən keçirsiniz?
 – Yox. Ancaq 4 dəfə mikroinsult keçirdim deyə, indi nəzarət altındayam. Gündə bir neçə dərman içirəm. Getdikcə də azalır. Mənim nəzarətim Yaqutumdur. Hətta dərman qabım var, onunla arxamca gəzir. Mənim elə dərmanlarım var ki, ömür boyu içməliyəm.
– Bəs 78 yaşında belə gözəl, təravətli qalmağınızı nəyə borclusuz?
– Bilmirəm. Bu təbiətdəndir. Bir də bilirsiniz, heç nəyin fikrini eləmirəm. O barədə ki, kimin nəyi varsa, sağlığına qismət olsun. Şaqraq gülüş eşidəndə sevinirəm. Qaqqıltı çəkəndə ürəyim açılır. Bir insanı görəndə ürəyim yanır, əgər nəyisə dəyişmək lazımdırsa, dilimi farağat qoymuram. O saat deyirəm yaraşır, yaraşmır. Mən İNSAN sevirəm. Mən onun varlığını sevirəm. Ancaq düşmənlərimlə barışmıram. Bağışlamıram, razılaşmıram və danışmıram.
– Flora xanım qidanıza diqqət yetirirsiniz, nələri yeyirsiz, nələrdən imtina etmisiz?
 – Əlimə nə gəlir yeyirəm. Nə verdilər, yeyirəm. Bir dəfə yemək verirlər. O da yalvara-yalvara. Mənə deyirlər ki, bəsindi. – Ay Yaqut, nolar bir az da…
 Yox bəsindi. “Qorbuşka” (çörəyin qırağı) çox sevirəm. Səhər Yaqut pendiri kəsir lay-lay. Bir də yumurtanı yarıbişmiş verir. Ondan başqa heç nə vermir, çörək vermir… Günorta çörək çox vermir. Ancaq yemək yeyirəm. Axşam da ki, qatıq içirəm. O da axır vaxtlar. Biz indi bağda qalırıq. Mən ikinci mərtəbədəyəm. Birinci mərtəbədən çörək oğurlayıram. Yuxarıda da həmişə qatıq var. Qapını bağlayıram. Çörəyi doğrayıram qatığın içinə. Bir də görürəm, qapı döyülür. Yeyib doymuşam axı. Yaqut nədir? – Neynirsən? Deyirəm, heç nə. – Acsan? Deyirəm, yox. – Ac deyilsən? Deyirəm, yox, e acam. Ancaq yemirəm. Qoymursan, yemirəm. Qorxuram deyə nə yemisən. Bax belə.
– Sizin ayrılmaz dostunuz, sirdaşınızdır Yaqut xanım. Biz onu illərdir sizin yanınızda görürük.
 – Mənim həm balam, həm anamdır. On illərdir, illərdir yox. Oğlum, qızım məni ona tapşırıb. Övladlarımın da böyüyü, başı, tacı odur.
 GÜLAY
MEDİCİNA.AZ

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO