Sosial 09.07.2019 11:24

Florida ştatına Allahın töhfəsi- Töhfə xanım… - FOTO

 

Ailənin yeganə övladı olduğuna görə valideynləri onun hərtərəfli yetişməsi üçün əllərindən gələni əsirgəməyiblər. Hələ dörd yaşı olanda Neft-Kimya Prosesləri İnstitutunda elmi kitabxananın müdiri işləmiş anası Rəhilə Məmmədova onu yazıçı Mirzə İbrahimovun qızı Sevda xanımın yanına aparıb. Və orta məktəbə gedənədək ondan fortepiano dərsləri alıb. Beş yaşından yeddi yaşınadək Yuri Qaqarin adına Pionerlər Evində balet dərnəyinə gedib. Orta təhsilini 1989-cu ildə Bülbül adına orta ixtisas musiqi məktəbində başa vurduqdan sonra indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə qəbul olunub. 1993-cü ildə ali təhsilini bitirərək teatrşünas ixtisasına yiyələnib. 1992-2000-ci illərdə Bakı Xoreoqrafiya Məktəbində teatr və balet tarixi fənnindən dərs deyib…

İctimai fəaliyyətlə 1989-cu ildən  məşğuldur. “Azərbaycan Qadınlar Cəmiyyəti”nin fəal üzvlərindən biri olub. 1993-cü ildə Elmira Süleymanovanın rəhbərlik etdiyi “Qadın və İnkişaf Cəmiyyəti”nə dəvət alıb. Pedaqoji fəaliyyətlə yanaşı, 2000-ci ilədək həmin cəmiyyətdə ictimai əsaslarla sədr köməkçisi vəzifəsində çalışıb. Eyni zamanda “Mədəniyyət Fondu”nun nəzdində “Bazar Günü Məktəbi”nin direktoru olub. 2000-ci ildə ailə qurduqdan sonra Amerikaya köçüb…

…Ömür-gün yoldaşı Əgdər Eminov ixtisasca hüquqşünas olsa da hazırda bizneslə məşğul olur. İki övladı vardır. Oğlu Aydın bu il Florida Beynəlxalq Universitetinə qəbul olunub, 18 yaşındadır. Qızı Nabat isə hələ ki orta məktəbdə oxuyur…

Haqqında söhbət açdığım Töhfə Eminova ABŞ-a gələndən sonra üç il ailəsi ilə birlikdə Kentuki ştatında məskunlaşıb. Orada olarkən Qərbi Kentuki Universitetində doqquz ay ingilis dili kurslarına gedib. 2003-cü ildən Florida ştatının Mayami şəhərində yaşayır. Bir müddət övladlarının tərbiyəsi ilə məşğul oduqdan sonra 2006-2008-ci illərdə “MedVance İnstitute”də cərrah köməkçisi ixtisasına yiyələnib. 2008-2012-ci illərdə plastik cərrahiyyə klinikasında öz ixtisası üzrə çalışıb. Bir il ara verdikdən sonra, 2013-cü ildən indiyədək “Aventura Hospital and Medical Center”də cərrah köməkçisi işləyir…

İctimai işlərdə zəngin təcrübəsi olan Töhfə xanım necə deyərlər, əsl təşkilatçıdır. Amerikada uğur qazanandan sonra azərbaycanlıları axtarıb aramağa başlayıb. Bir il gərgin axtarışlardan sonra nəhayət ki, Mayamidə yaşayan soydaşlarımızı bir araya toplaya bilib. Zəruriyyət yarandığından 2006-cı ildə “Floridada Azərbaycan Amerika Mədəniyyət Asossasiyası”nı təsis edib. Elə o vaxtdan da Azərbaycan naminə işlər görür. Sizə zarafat gəlməsin, bir sıra milli və rəsmi bayramlarımızın Florida ştatında rəsmən keçirilməsi üçün ştatın qubernatoru tərəfindən on beşə yaxın bəyənnamənin verilməsinə nail olub…

Deyir ki,- “Səhiyyə sahəsində çalışıram. Gərgin iş rejimim olmasına baxmayaraq, azərbaycanlı olduğumu unutmuram. Azərbaycanın daha çox tanınmasına səy göstərirəm. İstəyirəm ki, Azərbaycan deyiləndə amerikalılar zəngin mədəni irsi olan, qədim ənənəyə malik bir ölkədən söhbət getdiyini anlasınlar”…

Xeyirxah əməllərini saymaqla tükənməz. O qədər yaxşı işlər görüb ki, mən onların mahiyyətini bir yazıya yerləşdirə bilmədim. Onunla söhbətimiz uzun çəkdi. Özündən soruşmağa utandım, amma kübar bir nəsildən olduğu aydın görünürdü. Necə deyərlər, həmsöhbətim əsl xanım idi. Mükəmməl tərbiyə aldığı, yüksək mədəniyyət sahibi olduğu davranışından hiss edilirdi. O qədər xoş təəssürat yaratdı ki, onun insanlığına, alicənablığına, dünya görüşünə, əqidəsinə, iti zəkasına, dərin təfəkkürünə heyran qaldım.

Bəli, zadəgan doğulanlar dünyanın harasına getsələr də toplumdan fərqlənir, İlahi təyinatı şərəflə icra edirlər…

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir”
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO