Təhlil 15.05.2023 16:46

Fransa regionda vəziyyəti gərginləşdirir, sülhü təhdid edir – TƏHLİL - FOTO

Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində keçirilən görüş arzu edilən və gözlənilən sülh müqaviləsinin imzalanması ilə nəticələnməyib. Ancaq bunu məqsədə doğru atılan daha bir addım saymaq olar. Brüssel sülh gündəliyinin əsasını məhz Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması, sülh müqaviləsinin imzalanması və kommunikasiyaların bərpası təşkil edib.

Azərbaycan Xarici İşlər Nazirliyi Brüssel danışıqlarını iki ölkə arasında normallaşma gündəliyinin irəlilədilməsi baxımından faydalı və nəticəyönümlü hesab edir.

Nazirliyin şərhində qeyd olunub ki, Avropa İttifaqı (Aİ) Şurasının Prezidentinin təşkilatçılığı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Belçikanın paytaxtında keçirilən növbəti görüşdə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını qəbul edib.

Aİ Şurasının Prezidenti Şarl Mişel söyləyib ki, görüşdə sərhədlərin delimitasiyası ilə bağlı atılacaq növbəti addımlar müzakirə edilib: “Liderlər 1991-ci ilin “Alma-Ata Bəyannaməsi”nə və Ermənistanın 29 800 kvadratkilometr və Azərbaycanın 86 600 kvadrat kilometr ərazisinin toxunulmazlığına birmənalı sadiqliklərini təsdiq etdilər”.

Ərazi bütövlüklərinin qəbul edilməsi sərhədlərin müəyyənləşməsi və davamlı sülhün bağlanması üçün vacib şərtlərdəndir. Bununla bağlı hər hansı razılıq Ermənistanın Azərbaycana qarşı əsassız və qanunsuz ərazi iddialarından əl çəkəcəyinə ümid yaradır. Ş.Mişel çıxışında Azərbaycanın Qarabağ iqtisadi rayonunun “keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti” adlandırması respublikanın ərazi bütövlüyü və unitarlığının bir daha tanınmasının vacib göstəricilərindəndir.

Yeri gəlmişkən, 14 may danışıqları Brüssel formatında keçirilən beşinci görüş idi. Odur ki, ikitərəfli danışıqların tərəflər və regiona daha faydalı olacağı ehtimalı çoxdur. Ermənistan bu formatda görüşün keçirilməsinin əleyhinə çıxış etsə də, sonda N.Paşinyan yenə də bu formatda iştiraka öz razılığını verib. Danışıqlarda Fransa daha çox aparıcı rola malik olmağa cəhdlər göstərirdi. Belə ki, Fransa və Ermənistan məqsədyönlü şəkildə dördtərəfli formatda görüşün keçirilməsini istəyir və bu istiqamətdə çalışırdılar. Ancaq Azərbaycan tərəfi buna razı olmadı. Nəticə etibarilə də Azərbaycanın iradəsi və qəti mövqeyi sayəsində Brüssel formatında görüş keçirilib. Görüşün Fransasız reallaşması rəsmi Bakının istəyinin təmin olunmasıdır. Ş.Mişel isə vasitəçi deyil, dəstəkləyici rolda və funksiyada çıxış edir. Bu görüşdə humanitar məsələlər də müzakirə edilib. Azərbaycanın üzləşdiyi mina problemi və itkin düşmüş şəxslərin məsələsi də diqqət mərkəzində olub.

Aİ Şurasının rəhbəri vurğulayıb ki, qarşılıqlı anlaşmanı qorumaq və sülh prosesində irəliləyiş əldə etmək üçün azaraq qarşı tərəfə keçən hərbi qulluqçular tezliklə azadlığa buraxılmalıdır.

Xatırladaq ki, Azərbaycan Ordusunun əsgərləri – 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu aprelin 9-da Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüblər.

Ermənistan Müdafiə Nazirliyi aprelin 13-də Azərbaycan əsgərlərinin Ermənistanda saxlandığını etiraf edib. Hazırda azərbaycanlı hərbçilər Ermənistanda əsir saxlanılır.

Yeri gəlmişkən, Azərbaycan tərəfi dəfələrlə qanunsuz olaraq ərazimizə keçən erməni əsgər və mülki şəxsləri Ermənistana qaytarıb.

Bakı və İrəvan arasında reallaşmasını gözləyən vacib məsələlərdən biri də kommunikasiyaların açılmasıdır.

Azərbaycan Prezidenti İlham Əliyev, Rusiyanın dövlət başçısı Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli bəyanatda bu məsələ ilə bağlı öhdəliklər müəyyənləşdirilib. Amma rəsmi İrəvan üzərinə düşən öhdəliyi müxtəlif bəhanələrlə yerinə yetirmir.

Ş.Mişel görüşdə kommunikasiyaların açılması və iqtisadi əlaqələrin bərpasına yönəlmiş aydın addımların müəyyən edildiyini bildirib: “Rabitə məsələsinə gəlincə, tərəflər regionda nəqliyyat blokadasının açılmasına və iqtisadi əlaqələrin bərpasına yönəlmiş müzakirələrdə aydın irəliləyiş əldə ediblər. Hazırda tərəflərin mövqeləri, xüsusən də Naxçıvan vasitəsilə dəmir yolu əlaqəsinin bərpası ilə bağlı bir-birinə çox yaxındır”.

Ş.Mişel Kişineuda 2-ci “Avropa siyasi birliyi” zirvə toplantısı çərçivəsində Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şoltsla görüşəcəklərini vurğulayıb. Bu görüş sırf qeyri-formal xarakter daşıyacaq. Çünki bu forum çərçivəsində müxtəlif tədbirlər keçirilir, görüşlər olur.

Almaniyanın iştirakı ilə danışıqların aparılması və Cənubi Qafqazda baş verənlərin müzakirə olunması Azərbaycan üçün normal bir xarakter daşıyır. Rəsmi Berlin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını daim bəyan edib. Almaniya da Fransanın Bakı-İrəvan münasibətlərinin normallaşmasına müdaxiləsinin prosesi mənfi istiqamətə apara biləcəyini anlayır.

Brüsseldəki üçtərəfli görüş Ermənistan rəhbərliyi və havadarları üçün regionda real vəziyyətə nəzər salmaq baxımından bir fürsət sayıla bilər. Bu, Ermənistan daxilində və xaricindəki revanşist qüvvələrə, bu yöndə fəaliyyət göstərənlərə də bir dərsdir. Odur ki, rəsmi Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması sahəsində problemlər, istiqamətlər aydındır. Bu siyasi səhnəyə Fransa və başqaları kimi istənilən yersiz xarici müdaxilə regionda vəziyyəti gərginləşdirir, təhlükəsizliyi və sülhü təhdid edir.

Sədrəddin Solta – REPORT

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO