İqtisadi 01.06.2020 10:26

Füzuli rayonunda barama tədarükünə başlanıldı - FOTO

Azərbaycan Prezidenti İlham Əliyevin respublikada ənənəvi təsərrüfat sahələrindən olan baramaçılığın inkişafına dair verdiyi tapşırıq və göstərişləri Füzuli rayonunda ciddi nəzarətdə saxlanılır.

Rakus.az xəbər verir ki, Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev mayın 28-də karantin qaydalarını gözləməklə barama tədarük məntəqəsində olub kümçülərlə görüşüb, onlarla söhbət edib, məsləhət və tövsiyyələr vermişdir.

Bildirilib ki, baramaçılıq xüsusilə ötən əsrin 70-80-ci illərdə Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə Füzuli rayonunda ən inkişaf etmiş və gəlirli sahələrdən hesab olunurdu.

Alı Alıyev deyib ki, Prezident cənab İlham Əliyev tərəfindən baramaçılığın uzun fasilədən sonra bərpa olunması regionlarda yaşayan əhalinin məşğulluğunun artırılmasına, onların sosial rifah hallarının yüksəldilməsinə xidmət edir. Alı Alıyev ipəkqurdu saxlayan kümçülərə bildirmişdir ki, keyfiyyətli barama əldə etmək üçün tut yarpağının bol olması ən vacib şərtlərdən biridir. Çünkü ipəkqurdu yaxşı bəslənildikdə, istehsal edilən barama da keyfiyyətli olur. İpəkqurdu saxlayan kümçülər isə Prezident cənab İlham Əliyevin tapşırığı ilə respublikada ənənəvi təsərrüfat sahələrindən olan baramaçılığın yenidən bərpa olunmasını yüksək qiymətləndirdilər. Bildirdilər ki, baramaçılığın inkişafı kənd əhalisinin sosial-rifah halının yüksəldilməsinə, məşğulluğunun artırılmasına xidmət edən amildir.

Qeyd olunub ki, ölkə başçısının baramaçılığın inkişafına dair tapşırıq və göstərişlərinə uyğun olaraq bu mövsüm kümçülərə 1250 qutu, 25000 qr ipəkqurdu toxumu rayona gətirilərək paylanılıb. Ötən il baramadan yaxşı gəlir əldə edən kümçülər cari ildə daha çox toxum götürüblər – keçən illə müqayisədə 100 qutu çox. 2019-cu ildə rayon üzrə 49 ton 500 kiloqram yaş barama istehsal edən rayon kümçülərinin builki hədəfi 50 tonun üzərindədir. Hazırda yaş baramanın 1 kq-nın subsidiya ilə birlikdə 9 manat olmasını nəzərə alsaq istehsal olunacaq 50 tondan artıq baramdan rayon sakinləri qısa müddət ərzində 450 min manatdan artıq vəsait əldə edəcəklər. Təkcə baramaçılıqla bu il 625 ailə, 3230 nəfər məşğul olur ki, bu da əlavə iş yerləri, əlavə qazanc və yaxşı güzəran deməkdir.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO