Müsahibə 27.12.2019 15:14

Gecə-gündüz yazan adamın imzası həmişə yaşayır – Tələbə

 

Tələbəsi olduğum Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində hələ tələbə ikən öz imzalarını tanıdan, mətbuatda fəal çıxış edən kifayət qədər gənclər var. Belələrindən biri də IV kurs tələbəsi Kənan Novruzovdur. Artıq məzun olmağa hazırlaşan Kənanın bu yaxınlarda universitetin 100, fakültənin isə 50 illik yubileyinə həsr etdiyi bir kitabı nəşr olundu. “Elə bir ailədənəm ki…” adlı bu kitabda Kənanın dörd illik tələbəlik xatirələri və əziz müəllimləri bağlı qeydləri toplanıb. Bu yaxınlarda həm bu kitabın ərsəyə gəlməsi, həm də yaradıcılıq sahəsindəki fəaliyyəti ilə Kənanla həmsöhbət oldum:

Salam, Kənan. Yaradıcılıq necə gedir?

-Salam. Hələ ki, hər şey qaydasındadır. Artıq 4-cü kurs tələbəsi olduğuma görə magistratura imtahanına hazırlaşıram. Həm də qarşıda semestr və diplom imtahanları da var. Bunlar, ola bilsin ki, yaradıcılıqla məşğul olmağa müəyyən mənada çətinlik yaradır. Amma çalışıram ki, mətbuatda fəal çıxış edim. Həftədə bir-iki dəfə müxtəlif qəzetlərdə yazılarımm dərc olunur.

– Bəs dərc olunan ilk yazın yadındadır?

– Əlbəttə. İlk yazım “Olimpiya dünyası” qəzetində dərc olunub. Təxminən 7-8 il bundan əvvəl idi. Həmin yazı orta təhsil aldığım 70 saylı məktəb-liseyin idman həyatı ilə bağlı idi. O vaxt mən 9-cu sinifdə oxuyurdum. Keçirdiyim sevinc və həyəcan bu günə kimi də yadımdadır.

– İlk kitabın olan “İlk addım” ikinci kursda nəşr olundu. İndi isə “Elə bir ailədənəm ki…” adlı ikinci kitabınla oxucuların görüşünə gəldin. Tələbəlik illərindən artıq iki kitabının nəşr olunması necə duyğudur?

– “İlk addım” bizim hörmətli müəllimlərimizdən biri-dosent Mahmud Mahmudovun təşəbbüsü ilə nəşr olundu. Həmin kitab esse və məqalələrdən ibarət idi. İkinci kitabım isə mənim şəxsi təşəbbüsümlə nəşr olundu. İstədim ki, məndən tələbə yoldaşlarıma və müəllimlərə xatirə qalsın. Həm də fakültəmizin 50 illik yubileyinə bir töhfədir. Qeyd edim ki, kitabın redaktoru fakültəmizin Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri professor Cahangir Məmmədlidir. Düşünür ki, kitabınn təqdimatını da keçirək. Elə fakültəmizdə.

-Nə vaxtsa bədii əsər yazmaq barədə nə düşünürsən?

-Düzü, hələ ki, özümü buna hazır hiss etmirəm. Amma, yəqin ki, nə vaxtsa yazacam. Mənim indiyə kimi nəşr olunan heç bir kitabım da satışa çıxmayıb. Buna görə də düşünürəm ki, gələcəkdə bir bədii əsər yazıb geniş oxucu kütləsinə təqdim edə bilərəm. Hətta o kitabın eskizi. Belə ki, xeyli dərəcədə məşhur fransız yazıçısı Mark Levinin “Yenidən başlamaq mümkün olsaydı” əsərindən bəhrələnmişəm. Həmin əsərdə də bir jurnalistin başına gələn hadisələrdən söhbət gedir. Düşünürəm ki, yaxın gələcəkdə onu bir kitab kimi çap etdirmək olar.

– Ölkədə publisistika sahəsində ideal adlandırdığın biri var?

-Mənim bu suala cavab verməyim düzgün olmaz. Ancaq onu deyim ki, Azərbaycan Yazıçılar Birliyinin Anarın həm publisistik yazılarını, həm də əsərlərini məmnuniyyətlə oxuyuram. Onun məndə “Seçilmiş əsərləri var. Mən birnəfəsə o kitabı oxuya bilərəm. Çünki Anarın üslubu adamı yormur. Müəllimimiz Cahangir Məmmədlinin “Öncə söz gəldi…” kitabında da kifayət qədər publisistik məqalələri var ki, onları oxuyanda yazmağın texnikasını öyrənmək olur.

-Bəs gənclərdən kimlərin adlarını çəkə bilərsən?

“525-ci” qəzetdə fəal çıxış edən Türkan Turanın, Mirçingiz Ağazadənin, Şahanə Müşfiqin yazılarını bəyənirəm. Onların üçü də gəncdir və üslubları olduqca fərqlidir. Lakin hər üçü seçdikləri üslubda ən birincilərdən biri olmağa çalışırlar. Bu, çox yaxşıdır. Düşünürəm ki, onlar gələcəkdə daha böyük işlər görə bilərlər.

-Kənan, yazılarında diqqətimi çəkən bir nüans var. Hansısa qızı gah günahlandırır, gah da onlar haqqında xoş sözlər deyirsən. Belə biri həqiqətən var, yoxsa sərf təxəyyül məhsuludur?

– Adətən yaradıcı adamlar gözəllik aşiqi olurlar (red: əslində cavab vermək istəmir. Ancaq xatırladıram ki, bütün sualları cavablandırmağa söz verib). Bu onlar üçün bir növ stimulverici qüvvə rolunu oynayır. Bu mənada yaradıcı adamlar gözəllik görəndə çalışırlar ki, onu vəsf etsinlər. Buna sahib olmaqla, o gözəlliyi tanımaqla öyünməyə çalışırlar. Ola bilsin ki, mən də belədir. Həmin epizodlar nə tamamilə hamısı təxəyyül məhsuludur, nə də həqiqət. Başıma gələn hadisələri qələmimin köməyi ilə edərək daha emosianal və yadda qalan şəkildə təqdim edirəm.

– Ümumiyyətlə, yazmaq sənin üçün nəyi ifadə edir?

– Yaradıcı insanın işi nəyisə yaratmaqdır. Yazıçılıq da yaradıcılığın bir qoludur. Bundan çıxış edərək istənilən qələm sahibi çalışır ki, bir əsər yaratsın. Bu şeir də , kitab da , məqalə də ola bilər. Məşhur türk yazıçısı Elif Şafak “Qara süd” əsərində yazır ki, “yaradıcılıq əslində uşaq böyütmək kimidir, gələcək əsərinin qayğısına qalır onunla yaşayır, onunla nəfəs alırsan”. Bu, həqiqətən, belədir. Bəzən adam bir yazını yazır, redaksiyaya göndərir, uzun müddət gözləyir amma bu yazı dərc olunanda həddindən çox sevinir. Bu mənada yazının, kitabın nəşr olunmasının gətirdiyi sevinc həmin vaxta kimi çəkdiyin məşəqqətlərdən daha artıqdır. Yazmaq həm də yaşatmaqdır. Mən yazıram ki, imzamı yaşadım. Gecə-gündüz yazan adamın imzası həmişə yaşayır və imza həmin adamı daim yaşadır. Məsələn Markes, Hemenquey çoxdan ölüblər, lakin imzaları onları hələ də yaşadır.

– Təxmini 4-5 ay sonra universiteti bitirirsən, bu necə hissdir?

– Mənim xarakterim elədir ki, düşdüyüm mühitə tez öyrəşə bilirəm. Xüsusən də ətrafımda insanlara təmənnasız kömək edən adamlar, müəllimlər varsa, onlardan ayrılmaq çox çətindir. Amma düşünürəm ki, geridə qoyduğumuz 4 il xatirələrdə xoş qaldı. Necə ki, tələbə yoldaşlarım, müəllimlərim mənim yaddaşımda xoş qaldı, güman edirəm ki, mən də onların xatirəsində belə qaldım

– Bundan sonrakı fəaliyyətini necə davam etdirmək istəyirsən?

– Hazırda mən “Şərq” qəzetində çalışıram. Eyni zamanda magistraturaya hazırlaşıram. Əgər qəbul olsam magistr pilləsini də Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində davam etdirəcəm. Gələcəkdə, bəlkə də, nə vaxtsa fakültəmə müəllim kimi qayıdaram.

-Yəni jurnalistika fakültəsiylə əlaqəni kəsmək istəmirsən?

– Əlbəttə, çalışacağam ki, kəsməyim. İnsan öz ailəsini necə unuda bilər?

-Səmimi cavablar üçün çox sağ ol, Kənan.

-Sağ olun.

 

Günel ABBAS,

BDU Jurnalistik fakültəsinin III kurs tələbəsi

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO