Maraqlı 02.06.2023 20:50

“Gedib oranın daşını, divarını, torpağını öpərəm…” - FOTO - VİDEO

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində hazırlanan “Həyat hekayəsi” verilişinin növbəti buraxılışı efirə gedib.

Rakus.az xəbər verir ki, jurnalist Əsgər İbrahimovun müəllifi olduğu verilişin bugünkü buraxılışı Qərbi Azərbaycandan deportasiya edilmiş, Ağbaba mahalının Amasiya rayonunun Güllücə kənd sakini Gülnarə Əliyevanın “Həyat Hekayəsi”nə həsr olunub.

 

O, vaxtilə yaşadığı Arpa çayı sahilində yerləşən kəndi barədə kövrələ-kövrələ danışıb: “Mən oradan 15 yaşında çıxmağıma baxmayaraq həmişə oranı xatırlayanda çox kövrəlirəm. Biz orada çox gözəl, çox xoşbəxt yaşayırdıq. Bizim kəndimiz azərbaycanlı kəndi idi. Orada bizə  ermənilər türk kimi çox nifrətlə baxırdılar”.

G.Əliyeva özünün yaşadığı və yaşlı nəslin nümayəndələrinin erməni zülmü barədə danışdığı hadisələrdən söz açıb: “Nənə-babalarımız  danışırdılar ki, o vaxt ermənilər gəlib bizim qızlarımıza, gəlinlərimizə, cavan oğlanlarımıza nə qədər zülmlər ediblər. Yəni bizim yaşlılarımız gözəl qızlarımızı təndirdə, qalaqların içində gizlədiblər. Masisdə bizim azərbaycanlıların oğlan-qız toyunda oğlan başı kəsiblər. Yəni belə vəhşilikləri eşidirdik.

Onun sözlərinə görə, 1988-ci il iyunun 10-da ilk qaçaqaç düşüb: “Kəndə xəbər gəldi ki, rayonda katibi vurublar, bışaqlayıblar, ermənilər bütün kəndlərə gəlir, qırğındır. Əslində, onlar bizdən çox qorxurdular, bizə türk deyirdilər. Elə bilirdilər biz hamımız silahlıyıq. Amma bu xəbər necəsə yayılmışdı. Yağış yağırdı, axşama doğru idi. Çox güclü dolu yağmağa başladı. Bu xəbər gələndə mən özümü itirdim, nə edəcəyimi bilmədim. Biz böyük ailə idik, ailədə 8 uşaq idik. Mən ayaqyalın, başıaçıq qaça-qaça çayı keçməyə çalışdım. Çay çox gur gəlirdi. Bütün uşaqlar, böyük, ata-ana bir-birini heç tapa bilmirdi. Biz sərhədə doğru, Türkiyə sərhədinə doğru qaçmağa başladıq. Yolda maşınlar götürə bildiklərini, yaşlıları götürdü. Dağlarda çayırlıq var idi. Biz heç nəyi fikirləşmədən gedirdik. Sonra bizi yoldan geri qaytardılar. Əsgərlər gəldi, bizi qaytardılar və dedilər, narahat olmayın. Dağın başında Ellər kənd var idi, bizi ora yığdılar. Bizi əsgərlər orada qorumağa başladılar. Heç yadımdan çıxmır, gecəni heç yatmadıq. Səhərədək biz rayonun yoluna baxanda bütün maşınlar orada dayanmışdı”.

O, Vətən həsrətinin tezliklə bitəcəyini və doğma kəndinə qovuşacağını söyləyib: “İnşallah o günləri biz yaşayarıq. Ən birinci Allahımız bizə yaşadar. Sonra elə Prezidentimizin köməyi ilə öz millətimiz, öz gücümüzlə bunu yaşayarıq. Dua edirəm ki, Allah bizə o günləri yaşatsın. İnşallah gücümüz yerindəykən biz gedə bilərik ora və biz orada yaşaya bilərik. Mən gedib oranın daşını, divarını, torpağını, hər şeyini öpərəm…”

Onun qız nəvəsi Ümid Səmədov Bakıda doğulub böyüsə də nənəsinin yurduna getmək istəyini belə ifadə edib: “Mən Türkiyə getmişdim. Oradan da dağa çıxdım, nənəmin kəndinə baxdım. Mən də istəyirəm oraya gedim….”

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş iyunun 2-də saat 19:30-da Baku Tv-nin efirində və 20:30-da  Youtube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Maraqlı, Sosial / 02.06.2023 20:50
“Gedib oranın daşını, divarını, torpağını öpərəm…” - FOTO - VİDEO
Gündəm / 02.06.2023 16:03
Güllücə sakini Gülnarə Əliyevanın “Həyat Hekayəsi” – ANONS
Hərbi, Mətbuat / 02.06.2023 15:15
Vətənpərvər böyüyən şagirdlər şəhid jurnalisti andılar - FOTO
Dünya, Gündəm / 01.06.2023 20:35
Ermənistanı Rusiyaya qarşı qoyan səbəblər - VİDEO
Dünya, Siyasi / 01.06.2023 14:30
Üzü Kremlə olan erməni siyasətçilərinin davası – ANONS
Siyasi, Video müsahibə / 31.05.2023 20:35
Rusiya-İran müharibəsində viran qoyulan Qərbi Azərbaycan kəndləri - FOTO - VİDEO
İqtisadi / 31.05.2023 16:01
Ekspert: “Daşınmaz əmlakın sığortalanması üçün yeni elektron sistem iyunun 1-dən işə düşəcək”
Dünya, Siyasi / 31.05.2023 15:14
Parçalanan, saxtalaşdırılan Dərəçiçək mahalı – ANONS
Mətbuat / 31.05.2023 14:43
Vətən müharibəsi veteranı Səbuhi Məmmədov dünyasını dəyişib - FOTO
Siyasi / 31.05.2023 10:06
Əli Hüseynli: “Azərbaycan dövləti istənilən nəticəni əldə etməyə qadirdir”
Mədəni / 30.05.2023 20:51
Göyçənin ilmələrə köçən sirləri – Qərbi Azərbaycan Xronikası - FOTO
Elm və təhsil / 30.05.2023 13:34
Ardanışın yetirmələri – İşığa, aydınlığa gedən yolda - FOTO
Dünya, Siyasi / 30.05.2023 10:26
İran -“Taliban” toqquşması – su problemi həllini tapacaqmı – TƏHLİL
Sosial, Video müsahibə / 29.05.2023 20:38
Ermənilərin qolunu qıran millət vəkili – Qərbi Azərbaycan Xronikası - FOTO - VİDEO
Siyasi / 28.05.2023 16:01
Moskva görüşü – Paşinyanın “dəhliz” dərsi alması – TƏHLİL - FOTO
Gündəm / 28.05.2023 09:00
Azərbaycanda Müstəqillik Günü qeyd olunur
Siyasi, Təhlil / 27.05.2023 12:05
Qarabağın Azərbaycanın tərkib hissəsi – İrəvanın reallığı qəbul etməsi – TƏHLİL - FOTO
Maraqlı, Video müsahibə / 26.05.2023 21:07
Ailəmizin 60 faizdən çoxu erməni mənfurlarının əlində can verib - FOTO - VİDEO
Maraqlı / 26.05.2023 13:35
Ailəsi 3 dəfə deportasiya olunub, özü isə qatarda dünyay göz açıb – ANONS
Dünya, Təhlil / 26.05.2023 12:04
Ermənistanın tutduğu mövqe – Paşinyanın etirafları… – TƏHLİL
Dünya, Gündəm, Video müsahibə / 25.05.2023 21:05
Ermənilərin azərbaycanlılara qarşı işgəncə növləri - FOTO - VİDEO
Siyasi / 25.05.2023 14:48
Qondarma dövlətin insanlıq suçu – ANONS
Gündəm, Sosial, Video müsahibə / 24.05.2023 20:35
Ağbaba mahalı necə parça-parça edildi? - FOTO - VİDEO
Siyasi / 24.05.2023 15:19
Qərbi Azərbaycan Xronikası – ANONS
Mədəni, Video müsahibə / 24.05.2023 11:48
Zəngəzurun qanlı tarixi ilmələrdə - FOTO - VİDEO
Dünya, Təhlil / 23.05.2023 16:03
Politoloq: “Moskva görüşü Vaşinqtonda keçirilən görüşün davamı olacaq”