Mətbuat 12.06.2020 14:17

Gələcək zaman və zaman Gələcəkmi? – SƏRBƏST DÜŞÜNCƏ - FOTO

ZAMAN – əksəriyyətimizin məqamında dəyər verə bilmədiyimiz, geriyə dönməsi mümkün olmayan vaxt itkisidir. Zamandan zamanında faydalanmağın və yaxud fövtə verməyin avantaj və dezavantajıyla bağlı folklorumuzda kifayət qədər ibrətamiz kəlamlara rast gələ bilərik.

Məsələn, dəmiri isti-isti döymək, bu günün işini sabaha saxlamamaq və s. Amma nə fayda ki, bizlər dünyada zamana zamanında hökm edə bilmirik, bu günün işini nəinki sabaha, qeyri-müəyyən gələcək zamana buraxırıq. Şəxsi və hətta milli taleyüklü məsələlərdə belə zamanı gəldiyində dönuş yaradacağımıza özümüzü inandırmağa çalışmaqla nəinki günlərimizi, aylarımızı, habelə illərimizi boşa veririk.

Çox qəribədir, bəzən gələcəyə nikbin düşüncələrlə baxıb zamanı gələndə zamanında itirdiklərimizi geri qaytaracağımıza ümidlənirik, bəzən isə tam əksinə, bədbinliyə varıb bu gün əlimizə düşən imkanlardan nəyi var istifadə edib dar günün dayağı təfəkkürüylə özümüzə və dövlətimizə qənim kəsilirik.

Məncə, dünyada bizim kimi gələcəyi üçün isıqlı və ya qaranlıq sonluqlarda (bəlkə də sonsuzluqlarda)var-gəl edən kimsə ola bilməz. Şəxsən öz adıma deyə bilərəm ki, illər öncə elmi yaradıcılıqla bağlı boşuna buraxdığım zamanın yerini dolduracaq zaman gəlmədi… Bu, bir aksiomadır ki, bütün nailiyyətlərin əsası mümkün bütün imkanlardan, fürsətlərdən vaxtında yararlanmaqdır. Semestr imtahanına hazırlaşan istənilən tələbə tədris boyu oxumaqla müqayisədə saxlayıb imtahan öncəsi oxumağın nə qədər çətin olmasının əziyyətini yaşamamış deyil. Həyat da belədir, zamanında gələcək zamana saxladığımız hər işimiz, həlli vacib problemlərimiz sonda özümüzdən başqa heç kimə əziyyətlər bahasına başa gəlməyəcək.

Zaman – təkcə saatın əqrəblərinin üstünə basdığı rəqəmlər, gecəylə gündüzün yerdəyişməsi, təmtəraqla qeyd etdiyimiz doğum günümüz, kağız üzərindəki təqvim deyil, Zaman – məqamdır, andır, ixtiradir,  ailiyyətdir, qalibiyyətdir, vasitədir, təkamüldür, tərəqqidir, özünü təsdiqdir. Bir sözlə, Zaman – zamanında dəyərlənənlər üçün işıqlı gələcəkdir, gələcək zamana ümidlənənlərin isə, mənim elmi həyatımdakı kimi,
zamanı heç zaman gəlməyəcəkdir. Ey zamanının gələcəyinə özlərini inandıranlar, bilin, o zaman gəlməyəcək, O zaman bu gündür, sabah başqasının zamanıdır!!!

Murad Məmmədov – jurnalist

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO