Sosial 13.11.2019 19:19

Gələn ilin büdcəsi əhalinin rifah halına hesablanıb – Deputat

Son illər ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar, sosial sahədə uğurla davam etdirilən dövlət siyasəti və “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması nəticəsində əhalinin rifahı, güzəranı xeyli yüksəlib. Prezident İlham Əliyevin rəhbərliyi ilə sosial-iqtisadi sahələrin inkişafı istiqamətində həyata keçirilən çoxşaxəli islahatlar ölkəmizin daha da qüdrətlənməsinin, dinamik inkişafının əsas leytmotivini təşkil edib. Əhalinin maddi gəlirlərinin davamlı şəkildə çoxalması, əməkhaqqı və pensiyaların, eləcə də, büdcədən ödənilən vəsaitlərin vaxtaşırı artırılması ölkədə sosial sferada vəziyyətin daha da yaxşılaşmasını xarakterizə edən mühüm amillərdir.

Rakus.az xəbər verir ki, bunu millət vəkili Naqif Həmzəyev bildirib.

Qeyd edib ki, Azərbaycanda köklü sosial-iqtisadi islahatların davam etməsinə yönəldilən 2020-ci ilin dövlət büdcəsi ölkənin makroiqtisadi proqnozlarına əsasən sosial-iqtisadi hədəflər nəzərə alınaraq tərtib olunub. Milli Məclisin bu gün keçirilən iclasında, birinci oxunuşda qəbul edilən 2020-ci ilin dövlət büdcə layihəsi 2020-ci ilin büdcəsinin investisiyayönümlü və sosialyönümlü olması ilə diqqəti çəkir.

Belə ki, icmal büdcə xərclərinin yuxarı həddi 29 mlrd 488 mln manat olacaq ki, bu da 2019 illə müqayisədə 2 mlrd 117 mln manat və ya 7,7% çoxdur. İcmal büdcənin kəsiri 1 mlrd 955 mln manat və ya proqnozla nəzərdə tutulan Ümumi Daxili Məhsulun 2,3%-nə bərabər olacaq. 2020-ci il dövlət büdcəsinin gəlirləri Ümumi Daxili Məhsulun 29%-i həcmində olmaqla nominal ifadədə 24 mlrd 135 mln manat nəzərdə tutulur ki, bu da cari illə müqayisədə 967 mln manat və ya 4,2% çoxdur.2020-ci ilin icmal büdcəsinin gəlirləri 27 mlrd 533 mln manat səviyyəsində proqnozlaşdırılır.

Gəlirlərin 10 milyard 605 milyon manatı, yəni, 43,9 faizi qeyri-neft sektoru üzrə daxilolmaların, 13 milyard 530 milyon manatı, yəni, 56,1 faizi isə neft gəlirlərinin payına düşəcək. Vergi orqanlarının xətti ilə büdcəyə 7 milyard 875 milyon manat, gömrük orqanlarının xətti ilə isə 4 milyard manat daxilolmalar proqnozlaşdırılır. Hərbi qulluqçuların mənzillə təmin olunması, əhalinin güzəştli şəkildə mənzil əldə edilməsi, ipoteka kreditləri ilə dəstəklənən məsələlərə də maliyyənin ayrılması nəzərdə tutulub. Bu tədbirlərin maliyyələşdirilməsi üçün 245 milyon manat vəsait ayrılacaq 2020-ci ilin dövlət büdcəsində sosialyönlü xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi ilk dəfə olaraq 38,5 faizə çatacaq.

Bu rəqəmlər onu deməyə əsas verir ki, həqiqətən də ölkəmizdə həyata keçirilən siyasətin mərkəzində vətəndaş, onun maddi-rifah halının daha da yaxşılaşması dayanır. Bunu təsdiq edən əsas göstəricilər isə əsas kapitala yönələn investisiya və sosial yönümlü xərclərin artırılmasıdır.

Hər bir ölkənin sosial-iqtisadi inkişafının qiymətləndirilməsində vacib faktorlardan biri də dövlət büdcəsidir. Dövlət büdcəsi ölkə iqtisadiyyatının və bütövlükdə ölkənin necə idarə olunduğunu əks etdirən güzgüdür və hər bir vətəndaşın, eləcə də dövlətin güvən yeridir.Dövlət büdcəsinin gəlirləri artdıqca, ölkənin maliyyə imkanları genişləndikcə bu vəsaitlər birinci növbədə sosial istiqamətə, vətəndaşların sosial rifah halının yüksəldilməsinə yönəldildiyinin dəfələrlə şahidi olduq. Bu ilin əvvəlindən ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə böyük sosial paret öz həllini tapdı.Təkcə minimum əməkhaqqı və sosial müavinətlər iki dəfə qaldırılaraq 130 manatdan 250 manata çatdırıldı, minimum pensiya 70 faiz artırılaraq, 116 manatdan 200 manata qaldırıldı, iki sosial paketin əhatə dairəsi 4,2 milyon vətəndaşı əhatə etdi. Bu sosial tədbirlərin həyata keçirilməsi üçün 4 milyard manata yaxın vəsait ayrıldı.

Möhkəm təməl üzərində qurulan iqtisadi inkişaf strategiyasının Prezident İlham Əliyevin rəhbərliyi ilə düzgün istiqamətdə aparılması nəticəsində bu qədər böyük vəsait ayrılmasına baxmayaraq, ciddi inflyasiya baş vermədi. Bu da bir daha təsdiq edir ki, cəmiyyətin sosial sifarişinə uyğun çevik qərarlar qəbul edən dövlət Başçısı İlham Əliyevin yürütdüyü siyasətdə vətəndaşların mənafeyi öndə gəlir. 2020-ci ilin dövlət büdcəsində edilən yeniliklər əvvəlki illərdə olduğu kimi gələn ildə də büdcənin sosialyönümlülüyü təmin edəcək, əhalinin sosial rifah halının daha da yaxşılaşdırılmasına xidmət edəcək

 

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO