Elm və təhsil 26.07.2025 23:26

“Gəlinin evə girişi – qədim türklərdə mistik mərasim” - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “İrsimiz” rubrikasının növbəti buraxılışı hazırlanıb.

Rakus.az xəbər verir ki, “Türk mədəniyyətində qadının söz sahibi olduğunu sübut edən ritual” adlı buraxılışda filologiya üzrə fəlsəfə doktoru Nailə Əskər Qərbi Azərbaycan toy adətlərində qədim türk rituallarına əməl olunmasından söz açıb.

O bildirib ki, gəlinin sulanması su inancının müqəddəsliyi ilə bağlıdır: “Toy günü qayınata-qayınana gəlinin qarşısında güləşirdi. Güləşdə qayınatanı yıxmaq üçün bütün qohumlar birləşirdi. Minillik türk inancı olan gəlinin sulanması, toyda bəy anası ilə atasının güləşməsi qadının söz sahibi olmasına işarə və qadın hakimiyyətinin simvolu idi. Gəlin qəndləri evin 4 küncünə qoymalıdır ki, ailə möhkəm olsun. Bir sözlə, türk mədəniyyətində qadının söz sahibi olduğunu sübut edən rituallar çoxdur”.

Onun sözlərinə görə, yas mərasimində avazla bayatı demək müalicəvi məqsəd daşıyırdı: “Yasda 3, 7, 40 və 52 günün dərin mənası, ritualı və hər birinin öz yeməyi var. Yas mərasimində bayatı demək vacib idi.”.

Türkün yaddaşının aşıq yaradıcılığında yaşadığını deyən N.Əskər insanın bayatılarla sağalmasının mümkünlüyünə, gəlini evə salmaq üçün qayınanaların minnət etməsinə, gəlinin evə girişinin qədim türklərdə mistik məna daşımasına da aydınlıq gətirib.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş iyulun 26-da saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da Youtube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Elm və təhsil, Mədəni / 26.07.2025 23:26
“Gəlinin evə girişi – qədim türklərdə mistik mərasim” - VİDEO
Siyasi, Sosial / 25.07.2025 21:51
“Deportasiya cücərtilərini 1986-cı ildən hiss edirdik” - FOTO - VİDEO
Hərbi, Video müsahibə / 25.07.2025 18:02
“Əsl jurnalist ömrü bitmir…” - FOTO - VİDEO
Siyasi, Sosial / 25.07.2025 14:22
“Baba ocağının çırağını yandırmaq istəyirəm”- İslam Mahmudovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Mətbuat / 25.07.2025 11:40
“Jurnalist ömrünün əbədiyyət nəğməsi” – XƏBƏR VƏ TELESÜJETLƏR - FOTO - VİDEO
Təhlil / 24.07.2025 21:59
Bakının qəti mövqeyi: “Heç bir erməni sərhədçisi olmayacaq” - VİDEO
Təhlil / 24.07.2025 14:54
Azərbaycanın Zəngəzur hədəfi – ANONS - VİDEO
Sosial / 23.07.2025 23:57
“İrəvan Bakıdan daha böyük türk-müsəlman ruhu ilə seçilirdi” - VİDEO
Sosial / 23.07.2025 13:55
İrəvanda türk idealogiyası – ANONS - VİDEO
Gündəm / 23.07.2025 10:00
İlham Əliyev: “Şəhid olmuş media nümayəndələrimizin şücaəti və qəhrəmanlığı heç zaman unudulmayacaq”
Siyasi, Sosial / 22.07.2025 23:34
Aşağı Gödəkli, Aşağı Körpülü, Aşağı Gəzbin – türk tarixinin izi - VİDEO
Mətbuat / 22.07.2025 20:01
Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə tədbir keçirilib - FOTO - VİDEO
Elm və təhsil, Müsahibə / 22.07.2025 19:32
“İndiki Ermənistan nə üçün Qərbi Azərbaycan adlandırılır?” - VİDEO
Gündəm / 22.07.2025 19:22
Prezident İlham Əliyevin milli mətbuatın 150 illik yubileyi ilə əlaqədar media nümayəndələrinə müraciəti
Sosial / 22.07.2025 14:22
“Gödəkli” etnonimindən yaranan kənd – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə / 22.07.2025 13:29
Çuxursəad Azərbaycan torpağıdır – ANONS - VİDEO
Gündəm / 22.07.2025 09:19
Prezident rəsmi sosial şəbəkə səhifələrində Milli Mətbuat Günü münasibətilə paylaşım edib
Müsahibə / 21.07.2025 23:50
“Qərbi Azərbaycanda nəşr olunan ilk mətbu orqan “Lək-lək” jurnalıdır” - VİDEO
Təhlil / 21.07.2025 17:14
İlham Əliyevin Xankəndi açıqlamaları – Azərbaycanın regional və qlobal miqyasda önəmi – ŞƏRH
Elm və təhsil, Mədəni / 19.07.2025 23:20
“Türklərin milli kimliyi onun folklorundadır” - VİDEO
Siyasi, Sosial / 18.07.2025 23:48
“Nənəm Vətən həsrətini dilə gətirib ağlayanda ürəyim çat-çat olur” - FOTO - VİDEO
Sosial / 18.07.2025 14:22
Telli sazını baba yurdunda səsləndirmək istəyən Kənan Alıyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.07.2025 23:12
İlham Əliyev Paşinyana Qərbi Azərbaycanla bağlı nələri diktə edib? - VİDEO
Elm və təhsil, Gündəm, Hərbi / 17.07.2025 17:09
Mətbuat Şurasında “Jurnalist ömrünün əbədiyyət nəğməsi” kitabının təqdimatı olub - FOTO
Siyasi / 17.07.2025 16:10
Naxçıvana çıxış, Zəngəzura qayıdış – ANONS - VİDEO
Siyasi / 16.07.2025 23:20
“Biz əvvəllər normal xalq idik, indiki müxalifət görün bizi nə günə salıb” - VİDEO