Gəlmə ermənilər Ellər rayonunu necə zəbt etdilər? -ANONS - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə ermənilərin məkrli siyasətinin hədəfi seçilən, rus və erməni millətindən olan ayrı-ayrı şəxslərin adını vermək bəһanəsi ilə toponimi dəyişdirilən Ellər rayonu haqqında süjet hazırlanıb.
Rakus.az xəbər verir ki, “Ellər rayonunun adı niyə 4 dəfə dəyişdirilib?” adlı süjetdə Azərbaycan türklərinin tarixi-etnik torpaqlarından didərgin salınması nəticəsində həmin ərazilərə ermənilərin köçürülərək məskunlaşdırılmasından, məhz bu süni yerləşmədən sonra hayların saxtalaşdırma əməliyyatlarına başlaması indiki Ermənistanın və havadarlarının tarix boyu siyasi mənafeləri ilə bağlı olduğu bildirilir.
Süjet teleaparıcı Ramin İbrahimovun təqdimatında yanvarın 17-də saat 19:30-da Baku Tv-nin efirində və Youtube kanalında yayımlanıb.