Sosial 08.07.2019 23:24

“Gənc liderlər üçün yay məktəbləri” başladı - FOTO

Yeni Azərbaycan Partiyası  “Gənc liderlər üçün yay məktəbləri” layihəsinə start verib. İyulun 8-də Oğuz şəhərindəki “AFRA” otelinin konfrans zalında layihənin açılış mərasimi olub.

Rakus.az xəbər verir ki, mərasimdə YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov çıxış edərək davamlı olaraq keçirilən yay məktəblərinin əsas məqsədinin gənclərin asudə vaxtlarının mənalı və səmərəli keçməsini, müxtəlif proqramların öyrənilməsini təmin etmək olduğunu bildirib. S.Novruzov qeyd edib ki, bu il yay məktəblərində ümumilikdə, 1000 nəfərədək fəal gənc iştirak edəcək. Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə gerçəkləşdirilən bu layihə ölkəmizdə gənclərə göstərilən diqqət və qayğının bariz nümunəsidir. “Yeni Azərbaycan Partiyasının “Gənc liderlərin yay məktəbləri” ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətinin tərkib hissəsi olan bu layihə gənclərin siyasi biliklərinin, intellektual səviyyələrinin artmasında da olduqca mühüm rol oynayır.  Layihənin məqsədlərindən biri də  gənclərin asudə vaxtlarını səmərəli təşkil etməklə yanaşı, onların ictimai həyatdakı fəallığının daha da artırılmasından ibarətdir. “Yay məktəbləri” gənc fəallar üçün həm təcrübə, həm də bilik mənbəyidir. Partiya gənc fəalların ictimai-siyasi aktivliyini artırmaq və gənclərin geniş fəaliyyətini təmin etmək üçün bütün imkanlardan istifadə edir, hər bir gəncin yaradıcı potensialından səmərəli istifadə olunmasına xüsusi diqqət ayırır”-deyə, YAP İcra katibinin müavini vurğulayıb.
S.Novruzov qeyd edib ki, layihədə paytaxt Bakı ilə yanaşı, respublikamızın bütün rayonlarından olan gənclər iştirak edirlər: “Ötən illərdə keçirilmiş yay məktəblərində gənclərlə YAP-ın funksionerləri, Milli Məclisin deputatları, ziyalılar ilə görüşləri təşkil olunub, onlara Azərbaycanda gənclər siyasətinin banisi Ümummilli Lideri Heydər Əliyevin zəngin həyat yolu barədə geniş məlumat verilib. Layihə çərçivəsində partiyanın fəaliyyəti, gördüyü işlər barədə geniş məlumatlar verilib,  eləcə də, region gəncləri ilə görüşləri təşkil olunub, müxtəlif idman yarışları, intellektual oyunlar, musiqili şənliklər keçirilib. Bu dəfəki yay məktəblərində də  bu tipli tədbirlər təşkil olunacaq”.

S.Novruzov Ümummilli Lider Heydər Əliyevin hakimiyyətdə olduğu bütün dövrlərdə gənclərə daim xüsusi diqqət və qayğı ilə yanaşdığını bildirib. Onun sözlərinə görə, məhz Ulu Öndərin təşəbbüsləri və qəbul etdiyi qərarlar əsasında cəmiyyətimizdə gənc nəslin inkişafı üçün əməli addımlar atılıb, gənclərin yüksək təhsil alması, dövlət idarəçiliyində təmsilçiliyi, bütövlükdə, cəmiyyətdə layiqli yer tutması üçün lazımi tədbirlər həyata keçirilib. Bu siyasət Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Qeyd edilib ki, gənclərlə düzgün iş strategiyasının müəyyənləşdirilməsi və bu strategiyadan irəli gələn vəzifələrin dəqiqliklə yerinə yetirilməsi nəticəsində bu gün Azərbaycan gənci idman, elm, mədəniyyət, incəsənət və digər sahələrdə böyük nailiyyətlər əldə edir, dövlətçilik ənənələrini daim uca tutur, çoxşaxəli dövlət islahatlarının həyata keçirilməsində yaxından iştirak edir.

YAP İcra katibinin  müavini həmçinin, gənclərə sosial şəbəkələrdə daha fəal olmağı tövsiyə edib.

Mərasimdə Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov, Milli Məclisin deputatları Rauf Əliyev və Kamilə Əliyeva  çıxış edərək ölkəmizdə gənclərə göstərilən yüksək dövlət qayğısından danışıb, tövsiyələrini bildiriblər.

Təbdirdə çıxış edən gənclər də layihə ilə bağlı fikir və təkliflərini veriblər.

Xatırladaq ki, yay məktəbləri zamanı gənclər üçün təlimlər, seminarlar və informativ sessiyalar keçiriləcək, idman yarışları, əyləncəli oyunlar təşkil ediləcək.

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS