İdman 29.09.2024 09:56

“Gənclər 2020” və “Zəfər 44” növbəti mərhələyə çıxıb - FOTO

Müstəqilliyin Bərpası Günü (18 oktyabr) və Zəfər Günü (8 Noyabr) münasibətilə Azərbaycanın şəhid jurnalistlərinin xatirəsinə həvəskar komandalardan ibarət 3-cü Ənənəvi Minifutbol Turnirində bu gün 3-cü tura yekun vurulub.

Rakus.az xəbər verir ki, sentyabrın 28-də B qrupunda “Baku Ws” – “Gənclər 2020” ilə qarşılaşıb.

AFFA hakimləri Elgün Hüseynov və Vüsal Balaşov un idarə etdiyi oyun Bakı Tennis Akademiyasında saat 22:00-da başlayıb. Bu görüş nəticə baxımından böyük maraq doğururdu. “Gənclər 2020″ ilk oyundakı qələbəyə görə qrupda qalmağı təmin etmişdi. Lakin bu oyun onlar üçün o qədər də əhəmiyyət daşımır.

“Baku Ws” isə qrupda qalmaq baxımından bu görüşə xüsusi hazırlaşmışdı. Ona görə də matçın əvvəlindən media təmsilçiləri yaxşı oyun nümayiş etdirərək Orxan Üuseynovun qolu ilə önə çıxdı. Lakin “Gənclər 2020” komandasının rəhbəri və baş məşqçisi Murad Abdullayevin düzgün taktikası, oyunçu dəyişikliyi öz bəhrəsini verdi. Ruslan Əliyev, Emil Qurban zadə və İlkin kərimli in qolları ilə hesabda önə çıxdı.

İkinci hissədə Şahin Həbibov 2 baxımlı zərbə ilə oyuna tarazlıq gətirdi – 3:3.

İkinci hissənin sonlarına doğru jurnalistlər aktivlik göstərdilər və penalti zərbəsi qazandılar. Media təmsilçilərinə kobudluğa görə hakim çənləri 7 metrlik cərimə ilə cəzalandırdı. Lakin Elmar Abbasov bu imkandan yararlana bilməməsi, bu fürsəti qaçırması jurnalistlərin ruhdan düşməsinə təsir göstərdi.

Görüşün sonlarına doğru gənclər əks hücum həmlələri ilə Emil və İlkinin dəqiq zərbələri ilə fərqi iki topa çatdırıblar. Beləliklə, daha inamlı oyun nümayiş etdirən gənclər yaşıl sahədən gülən tərəf və qrup lideri kimi ayrılıblar – 5:3. Bu qələbə həmçinin qrupun digər üzvü “Qoşabulaq” üçün turnirdə qalmaq üçün yaşıl işıq yandırıb.

Son şansını qaçıran “Baku Ws” isə  turnirlə vidalaşmalı olub.

Komandaların heyətləri belə olub:

BAKU.WS – Orxan Hüseynov, Şahin İsmayılov, Emin Abdullayev, Elnar Almazov, Elçin Qasımov, Şahin Həbibov, Elmar Əsədov, Orxan Quseynov, Azad Əliyev.

 “Gənclər 2020”  – Bayram Əliyev, Elnur Ağamalıyev, Rauf Məhəmmədov, İlkin Kərimli, Ümman Ağamalıyev, Bürhan Hətəmli, Fariz Ağamalıyev, Emil Qurbanzadə, Tural Nağıyev, Ruslan Hətəmli, Ruslan Əliyev, Mustafayev Elvin.

Bakı Tennis Akademiyası

28 sentyabr

III tur
B qrupu
22:00 Baku WS – “Gənclər 2020 – 3:5

Qollar: İlkin Kərimli 2, Emil Qurbanzadə 2, Ruslan Əliyev 1 – (“Cənclər 2020”)

Şahin Həbibov 2, Orxan Quseynov 1 – (Baku Ws)

Hakimlər: Elgün Hüseynov, Vüsal Balaşov

xxx

Bu oyunun ardınca saat 23:00-da C qrupunda AZƏRTAC – “Zəfər 44” qarşılaşması ilə ilə 3-cu tura yekun vurulub.

Bu matç da komandalar üçün həyəcan doğurub.  Belə ki, qrupda “Ardanış”a məğlub olan bu komandalardan birinin qələbəsi onu növbəti mərhələyə çıxması demək idi.

Oyun başlayan kimi Roman İsmayılovun qolu AZƏRTAC-ın bu görüşə ciddi hazırlamasına işarə idi. Bu qoldan sonra hərbçilərdən Murad Fərzəliyev ön plana çıxaraq 3 qola imza atdı. Ruhdan düşməyən media təmsilçiləri oyunda Əlibaba Abdullayevin qolları ilə bərabərliyi təmin etdilər. Görüşün sonlarına doğru hər iki komanda təzyiqi artıraraq hərə daha bir qol vurdular. Jurnalist komandadan Pərvin Əbilov, hərbçilərdən Fərrux Mahmudov fərqləndirlər.

Görüşün son dəqiqələrində “Zəfər 44” oyunçu dəyişikliyi ilə rəqib qapıya iki dəfə yol tapıb. Ramin Teyyubovun uzaqdan zərbəsi və Asif Məmmədovun dəqiq penalti vuruşu qolla nəticələnib. Həvəsdən düşməyən AZƏRTAC hücum təzyiqlərini artırsa da müsbət nəticə qazana bilməyib və meydanı məyus tərk edib – 4-6.

Beləliklə, “Zəfər 44” növbəti mərhələyə adlayaraq “Göyçə”ni rəqibi olub. AZƏRTAC isə turnirlə vidalaşıb.

Komandaların heyətləri belədir:

AZƏRTAC –  İlkin Cavanşirov, Heydər Məmmədov, Balamir Əzimov, Elnur Salahov, Roman İsmayılov, Mikayıl Məmmədov, Rəşad Xudiyev, Hikmət Əhmədov, Hümmət Məmmədov, Elmir Səftərov,  Fərid Səlimov, Fuad İsmayılov.

“Zəfər 44” – Saməddin Əhmədov, Bayramov Ruslan, Mahmudov Fərrux, Əliyev Babək, Zülfuqarov Elçin, Fərzəliyev Murad, Qafarli İsmayil, Rufullayev Mirəhməd, Teyyubov Ramin, Məmmədov Dilqəm, Asif Məmmədov, Rövşən İsmayilov.

Hər iki oyunu AFFA-nın hakimləri idarə edəcək.

Bakı Tennis Akademiyası

28 sentyabr

III tur
B qrupu
23:00 AZƏRTAC – “Zəfər 44” – 4:6

Qollar: Murad Fərzəliyev 3, Fərrux Mahmudov 1, Ramin Teyyubov 1, Asif Məmmədov 1 – “Zəfər 44”

Əlibaba Abdullayev 2, Roman İsmayılov 1, Pərvin Əbilov 1 – (AZƏRTAC)

Hakimlər: Elgün Hüseynov, Vüsal Balaşov

Xatırladaq ki, turniri 4 komanda “Report”, “Nərimanlı”, Baku Ws və AZƏRTAC tərk edib. “Veteranlar”, “Ardanış”, AzTv, “Qoşabulaq” “Gənclər 2020”, “Turan”, “Göyçə”, “Zəfər 44” komandaları isə 1/4-ə vəsiqə qazanıb.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO