Gənclər üçün təlim proqramı keçirildi - FOTO
Education HUB-ın “İnkişaf Zamanı” proqramı çərçivəsində həyata keçirilən “İncəsənət sosial inkişafda vasitə kimi” təlimlərinin ikinci mərhələsi Zaqatalada baş tutub.
Rakus.az xəbər verir ki, avqustun 18-dən 23-dək davam edən təlimlər zamanı Azərbaycanın müxtəlif bölgələrindən olan gənclər layihə menecmentinin əsas müddəalarını öyrəniblər. 25 nəfər gəncdən ibarət qrup layihələrin yazılışı, layihə xərcləri və idarəetmə, planlaşdırma, monitorinq və risklərin idarəolunması ilə bağlı praktiki tapşırıqları yerinə yetiriblər. Ekologiya, ixtisas seçimi, pis vərdişlərdən asılılığın aradan qaldırılması, valideyn himayəsindən məhrum olan uşaqların problemlərinin incəsənət vasitəsilə daha böyük auditoriyaya çatdırılması üçün layihələr hazırlanıb və növbəti aylarda icrası üçün hazırlıqlara başlanılıb. Eyni zamanda layihə komandalarını icra prosesində dəstəkləmək üçün mentorlar komandası da hazırlanıb.