Elm və təhsil 25.12.2024 13:40

Gənclərin Qərbi Azərbaycana qayıdış istəyi – Anar İrzaquliyev yazır - FOTO

Qərbi Azərbaycan İcmasının fəaliyyətində il ərzində gənclərin qayıdış üçün atdığı addımlar, onların bu amal uğrunda sıx birləşməsi çox mühüm bir mərhələni təmsil edir. Qərbi Azərbaycana qayıdışda gənclərin rolu böyük əhəmiyyət kəsb edir. Gənclər, regionun gələcəyini formalaşdırmaqda və bərpasında əsas iştirakçılardır. Onların təhsili, innovasiyalar və yeni texnologiyalarla bağlı bilikləri, həmçinin vətənpərvərlik ruhu bu prosesdə böyük təsirə malikdir.

Qayıdışın yalnız fiziki deyil, həm də mədəni, sosial və iqtisadi baxımdan uğurla həyata keçirilməsi üçün gənclərin təşəbbüskarlığı və enerjisi vacibdir. Gənclər Şurasının təşkilatçılığı ilə keçirilən maarifləndirici tədbirlər, həmçinin gənclərin könüllülük fəaliyyətləri yerli icmaların inkişafını dəstəkləyəcək və qayıdışın sosial-psixoloji aspektlərini yüngülləşdirəcək. Bu baxımdan, gənclərin aktivliyi, həm də regional və beynəlxalq səviyyədə bu məsələyə olan diqqətin artmasına səbəb ola bilər.

Qərbi Azərbaycana qayıdışda <span style=color:red>GƏNCLƏRİN ROLU - FOTOLAR

Gənclər həm şüuraltı, həm də praktiki olaraq bu prosesi həmrəy şəkildə dəstəkləyərək bir çox sahələrdə önəmli addımlar atırlar. Xüsusən qeyd etməliyəm ki, bu prosesdə gənclər müxtəlif platformalarda, sosial mediada Qərbi Azərbaycan həqiqətləri, tarixi, mədəniyyəti və öz ata-baba torpaqlarından zorla çıxarılmış insanların qayıdış hüququ haqqında müxtəlif dillərdə tərcümə olunmuş məqalələrlə paylaşımlar edir və dəstəklərini bildirirlər.

Gənclərin Qərbi Azərbaycana qayıdışını dəstəkləyən ən mühüm amillərdən biri də vətənpərvərlik hissidir. Bu hiss, gəncləri bir araya gətirir və onlar öz doğma torpaqlarını yenidən bərpa etmək, mədəni irsi qorumaq və gələcək nəsillərə təqdim etmək üçün sıx birləşirlər. Gənclər, müasir texnologiya və innovasiyalardan istifadə edərək, Qərbi Azərbaycana qayıdış və bərpasına dair yeni və təsirli yanaşmalar ortaya qoyurlar.

Qərbi Azərbaycana qayıdışda <span style=color:red>GƏNCLƏRİN ROLU - FOTOLAR

Gənclərin Qərbi Azərbaycana qayıdış istəyi, yalnız bir torpağa geri dönmək arzusundan ibarət deyil, daha dərin mənaya malikdir. Bu istək, milli kimliyin qorunması, tarixi və mədəni irsin bərpası, həmçinin gələcək nəsillərə miras qalacaq bir vətənin qurulması məqsədini daşıyır.

Bu mənada 2024-cü il ərzində də gənclər Qərbi Azərbaycan İcmasının fəaliyyətlərində əsas hərəkətverici qüvvə rolunu oynayıblar. Onların fəaliyyəti bir neçə mühüm sahədə özünü göstərib:

Qərbi Azərbaycana qayıdışda <span style=color:red>GƏNCLƏRİN ROLU - FOTOLAR

1. Vətənpərvərlik və Milli Həmrəylik baxımından gənclər Qərbi Azərbaycana qayıdış hərəkatının əsas fəallarından biri olaraq, milli birliyi və vətənpərvərlik hissini gücləndiriblər. Sosial media və digər platformalar vasitəsilə həmrəyliyi təşviq edərək, daha geniş cəmiyyətin bu məsələyə diqqətini yönəliblər.

2. Maarifləndirmə və mədəniyyətin qorunması baxımından gənclər Qərbi Azərbaycanın zəngin tarixi və mədəni irsinin öyrənilməsinə yönəlmiş layihələrdə fəal iştirak ediblər. Onlar mədəniyyətin bərpası və gələcək nəsillərə ötürülməsi üçün müxtəlif tədbirlər, sərgilər və seminarlar təşkil ediblər.

Qərbi Azərbaycana qayıdışda <span style=color:red>GƏNCLƏRİN ROLU - FOTOLAR

2024-cü ildə gənclər arasında daha sıx bir əlaqə qurulub. İlin əvvəlində ilk olaraq Gənclər Şurası tərəfindən icma gəncləri arasında kordinasiyalı işi təmin etmək üçün 20 rayon icmasının hər birindən ən fəal gənclər arasından gənclərlə iş üzrə məsul şəxslər seçilib. Daha sonra hər bir rayon icmasının gəncləri ilə Qərbi Azərbaycan İcmasının inzibati binasında ayrı-ayrılıqda görüşlər keçirilib.

Səmərəli fəaliyyətin nəticəsi olaraq 26 iyun- 7 iyul tarixlərində Bakı şəhərində Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 20 rayon icmasını təmsil edən, 327 Qərbi Azərbaycan kökənli gəncin iştirakı ilə tarixdə ilk dəfə “Qərbi Azərbaycan Kuboku” mini futbol turniri keçirilib. Bu idman yarışı vasitəsi ilə rayon icmalarının gəncləri arasında daha sıx əlaqələrin qurulması və prosesdə kütləviliyin artması üçün ilk addımlar atılıb.

Qərbi Azərbaycana qayıdışda <span style=color:red>GƏNCLƏRİN ROLU - FOTOLAR

2024-cü ilin 6 avqust tarixində “Diaspor gənclərinin V yay düşərgəsi” çərçivəsində Laçın şəhərində “Qərbi Azərbaycanlılarla görüş” adlı 50-dən çox xarici ölkədən düşərgəyə qatılan 125 gənclə panel müzakirələr baş tutub. Onlara Qərbi Azərbaycan həqiqətləri ilə bağlı əhatəli təqdimat nümayiş olunub.

Eyni zamanda il ərzində Qərbi Azərbaycan İcmasının Gənclər Şurasında təmsil olunan, Milli Məclisin deputatları Ramin Məmmədov, Şahin İsmayılov, Kamal Cəfərov, Naqif Həmzəyev, Səbinə Xasayeva və digər rəsmilərin iştirakı ilə 6 rayonda və Bakı şəhərində olmaqla 10 universitetdə böyük tələbə kütləsi qarşısında Qərbi Azərbaycan həqiqətləri barədə məlumatlandırıcı sessiyalar keçirilib. Həmçinin ölkənin ən böyük gənclər təşkilatları ilə birgə sosial və mədəni kütləvi tədbirlər, sərgilər, düşərgələr və digər layihələr çox uğurla həyata keçirilib.

Qərbi Azərbaycana qayıdışda <span style=color:red>GƏNCLƏRİN ROLU - FOTOLAR

Qürurla qeyd etməliyəm ki, 2024/2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 150-yə yaxın Qərbi Azərbaycan kökənli gənc 600 baldan yüksək nəticə göstərib. Məhz 12 sentyabr 2024-cü il tarixində, Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə İcmanın rəhbərliyi, ağsaqqalları və ziyalılarının iştirakı ilə yüksək nəticə göstərən gənclərlə görüş keçirilib və gənclər İcmanın fəxri diplomu və hədiyyələri ilə mükafatlanıdırılıblar.

Qərbi Azərbaycana qayıdışda <span style=color:red>GƏNCLƏRİN ROLU - FOTOLAR

Cənab Prezidentin 2022-ci il 24 dekabrda İcmada bir qrup Qərbi Azərbaycanlı ziyalılarla görüşü zamanı söylədiyi fikirlər əsas götürülərək hər il dekabr ayının əvvəlində Qərbi Azərbaycan həqiqətləri ilə bağlı Beynəlxalq Konfrans keçirilir. 2024-cü il 5-6 dekabr tarixlərində 51 ölkədən 110 nəfər qonağın iştirakı ilə çox uğurlu və məqsədyönlü Beynəlxalq konfrans baş tutub. Konfransda 40 xarici dil bilikləri yüksək olan savadlı və sosial fəal gənc könüllü olaraq iştirak edib. Gənclərin həm hava limanında qarşılamada və yola salınmada, həm konfrans keçirilən məkanda qeydiyyat və yerləşdirmədə, eyni zamanda rəsmilərin ikitərəfli görüşlərində İcma Aparatının əməkdaşlarına təşkilati məsələlərdə dəstəyi qalib xalqın qalib gəncləri olaraq çox uğurla həyata keçirilib.

Qərbi Azərbaycana qayıdışda <span style=color:red>GƏNCLƏRİN ROLU - FOTOLAR

Gənclərin qeyd etdiyim bütün proseslərdə Qərbi Azərbaycan naminə birgə fəaliyyətləri Qərbi Azərbaycan İcmasının gələcəkdə daha güclü və dayanıqlı bir şəkildə inkişaf etməsinə zəmin yaradır və qayıdış prosesini daha da sürətləndirir.

Anar İRZAQULİYEV – Qərbi Azərbaycan İcmasının gənclərlə iş üzrə məsul şəxsi

Qərbi Azərbaycana qayıdışda <span style=color:red>GƏNCLƏRİN ROLU - FOTOLAR

Qərbi Azərbaycana qayıdışda <span style=color:red>GƏNCLƏRİN ROLU - FOTOLAR

XƏBƏR LENTİ
Gündəm / 25.12.2024 15:32
Azərbaycanda matəm elan edildi – SƏRƏNCAM
Gündəm, Hadisə / 25.12.2024 15:04
Aktauda baş verən təyyarə qəzasında son durum – YENİLƏNİR - FOTO - VİDEO
Elm və təhsil / 25.12.2024 13:40
Gənclərin Qərbi Azərbaycana qayıdış istəyi – Anar İrzaquliyev yazır - FOTO
Elm və təhsil / 25.12.2024 13:22
Orbelyanların Elxanilər saxtakarlığı – ANONS
Mədəni / 25.12.2024 11:36
“Mən ruhlar arasında körpü olmaq istəyirəm” – Səbinə İlyasova ilə MÜSAHİBƏ
Siyasi, Sosial / 24.12.2024 21:40
Alagöz – türk tarixinin izi - FOTO - VİDEO
Müsahibə, Siyasi / 24.12.2024 18:20
“İran yeganə ölkədir ki, Suriyada tamamilə uduzub və darmaduman olub” - VİDEO
Gündəm, Təhlil / 24.12.2024 17:33
Azərbaycan diplomatiyası son 21 ildə - FOTO - VİDEO
Gündəm / 24.12.2024 16:45
Prezident İlham Əliyevə təbrik məktubları gəlir – YENİLƏNİR
Təhlil / 24.12.2024 15:37
Tehranın 30 milyardlıq Əsəd sərmayəsi – Ankaranın xilaskarlıq missiyası – TƏHLİL - FOTO
Siyasi / 24.12.2024 14:38
Muş ermənilərinin yerləşdirildiyi məkan – ANONS - VİDEO
Müsahibə / 24.12.2024 13:11
“Meşin dərili Böyük Ermənistan” – ANONS
Gündəm / 24.12.2024 10:00
Vətənə, xalqa xidmətə həsr edilən ömür - FOTO - VİDEO
Gündəm / 24.12.2024 00:01
Bu gün Prezident İlham Əliyevin doğum günüdür
Müsahibə / 23.12.2024 22:24
“Vətən müharibəsində 1200-dən çox peşəkar idmançı iştirak edib” - FOTO - VİDEO
Təhlil / 23.12.2024 17:48
Ermənistanın vandal əməlləri – Dünyanın 77 il susduğu cinayət – TƏHLİL - FOTO
Sosial / 22.12.2024 12:29
Əmirxeyir kənd İcmasının bayram tədbiri olub - FOTO
Siyasi / 22.12.2024 11:36
Qərbi Azərbaycan İcmasında ümumi yığıncaq keçirilib - FOTO
Mədəni / 21.12.2024 22:37
“Oğlanların ciyəraxşamı mərasiminin əsas qaydaları” - FOTO - VİDEO
Siyasi / 21.12.2024 16:12
ADA diplomatik xidmət orqanlarının vahid sisteminə daxil edilməlidir – TƏKLİF
Siyasi, Sosial / 20.12.2024 22:14
“Ermənilərin ən böyük cinayəti 1905-ci ildə “Cəngi soyqırımı” olub” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.12.2024 13:12
“Cəngi soyqırımı”ndan Spitak zəlzələsinə – Aydın Haqverdiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Mətbuat / 20.12.2024 11:59
Rizvan Nəbiyev: “Ermənistan bütün məsələlərə ziddiyyətli yanaşır” - FOTO
Siyasi, Təhlil / 19.12.2024 22:08
“Əsəd Suriyadan Azərbaycan ərazilərinə ermənilərin köçürülməsini təşkil edirdi” - FOTO - VİDEO
Siyasi, Təhlil / 19.12.2024 13:56
İrəvan dayağını itirir – ANONS - VİDEO
Elm və təhsil / 18.12.2024 22:10
“Azərbaycan 150 il Xəzər xaqanlığının tərkibində olub” - FOTO - VİDEO