Hərbi 09.10.2020 04:41

General Hikmət Həsənovun doğum günüdür

Bu il oktyabrın 3-də Ağdərə rayonu istiqamətində yerləşən Suqovuşanın işğaldan azad edilməsinə başçılıq etmiş Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru, Birinci Ordu Korpusunun komandiri Hikmət Həsənovun doğum günüdür.

Rakus.az xəbər verir ki, Hikmət Hüseyn oğlu Həsənov 9 oktyabr 1975-ci ildə Füzuli rayonunun Pirəhmədli kəndində doğulub. 1992-ci ildə Bakı Ali Ümumqoşun Komandirləri Məktəbinə daxil olub. Tərtərdə “N” saylı hərbi-hissədə tağım komandiri kimi xidmətə başlayıb. 1994-cü ildə Türkiyədə Tuzla Hərbi Piyada Məktəbində 6 ay kurs keçib, 1995-ci ildə hərbi məktəbi bitirərək, Ağdamda “N” saylı briqadada xidmətə başlayıb. Burada bölük komandiri, tabor komandiri vəzifəsinə qədər yüksəlib. 2002-ci ildə təhsilini davam etdirmək üçün Çin Xalq Azadlıq Ordusunun Nankin Quru qoşunları Ali Hərbi Akademiyasına daxil olub, akademiyanı xüsusi fərqlənmə ilə bitirib, xüsusi döş nişanı ilə təltif olunub.

2003-cü ildə vətənə qayıdaraq Qazaxda “N” saylı hərbi hissədə briqada komandirinin MTT üzrə müavini təyin edilib, bir neçə ay sonra Tovuzda “N” saylı briqadanın qərargah rəisi kimi xidmətinə davam edib. 2005-2008-ci illərdə xidmətini Gəncədə “N” saylı briqadanın komandiri kimi davam etdirib. 2008-ci ildə Silahlı Qüvvələrin Hərbi Akademiyasına daxil olub, 2010-cu ildə akademiyanı fərqlənmə ilə bitirib. Elə həmin il Pirəkəşküldə Müdafiə Nazirliyi tərəfindən yaradılan NATO taborunun yerləşdiyi briqadaya komandir təyin edilib, NATO təlimlərində qarşıya qoyulan tapşırığı ingiliscə məruzə edən ilk azərbaycanlı hərbçi olub. 2013-cü ildə təhsilini artırmaq üçün Almaniyaya gedib, NATO əməliyyat planlaşdırması kursunu keçib, NATO əməliyyat qərargahında qərargah zabiti kimi praktika keçib. 2014-cü il iyunun 26-da Silahlı Qüvvələrin yaranmasının 96-cı ilində Ali baş komandanın sərəncamı ilə general-mayor rütbəsi alıb. 2014-cü ildə Prezident, Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə yeni yaranan, strukturu yenidən qurulan Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun qərargah rəisi təyin edilib. 2014-cü il dekabrın 28-də Ali baş komandanın sərəncamı ilə Silahlı Qüvvələrin ən təhlükəli, strateji postu olan “N” saylı birləşmənin komandiri təyin edilib. 2018-ci ildə Prezidentin sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

İngilis, rus, türk, fars, erməni dillərini mükəmməl bilir.

2004-cü ildə Tovuz istiqamətində əsgəri Dilqəmlə erməni postunu ələ keçirdiyinə görə komandanlıq tərəfindən briqada komandiri vəzifəsinə yüksəldilib. Həmin döyüşdə əsgəri Dilqəm şəhid olduğu üçün, hazırda da həmin post Şəhid Dilqəmin adını daşıyır.

Komandirliyi dövründə 2015-2017-ci illərdə Ağdam-Tərtər-Goranboy istiqamətində düşmən tərəfi ciddi itkilər verib. 2016-cı ildə aprel döyüşlərində cəbhənin 3 istiqamətində: Ağdam-Tərtər-Goranboy cəbhəsindəki döyüşləri idarə edib. Apreldə rəhbərlik etdiyi döyüşdə ordumuz ilə 2 saat ərzində düşmənin 24 illik “Ohanyan müdafiə xətti”ni yararaq Talış yüksəkliklərinə qalxıb, düşmənin 21 postunu dağıdaraq 7 strateji yüksəkliyi düşməndən təmizləyib.

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 22:15
“Göyçə aşıq sənəti batan aşıq mühitlərinə təsir edib” - VİDEO
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS - VİDEO
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO