Müsahibə 18.03.2024 22:21

“Gərnibasardakı 52 kənddə cəmi 150 erməni yaşayırdı” – MÜSAHİBƏ - FOTO - VİDEO

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

Rakus.az xəbər verir ki, jurnalist Rufik İsmayılovun bu dəfə müsahibi deputat Kamran Bayramov olub.

O, ata-baba yurdundan – Gərnibasar mahalının Qəmərli kəndindən söhbət açıb və bildirib ki, gözəl təbiəti olan bu mahaldakı 52 kənddə XIX əsrin əvvəllərinə qədər cəmi 150 erməni yaşayıb. Lakin 1820-1830-cu illərdə mahalın yaşayış məntəqələrinə 5400-ə yaxın erməni köçürülüb. Qeyd edib ki, ermənilərin azərbaycanlılar yaşayan kəndlərə köçürülməsindən bir müddət sonra narazılıqlar yaranıb, zaman-zaman soydaşlarımıza qarşı deportasiya və soyqırımı siyasəti həyata keçirilib.

Deputat K.Bayramov deyib ki, XX əsr Azərbaycan xalqı üçün ədalətsizliklər dövrü kimi yadda qalacaq. Çünki bu əsrdə baş verən etnik təmizləmələr nəticəsində azərbaycanlılar dəfələrlə fiziki-mənəvi işgəncələrlə, bəşəri faciələrlə, ölümlə üz-üzə qalıb, dədə-baba yurdlarından didərgin salınıblar. Uzun illər Vətəndən ayrı yaşayan soydaşlarımız əcdadlarının məzarlarına da həsrət qalıblar. Bu müddətdə Qərbi Azərbaycanda məskunlaşdırılan ermənilər isə tarixi irsimizi silməyə, maddi-mədəni, dini abidələrimizi məhv etməyə çalışıblar.

Millət vəkili K.Bayramov ixtisasca hüquqşünas olan babasının da XX əsrin ortalarında deportasiyaya məruz qaldığını, ailəsi ilə birlikdə əvvəlcə Qəbələyə, ardınca Ağdaşa köçdüyünü diqqətə çatdırıb. Onun sözlərinə görə, babası vəkillik fəaliyyəti göstərdiyi üçün o zaman Qərbi Azərbaycandan didərgin salınan soydaşlarımıza böyük köməkliklər göstərib. Deputat söyləyib ki, ötən əsrin deportasiyalarında Qərbi Azərbaycanın Göyçə və Zəngibasar mahallarından didərgin salınan 27 minə yaxın azərbaycanlı Şəmkir rayonunda məskunlaşıb. Dörd mindən çox soydaşımız isə Daşkəsən rayolnuna pənah gətirib.

K.Bayramov Qarabağ Zəfərindən sonra soydaşlarımızda Qərbi Azərbaycana qayıtmaq ümidi və inamının daha da artdığını diqqətə çatdırıb. Qayıdış Konsepsiyasının mükəmməl səviyyədə hazırlanan mühüm dövlət sənədi, yol xəritəsi olduğunu vurğulayan millət vəkili tarixi Azərbaycan torpaqlarına sahib çıxmağın əhəmiyyətini dilə gətirib. Deyib ki, bütün xalqların öz vətənində yaşamaq hüququ var və Qərbi Azərbaycanın əzəli sakinlərinin də öz ata-baba yurdlarına qayıdışı təmin olunmalıdır. Ermənistan dövləti soydaşlarımızın təhlükəsizliyinin təmini, mülkiyyət hüququnun tanınması, onlara vurulan ziyanın ödənilməsi istiqamətində əməli addımlar atmalıdır. Lakin əfsuslar olsun ki, beynəlxalq hüquqa və prinsiplərə qarşı çıxan monoetnik Ermənistan hələlik birgəyaşayışı inkar edir. Deputat sonda onu da əlavə edib ki, gələcək fəaliyyətimizi yeni milli ideya üzərindəl qurmalıyıq.lllllllll

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş martın 18-də saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da “YouTube” kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO