Mətbuat 14.11.2024 16:39

“Global Media Group” BMT-nin Qlobal Sazişi ilə birgə “Media üçün davamlılıq dili” təlimi keçirib - FOTO

Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29) üçüncü günündə Yaşıl Zonada “Global Media Group” BMT-nin Qlobal Sazişi ilə imzaladığı Anlaşma Memorandumu çərçivəsində “Media üçün davamlılıq dili” mövzusunda təlim təşkil edib.

Rakus.az xəbər verir ki, təlimin məqsədi “Global Media Group”un dayanıqlılıq sahəsində beynəlxalq platformalarda daha fəal iştirakını təmin etmək, media vasitəsilə dayanıqlı inkişafı təşviq etmək, media nümayəndələrinin davamlılıq və iqlim dəyişikliyi mövzularında daha təsirli və məlumatlandırıcı məzmun yaratmalarına dəstək olmaq, həmçinin ictimaiyyətin iqlim dəyişiklikləri, ətraf mühitin qorunması və davamlılıq məsələləri barədə daha yaxşı məlumatlanmasını təmin etmək olub.

Təlimin spikeri BMT Qlobal Sazişin Kommunikasiya rəhbəri Vinn Boelt “Global Media Group”a daxil olan media qurumlarının əməkdaşlarına özünün beynəlxalq təcrübəsini bölüşərək, iqlim dəyişiklikləri və davamlılıq mövzularında medianın məsuliyyətini vurğulayıb:

“Media ictimaiyyətin məlumatlandırılmasında, xüsusilə, iqlim problemlərinin işıqlandırılmasında mühüm rol oynayır. Media mühüm məsələləri işıqlandırmaqla cəmiyyətin məlumatlılığını artırır və daha geniş auditoriyaya təsir edərək dayanıqlı gələcək üçün kollektiv fəaliyyətə təkan verir. “Global Media Group”un bu istiqamətdə atdığı addımlar və öhdəliklər yalnız Azərbaycan üçün deyil, qlobal davamlılıq hədəflərinə çatmaq baxımından da əhəmiyyətlidir”.

“Global Media Group”un İdarə heyətinin sədri Elnur Abdullayev bildirib ki, “Global Media Group”un BMT-nin Qlobal Sazişinə sadiqliyi və tərəfdaşlığı həm şirkətin, həm də onun tərkibindəki qurumların davamlı inkişafı üçün vacib bir addımdır:

“Bu təlim “Global Media Group”un davamlı inkişaf sahəsində öhdəliklərini təsdiqləyir və yaşıl gələcək uğrunda milli və beynəlxalq səviyyədə fəal rol oynamaq əzmində olduğunu göstərir. “Global Media Group” olaraq, bu istiqamətdə maarifləndirmə işlərini gücləndirməklə həm şirkət daxilində, həm də cəmiyyətdə dayanıqlı gələcəyə dair məlumatlılığı artırmağı hədəfləyirik”.

Xatırladaq ki, bu il 9 oktyabrda “Global Media Group” BMT-nin Qlobal Sazişi ilə Anlaşma Memorandumu imzalayıb. Sənədə əsasən, müvafiq qurumlar dayanıqlı biznes təcrübələrinin və BMT-nin Qlobal Sazişinin 10 prinsipinin cəmiyyətdə təbliği istiqamətində birgə tədbirlər həyata keçirəcəklər.

 

 

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO