İqtisadi 09.10.2024 15:16

“Global Media Group” və BMT-nin Qlobal Sazişi arasında MEMORANDUM imzalanıb - FOTO

Oktyabrın 9-da “Global Media Group”un idarə heyətinin sədri Elnur Abdullayev və BMT-nin Qlobal Sazişinin Azərbaycan üzrə rəhbəri Samir Məmmədov arasında Anlaşma Memorandumu imzalanıb.

Rakus.az Oxu.az-a istinadla xəbər verir ki, imzalanan sənədə əsasən müvafiq qurumlar dayanıqlı biznes təcrübələrinin və BMT-nin Qlobal Sazişinin 10 prinsipinin cəmiyyətdə təbliği istiqamətində birgə tədbirlər həyata keçirəcək.

Bir müddət öncə Qlobal Sazişə üzv kimi qoşulan “Global Media Group” ekoloji, sosial və korporativ idarəetmə (ESG) sahələrində məsuliyyətli biznes prinsiplərinin təşviqi və BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə (SDG) sadiqliyini nümayiş etdirib.

“Global Media Group”un Korporativ Sosial Məsuliyyət strategiyası da dayanıqlı inkişaf dəyərlərinə və məsuliyyətli biznes təcrübələrinə əsaslanır. Bu strategiya çərçivəsində şirkətlər qrupu bir sıra təşəbbüsləri reallaşdırmağa davam edir. Enerji səmərəliliyinin artırılması, proseslərin avtomatlaşdırılması, tullantıların azaldılması və onların emalı üçün aidiyyəti qurumlarla əməkdaşlıq edilməsi, sənədlərin rəqəmsallaşdırılması nəticəsində kağız sənədlərin istifadəsinin minimuma endirilməsi, ədalətli iş mühitinin təmin edilməsi, sosial mühitə töhfələr verilməsi, işçiləri təkmilləşdirməklə sıx əməkdaşlığa təşviq edilməsi və s. istiqamətlərdə öz töhfələrini verməyə davam edir.

“Dayanıqlılıq bugünkü qlobal iş dünyasında əvəzolunmaz prioritetə ​​çevrilib. “Global Media Group” olaraq biz də missiyamızı davamlılıq prinsipləri üzərində qurmağı öz öhdəliyimizə götürmüşük. “Global Media Group”un tərkibinə daxil olan “Global Management”, “Report” İnformasiya Agentliyi, Baku TV və Oxu.Az şirkətlərinin hər biri keyfiyyətin idarə edilməsindən ətraf mühitin mühafizəsinə, əməyin mühafizəsindən təhlükəsizliyinə qədər ISO 9001, ISO 14001 və ISO 45001 beynəlxalq sertifikatlarına sahibdir.

BMT-nin Qlobal Sazişində iştirakımız bizə ekoloji məsuliyyətdə irəliyə doğru hərəkət etməyə, bu istiqamətdə əmin addımlar atmağa imkan verir. Biz holdinqin və tərkibində olan şirkətlərin strategiyasına, əməliyyatlarına və mədəniyyətinə dayanıqlılıq prinsiplərini inteqrasiya etdirməyi, prosesləri daha şəffaf şəkildə idarə etməyi hədəfləyirik. Bütün bu addımlar şirkətin davamlılıq sahəsində aktiv və məsuliyyətli rol oynamasına kömək edir və nəticə olaraq, sosial, ekoloji və iqtisadi baxımdan da müsbət təsir yaradır. Belə ki, “Global Media Group” bu memoranduma əsasən Qlobal Sazişə yalnız üzv olmaqla kifayətlənməyərək, daha böyük layihələrdə birgə əməkdaşlıq etməyi planlaşdırır”, – “Global Media Group”un idarə heyətinin sədri Elnur Abdullayev bildirib.

“Bu gün media maarifləndirməni artırmaq, ictimai rəyi formalaşdırmaq və ekoloji, sosial və iqtisadi məsələlərdə hesabatlılığı təşviq etməklə dayanıqlı inkişafda mühüm rol oynayır və bununla da, daha davamlı gələcəyə doğru kollektiv fəaliyyətə təkan verir. “Global Media Group”un BMT-nin Qlobal Sazişinə sadiqliyi və tərəfdaşlığı təkcə şirkət və onun tərkibindəki qurumların özlərinin dayanıqlı olması üçün deyil, eyni zamanda, Azərbaycanda fəaliyyət göstərən özəl sektorların təmin etməyi hədəflədiyimiz qlobal gələcəyi üçün onları səfərbər etmək adına da mühüm bir dönüş nöqtəsidir”, – BMT-nin Qlobal Sazişinin Azərbaycan üzrə rəhbəri Samir Məmmədov bildirib.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi və Prezident İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli sərəncamına əsasən 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bu ilin ölkəmiz üçün mühüm il olacağını göstərir. Davamlılıq sahəsində beynəlxalq platformalarda daha böyük töhfələr vermək istəyən “Global Media Group” iş dünyasında davamlılığı təşviq etməyə və “yaşıl” bir dünya üçün bu istiqamətdə səy göstərməyə davam edəcək.

“Global Media Group” haqqında

Azərbaycanın ən böyük media-holdinqlərindən biri olan “Global Media Group” 2017-ci ildən fəaliyyətə başlayıb. “Global Media Group”a Azərbaycanda və ölkə xaricində fəaliyyət göstərən televiziya kanalları, informasiya agentlikləri, xəbər portalları, qəzetlər və digər şirkətlər daxildir.

“Global Media Group” haqqında daha ətraflı məlumat əldə etmək üçün http://www.gmg.az/ saytına və ya şirkətin müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook | Instagram | LinkedIn) müraciət edə bilərsiniz.

BMT-in Qlobal Sazişi haqqında

BMT-nin təşəbbüsü ilə 2000-ci ildə əsası qoyulmuş Qlobal Saziş 160-dan çox ölkədə 15 mindən artıq biznes və 3800 qeyri-biznes tərəfdaşlarını bir araya gətirən korporativ dayanıqlılıq təşəbbüsüdür. Azərbaycandan SOCAR, “AzInTelecom”, “Azerbaijan Airlines”, “PASHA Technology”, “Azercell”, “Neqsol Holding”, “Pasha Bank” və digər qabaqcıl şirkət artıq bu təşəbbüsə qoşulub.

Qlobal Saziş haqqında daha ətraflı məlumat əldə etmək üçün https://unglobalcompact.org saytına keçid edə bilərsiniz.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO