Göbək yağlarını bu üsulla əridin – MƏSLƏHƏT
Arıqlamaq və bədən quruluşunu qorumaq üçün ən doğru yol sağlam qidalanma ilə bərabər idmanla da məşğul olmaqdır.
Rakus.az xəbər verir ki, ancaq gündəlik iş rejimi, ev, ailə, məişət qayğıları idmanla məşğul olmağa imkan vermir. Belə olduqda bəzi qarışımlarla özünüzü formada saxlaya bilərsiniz. E-tibb.az bu dəfə göbək yağlarını yandırmağa kömək edən qarışımı təqdim edir.
Lazım olan ərzaqlar:
– Bir xiyar
– Bir çay qaşığı rəndələnmiş zəncəfil
– Yarım limon
– Təzə nanə (Dörd-beş dənə)
– Bir desert qaşığı quru nanə
– Bir litr su
Hazırlanması:
Əvvəl xiyarı soyun və nazik-nazik doğrayın. Sonra yarım limonu incə dilimləyin. Bir litr suyu blendera boşaldın. Üzərinə doğradığınız limonu, xiyarı, rəndələnmiş zəncəfili, təzə və quru nanəni əlavə edib, blender ilə qarışdırın. Hazırlanan qarışımı bir gecə soyuducuda saxlayın.
Göbək yağlarını əritməyə kömək edəcək bu içkini gündə iki dəfə içə bilərsiniz.
Faydaları:
Xiyarın ən əsas xüsusiyyətlərindən biri bədəni lazım olan nəmləndirmə ilə təmin etməkdir. Tərkibində yüksək faizdə su olan xiyar, eyni zamanda, antioksidant qaynağıdır. Bu da onun xərçəng xəstəliyi ilə mübarizə aparmasına imkan verir. Xiyar, həmçinin, qan şəkərini nizamlayır, ürək sağlamlığı üçün də faydalıdır.
Zəncəfilin ən vacib özəlliklərindən biri yağ yandırmasıdır. Həzm sistemini nizamlayan zəncəfil həm də iltihab əleyhinə xüsusiyyətə malikdir.
Limon C vitamini ilə ən zəngin meyvələrdən biridir. Bu da immuniteti gücləndirdiyi qədər, yağları da yandırmağa kömək edir.
Nanə arıqlamağa yardım edən göyərtilərdəndir. Əsas faydalarından biri də həzm sistemini nizamlamasıdır.