Maraqlı 08.11.2019 21:33

“GOOGLE” şirkəti necə yaranıb?

İnternet dünyası ilə yaxından-uzaqdan tanış olan hər bir kəs GOOGLE adına yaxşı bələddir. Bu gün internetin az qala sinoniminə çevrilən GOOGLE artıq bir çoxumuzun həyatına daxil olmuş, internet fəaliyyətlərimizdə əvəzolunmaz resursa çevrilmişdir. Gündə yüz milyonlarla insan tərəfindən müraciət edilən google.com axtarış sistemi və portalı hal-hazırda dünyanın ən inkişaf etmiş internet resursu sayılır. Özünün iqtisadi gücü və təqdim etdiyi xidmətlərin mübahisəsiz üstünlüyü ilə bütün dünyanı heyrətə gətirən GOOGLE internet şirkətinin qısa, ancaq maraqlı quruluş tarixcəsi var.

GOOGLE-un qurucularından biri Sergey Brin əslən rusiyalı mühacirdir. GOOGLE-un digər qurucusu Larri Peyc Sergeylə 1995-ci ildə ABŞ-ın Stanford universitetində tanış olub. Bu iki gəncin elmi araşdırmalarının əsasını gündən-günə böyüməkdə olan nəhəng internet məkanında lazımi informasiyanın ən qısa və effektiv şəkildə əldə edilməsi üçün tələb olunan axtarış sistemlərinin yazılması təşkil edirdi.

1996-cı ilin yanvarında onlar Backrub adlanan axtarış sistemini proqramlaşdırmağa başladılar. Bu sistem kiçik miqyasda test edildi və onun axtarış probleminə gətirdiyi unikal həllər mütəxəssislərin təqdirini qazandı. Larri və Sergey 1998-ci ilin ilk yarısında internetdə inqilab yaradacaq layihələrin həyata keçirilməsi üçün öz fəaliyyətlərini gücləndirdilər. Onlar icad etdikləri yeni texnologiyanı GOOGLE adlandırdılar. Google riyazi termindir və 1 rəqəminin arxasında 100 sıfırı ifadə edir. Bu termindən istifadə etməklə onlar təqdim etdikləri texnologiyanın sonsuz imkanlarını ifadə etmək istəyirlər. Dostlar 1 terabayt həcmində olan kompüter harddiskini güzəştli qiymətə alırlar və tələbə yataqxanasında Larrinin otağını GOOGLE-un informasiya bazasının mərkəzi kimi istifadə etməyə başlayırlar.

İlk olaraq onlar “Yahoo” şirkətinin qurucusu Devid Filoya müraciət edirlər. Filo onların yeni texnologiyasının əhəmiyyətini təqdir edir. Lakin dostların Deviddən yardım almaq planları baş tutmur. Digər internet portallarının rəhbərləri ilə də danışıqlar nəticəsiz qalır. Bu uğursuz səylərdən sonra Sergey və Larri öz bizneslərini qurmaq qərarına gəlirlər. Bunun üçün müəyyən sərmayə tələb olunurdu. Onlar tezliklə biznes plan hazırlayırlar

İlk müraciət etdikləri şəxs “Sun Microsystems” şirkətinin qurucusu olan Endi Bextolşaym olur. O, uzaqgörən olduğundan GOOGLE sisteminin gələcəyi və perspektivləri onda ciddi təəssürat oyadır. O, dərhal GOOGLE.İnc şirkətinin adına 100 min ABŞ dolları məbləğində çek yazır. Ancaq GOOGLE.İnc adlı şirkət mövcud deyildi. Sergeylə Larrinin ilk işi bu şirkəti qeydiyyatdan keçirmək olur. Daha sonralar onlar öz qohum, dost və tanışları arasında investor arayışların davam etdirərək 1 milyon dollara yaxın pul tapmağa nail olurlar.

1998-ci ildə GOOGLE.İnc şirkəti rəsmi şəkildə fəaliyyət göstərməyə başlayır. Şirkətin qapıları məsafədən idarə olunan pultla açılıb bağlanırdı. Çünki GOOGLE-in ofisi adi bir qarajda yerləşirdi. Şirkətə cəlb olunan ilk əməkdaş- hal-hazırda şirkətin texnologiyalar üzrə direktoru Kreyq Silversteynin maşını bu qarajda saxlanılırdı. Getdikcə böyüməyə başlayan Google 1999-cu ildə qarajı tərk edib ciddi bir ofisdə fəaliyyətini davam etdirməyə başladı. Googlenin artıq 8 əməkdaşı var idi. Serverləri isə gündəlik 500 min sorğu qəbul edirdi. Şirkətin xidmətlərinə də maraq artmağa başladı. Google-ın birinci müştərisi linux sistemləri üzrə ixtisaslaşmış “RedHat” şirkəti oldu.

GOOGLE-nın fəaliyyətləri artıq 140 mindən artıq server vasitəsi ilə aparılmaqdadır. Onun təqdim etdiyi xidmətlər 101 dilə, eyni zamanda Azərbaycan dilinə tərcümə edilmişdir. Yahoo və MSN kimi məşhur internet portalları pulsuz e-poçt xidməti üçün sadəcə bir neçə meqabayt sahə təklif edərkən, GOOGLE 2004-cü ildə hamını heyrətə gətirərək, təqdim etdiyi Gmail adlanan pulsuz e-poçt xidməti ilə bu sahəni birdən-birə 1 Gbyte-a yüksəltdi və bu e-mail sahəsinin günbəgün artacağını bəyan etdi.

GOOGLE tərəfindən təqdim edilən “GOOGLE Earth” proqramı vasitəsilə internet istifadəçiləri kompüterlərin arxasında oturaraq dünyanın istənilən nöqtəsinin peyk vasitəsilə yaxından çəkilmiş detallı fotoşəkillərini seyr edə bilərlər. Artıq bir çox dövlətlər ərazilərindəki hərbi və məxfi obyektləri ifşa etdiyi üçün bu proqramın qadağan olunmasını tələb etmişdir.

Forbes jurnalı 2006-cı il üçün elan etdiyi dünyanın ən varlı adamları siyahısında GOOGLE şirkətinin qurucuları Larri Peycin və Sergey Brinin də adları var. Onların hər biri 14 milyard dollar sərvətə malikdirlər. GOOGLE 2006-cı ildə ABŞ-ın ən yaxşı iş yeri titulunu almışdır. Burada şirkət işçiləri üçün bir sıra xidmətlər: idman və əyləncə meydançaları, camaşırxana, kimyəvi təmizləmə, avtomobil servisi, spa mərkəzi, üzgüçülük hovuzları, yüksək keyfiyyətli nahar, masaj və pulsuz tibbi xidmətlər təqdim olunur.

Analitiklərin fikrincə, GOOGLE hələki öz potensialından və resurslarından tam şəkildə istifadə etmir. Bu şirkətin sonu görünməyən layihələrinin və uğurlarının hara kimi gedəcəyini indidən təsəvvür etmək çox çətindir. Son olaraq, yaxın keçmişdə GOOGLE möcüzəsinə ev sahibliyi etmiş məşhur qarajın artıq köhnə kirayişinləri- Larri Peyc və Sergey Brin tərəfindən alındığını bildirmək istərdim. Dostların bir zamanlar kirayə üçün aylıq 1700 dollar ödədikləri bu qarajı hansı məbləğə aldıqları isə açıqlanmır. Qaraj minlərlə turist tərəfindən ziyarət edilir. Çox maraqlıdır ki, Sergey və Larri xəbər agentliklərindən bu qarajın ünvanını gizli tutmağı xahiş etsələr də, özlərini qurduğu “GOOGLE Earth” axtarış sistemi ilə bu qarajın da ünvanını asanlıqla tapmaq mümkündür.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO